İspaniya çempionatının altıncı turunda “Atletiko” və “Real” komandaları qarşılaşıblar

25 Sentyabr 2023 14:44

Xəbər 450 dəfə oxunub

Futbol üzrə İspaniya çempionatının altıncı turunda “Atletiko” və “Real” komandaları qarşılaşıblar.

Oyunda “Atletiko” komandası 3:1 hesabı ilə qalib gəlib. Komanda da qolları Alvaro Morata (4-cü, 46-cı dəqiqə) və Antuan Qrizmann (18) vurub.

Bununla “Real” cari çempionatda ilk məğlubiyyətini alıb. Komanda beş oyunun hamısında qalib gəlmişdi. “Real” 15 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Atletiko” beş oyundan 10 xalı var və beşinci yerdədir.

“Real” sentyabrın 27-də növbəti turda “Las Palmas”ı qəbul edəcək. “Atletiko” sentyabrın 28-də səfərdə “Osasuna” ilə qarşılaşacaq.xeber100.com