PSJ klubu “Ayntraxt”ın hücumçusunun transferini başa çatdırmaq istəyir

28 Avqust 2023 17:51

Xəbər 367 dəfə oxunub

PSJ yaxın günlərdə “Ayntraxt”ın hücumçusu Randal Kolo-Mouaninin transferini başa çatdırmaq istəyir. Tərəflər transferi çərşənbə axşamına qədər təşkil etməyi planlaşdırır. PSJ bonuslar istisna olmaqla, 80 milyon avrodan az məbləğdə razılığa gəlməyə ümid edir.

“Ayntraxt” 24 yaşlı fransalı üçün parislilərdən 100 milyon avro tələb edir və dəyəri azaltmağı planlaşdırmır.

Kolo-Muani ötən yaydan “Ayntraxt”da çıxış edir. Bu mövsüm, o, komandanın heyətində Bundesliqa və Almaniya kubokunda iki matçda iki qol vurub.xeber100.com