Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandası yeni rekord vurub. Federasiyadan verilən məlumata görə, komandamız bu uğura Belarusda keçirilən II MDB Oyunlarında imza atıb.
Yığmanın heyətində Aynur Mikayılova (54 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Ziya Həsənov (71 kq) və Fərhad Şeydayev (75 kq) gümüş medal qazanıb. Ömər Aslanlı (54 kq), Aslan Quliyev (63,5 kq), Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq) və Qızbəs İsgəndər (60 kq) Oyunları bürünc mükafatla bitiriblər. Bununla da I MDB Oyunları ilə müqayisədə medalların sayında ikiqat yüksəliş qeydə alınıb.
Komanda 4 gümüş və 6 bürünc medal əldə etməklə ikinci ilki də rəsmiləşdirib. Boksçularımız mükafat sayı ilə yanaşı, medalların əyarında da rekord müəyyənləşdirib. Bundan əlavə, Orşa şəhərində baş tutan yarışda qızlardan ibarət yığma 3 medalı 5-ə, oğlanlardan ibarət komanda 2 mükafatı 5-ə yüksəldib.
2 il öncə Rusiyanın Kazan şəhərində keçirilmiş I MDB Oyunlarında isə boksçularımızın qazancı 5 “bürünc” olub. Belarusda, həmçinin 4 gümüş medal əldə etməklə, mükafatların əyarında da ilk yaşanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…