Afrika Millətlər Kubokunun qrup mərhələsində üçüncü turun növbəti oyunları keçirilib

24 Yanvar 2024 10:25

Xəbər 773 dəfə oxunub

Futbol üzrə Afrika Millətlər Kubokunun qrup mərhələsində üçüncü turun növbəti oyunları keçirilib. C və D qruplarında baş tutan matçlardan sonra 1/8 finalın növbəti iştirakçıları bəlli olub. C qrupunda pley-off mərhələsinə çıxmağı daha əvvəl təmin edən Seneqal millisi Qvineya seçməsinə 2 cavabsız qolla qalib gəlib. Qrupun digər görüşündə isə Kamerun yığması Qambiyanı 3:2 hesabı ilə məğlub edərək növbəti raunda vəsiqə əldə edib.

D qrupunda isə Anqola Burkina Fasonu 2:0 hesabı ilə üstələyərək pley-offa yüksəlib. Qrupun sensasiyası Mavritaniyanın Əlcəzairə 1:0 hesabı ilə qalib gəlməsi olub. Bu nəticə mavritaniyalıları tarixində ilk dəfə növbəti mərhələyə daşıyıb.xeber100.com