Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək

25 Avqust 2023 10:20

Xəbər 443 dəfə oxunub

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək. İlk oyun günündə bir qarşılaşma keçiriləcək.

Altı xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Sumqayıt” klubu üç xalla 6-cı sırada yer alan “Araz Naxçıvan”ın qonağı olacaq. “Dalğa Arena”da oynanılacaq görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, turun digər oyunları 26-27 avqustda keçiriləcək.xeber100.com