“Araz-Naxçıvan” sentyabrın 10-da “Qəbələ” ilə yoldaşlıq oyunu keçirəcək

4 Sentyabr 2023 12:29

Xəbər 388 dəfə oxunub

Azərbaycan millisinin rəsmi və yoldaşlıq oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan”ın üzvləri 3 günlük istirahətə buraxılıb.

Klubun rəsmi saytı xəbər verir ki, komanda sentyabrın 7-də bir araya gələcək və həmin gün Qəbələyə yollanacaq. Naxçıvan təmsilçisi məşqlərini ayın 11-dək şimal bölgəsində davam etdirəcək.

Hazırlıq çərçivəsində “Araz-Naxçıvan” sentyabrın 10-da “Qəbələ” ilə yoldaşlıq oyunu keçirəcək.

Qeyd edək ki, Abdulla Rzayev və Mirəli Əhmədov U-21-in, qapıçı Kristian Avram isə Moldova millisinin düşərgəsinə yollandığına görə hazırlıq prosesində və yoldaşlıq matçında iştirak etməyəcəklər.xeber100.com