Futbolçulardan ibarət Azərbaycan millisinin üç oyun üçün heyəti müəyyənləşib

25 Oktyabr 2023 15:30

Xəbər 414 dəfə oxunub

On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin üç oyun üçün heyəti müəyyənləşib. AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmaya 19 oyunçu cəlb edilib. Komanda noyabrın 1-dən 5-dək Bakıda təlim məşq toplanışı keçəcək. Yığma noyabrın 6-15-də Sloveniyada UEFA Millətlər Liqası formatında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.

Qeyd edək ki, milli noyabrın 8-də Kosovo, 11-də Sloveniya, 14-də isə Moldova ilə üz-üzə gələcək.

Yığmanın heyəti: Mehriban Şahməmmədova, Güləsər İsmayılova, Aytac Mirzəyeva, Müjgan Seyidova, Aydan Həsənova, Şəkər Piriyeva, Aysu Murtuzayeva, İntizar Haqverdiyeva, Lalə Abbaszadə (hamısı “Neftçi”), Aydan Əkbərova, Fatimə Əhmədova, Röya Əliyeva, Mələk Hacıyeva, Nailə Əliyeva, Fidan Abışova (hamısı “Baku Cuniors”), Aysel Ziyadova (“Şəmkir”), Fatiməyi Zəhra Hüseynli (“Sumqayıt”), Səma Həsənli (“Qəbələ”), Buse Nur Kocabey Asyaspor (Türkiyə).xeber100.com