Azərbaycan milli komandası “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində

2 Dekabr 2025 14:48

Xəbər 48 dəfə oxunub

Banqladeşdə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində bu gün ikinci oyuna çıxacaq. Millimiz paytaxt Dəkkədə Banqladeş seçməsi ilə qarşılaşacaq. Milli Stadionda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. İlk matçında Malayziya yığması üzərində 2:0 hesablı qələbə qazanan Siyasət Əsgərovun komandası bugünkü görüşdə məğlub olmasa, turniri qalib tamamlayacaq.xeber100.com