Peşəkar Futbol Liqası: “Qarabağ” futbol klubu “Səbail”ə 1:2 hesabı ilə uduzub

4 Sentyabr 2023 12:26

Xəbər 374 dəfə oxunub

“Qarabağ” 5 turdan sonra yaranan fasiləyə 7 xalla yollanaraq son 12 mövsümdə özünün ən uğursuz startına imza atıb.

Peşəkar Futbol Liqasının saytı xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda V turda “Səbail”ə 1:2 hesabı ilə uduzub. Ağdam klubu arxada qalan oyunlarda 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət yaşayıb. “Qarabağ” sonuncu dəfə 2011/2012-ci illər mövsümündə ilk 5 oyunda bu qədər az xal toplayıb. Həmin vaxt da ağdamlılar 7 xal yığıb. Sonrakı illərdə bu rəqəm daha yüksək olub.

Qeyd edək ki, “Qarabağ”ın daha zəif startı isə sonuncu dəfə 2007/2008-ci illər mövsümünə təsadüf edib. 16 il öncə komanda 5 turda cəmi 3 xal toplayıb.xeber100.com