Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq. Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv dördüncü turda Monteneqro yığmasını qəbul edəcək. “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 16:00-da start götürəcək. Görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Anastasiya Romanyuka həmyerliləri Aleksandra Vdovina və İrina Petrova kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kristina Kozeroq yerinə yetirəcək.
Qeyd edək ki, üç turdan sonra aktivində 7 xalı olan Azərbaycan millisi hazırda qrup lideridir. Monteneqro seçməsi isə altı xalla ikinci pillədə yer alıb. Qarşılaşma Azərbaycan yığmasının liderliyini qoruyub saxlaması baxımından önəmlidir. Milli komanda Monteneqrodakı matçda rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.
Millətlər Liqası
C divizionu, 3-cü qrup
31 oktyabr
16:00. Azərbaycan – Monteneqro
Baş hakim: Anastasiya Romanyuk
Bakı, “Dalğa Arena”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…