Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək. İlk oyun günündə iki qarşılaşma keçiriləcək. Günün ilk matçında “Turan Tovuz” I Liqa təmsilçisi “Şahdağ Qusar”ın qonağı olacaq. “SOCAR Polymer Arena”dakı görüş saat 15:00-da başlayacaq. Bu cütün qalibi 1/4 finalda “Araz-Naxçıvan” – “Kəpəz” duelinin güclüsü ilə qarşılaşacaq. Digər oyunda isə “Zirə” öz meydanında “Neftçi”ni sınağa çəkəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək. Bu görüşün qalibi növbəti raundda “Difai” – “Sumqayıt” cütünün qalibinə rəqib olacaq. Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları dekabrın 3-4-də keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…