Voleybolçuların Yüksək Liqasında IX turun oyunlarının vaxtı bəlli olub

15 Yanvar 2024 14:00

Xəbər 882 dəfə oxunub

Qadın voleybolçuların Yüksək Liqasında IX turun oyunlarının vaxtı bəlli olub.

Azərbaycan Voleybol Federasiyasından (AVF) verilən məlumata görə, yanvarın 16-da keçiriləcək qarşılaşmalar Bakı və Gəncə şəhərlərində baş tutacaq.

Əvvəlcə meydana “Gəncə” və “Abşeron” komandaları çıxacaqlar. Bu görüş saat 15:00-da başlayacaq.

Günün digər oyunlarında isə UNEC “Murov Az Terminal”ı, “Azərreyl” isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Hər iki görüş saat 18:00-da başlayacaq.xeber100.com