Şahmat yığmaları arasında dünya çempionatına görüşün açılışı olub

1 Noyabr 2025 20:27

Xəbər 105 dəfə oxunub

Azərbaycan və Özbəkistanın qadınlardan ibarət şahmat komandaları arasında dünya çempionatına seçmə xarakter daşıyan görüşün açılış mərasimi keçirilib. Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

İspaniyanın Linares şəhərində keçiriləcək mötəbər yarışda təşkilatçı ölkə, 2023-cü ildə baş tutan son dünya çempionatının ən yaxşı dörd komandası – Gürcüstan, Fransa, Qazaxıstan, ABŞ, eyni zamanda dünya reytinq sıralamasına əsasən, qitələr üzrə seçilən Çin, Ukrayna, Peru, Misir, Hindistan və FIDE komandaları iştirak edəcək.

Dünya çempionatına 12-ci vəsiqənin sahibi Azərbaycan və Özbəkistan komandalarının seçmə matçında məlum olacaq.

İki gün ərzində rapid yarışının yekun nəticəsində qalib gələn yığma dünya çempionatına vəsiqə qazanacaq.xeber100.com