Azərbaycan milli komandası növbəti oyununu keçirib

19 Avqust 2023 11:19

Xəbər 347 dəfə oxunub

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında növbəti oyununu keçirib.

Ataman Güneyligilin başçılıq etdiyi kollektiv “C” qrupundakı ikinci matçında ev sahibi Almaniya ilə qarşılaşıb. Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Millimiz qrupdakı ilk görüşündə Çexiya yığmasını böyük hesabla məğlub edib – 3:0.

“C” qrupunun digər matçında İsveç seçməsi Yunanıstana 1:3 hesabı ilə uduzub.

İlk iki turdan sonra aktivində üç xalı olan Azərbaycan millisi üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, sentyabrın 3-dək davam edəcək qitə çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Qrupda ilk dörd pilləni tutan ölkələr 1/8 finala yüksələcəklər.xeber100.com