Beynəlxalq Bank “Yuventus”la əməkdaşlığa hazırlaşır

8 Avqust 2016 09:39

Xəbər 911 dəfə oxunub

Azərbaycan Beynəlxalq Bankı dünyanın ən məşhur futbol klublarından olan “Yuventus”la əməkdaşlığa başlayır. Bankdan Azərtac-a bildiriblər ki, İtaliya çempionu olan bu klubla müvafiq saziş çərçivəsində bir sıra birgə tədbirlər həyata keçiriləcək. “İnter Arena”nın bazasında “Yuventus” Futbol Akademiyası yaradılacaq. Belə bir akademiyanın təşkilində məqsəd Azərbaycanda uşaq futbolunun inkişafına dəstək və “İnter” Futbol Klubunun mövcud infrastrukturunun inkişaf etdirilməsidir. Eyni zamanda, əməkdaşlıq çərçivəsində bank reklam və təbliğat məqsədilə “Yuventus” brendindən istifadə edə, öz loqotipini və reklam bannerlərini klubun rəsmi internet səhifəsində yerləşdirə biləcək. Azərbaycan Beynəlxalq Bankı Azərbaycan idmanının inkişafına dəstək layihələrini bundan sonra da davam etdirəcək.xeber100.com