“Qarabağ” klubu UEFA Avropa Liqasının pley-off mərhələsində

25 Avqust 2023 10:22

Xəbər 589 dəfə oxunub

“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Azərbaycan təmsilçisi Sloveniya klubu “Olimpiya”nın qonağı olub. “Stojitse” stadionunda baş tutan qarşılaşmada Ağdam təmsilçisinin futbolçuları birinci hissədə rəqibi iki dəfə mərkəzə dəvət ediblər. 32-ci dəqiqədə Kevin Medina, 44-cü dəqiqədə isə Leandro Andrade fərqləniblər.

Komandaların ikinci hissədəki cəhdləri bir nəticə verməyib. Beləliklə, “Qarabağ” 2:0 hesablı səfər qələbəsi qazanaraq, qrup mərhələsinə vəsiqə yolunda önəmli üstünlük əldə edib.

Qeyd edək ki, komandalar arasında növbəti qarşılaşma avqustun 31-də Bakıda baş tutacaq.xeber100.com