Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək

27 Oktyabr 2023 15:17

Xəbər 409 dəfə oxunub

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək. Komanda səfərdə Farer adaları yığması ilə qarşılaşacaq. Görüşü Latviyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Jelena Jermolajevadır. Ona həmyerliləri Liga Didrike, Diana Vanaga kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Darja Voitehoviça yerinə yetirəcək.

Qeyd edək ki, Klaksvik şəhərindəki “Djupumyru” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.xeber100.com