Azərbaycan Basketbol Federasiyasının məlumatına görə…

1 Aprel 2026 13:41

Xəbər 57 dəfə oxunub

Azərbaycanın qadınlardan ibarət 3×3 və əsas (5×5) basketbol yığmalarına əcnəbi oyunçular cəlb oluna bilər.

Bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) türkiyəli idman direktoru Turqay Zeytingöz məlumat verib.

O bildirib ki, federasiya tərəfindən qadın yığmalarının heyətinin gücləndirilməsi məqsədilə belə addımın atılması planlaşdırılır: “Xüsusilə 3×3 basketbol üzrə “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarında medal hədəfimiz olduğu üçün bu variant mümkündür. Lakin hazırda bu məsələ ilə bağlı konkret qərar qəbul olunmayıb”.xeber100.com