“Fənərbağça” doğma meydanda “Qalatasaray”ı qəbul edib

2 Dekabr 2025 13:41

Xəbər 42 dəfə oxunub

Futbol üzrə Türkiyə Superliqasında İstanbul derbisi keçirilib. XIV tura təsadüf edən matçda “Fənərbağça” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Şükrü Saracoğlu” stadionunda təşkil olunan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 27-ci dəqiqədə qonaqların heyətində Leroy Sane açıb. 90+5-ci dəqiqədə isə Con Duran bərabərlik qoluna imza atıb. Qeyd edək ki, xallarını 33-ə yüksəldən “Qalatasaray” turnir cədvəlinə başçılıq edir “Fənərbağça” isə 32 xalla ikinci pillədə qərarlaşıb.xeber100.com