İyunun 16-da Bakı Bələdiyyə Teatrının Cullio Skarnaççi və Renzo Tarabuzzinin əsəri əsasında səhnələşdirdiyi “Bir milyonluq fırıldaq” tamaşasının premyerası keçirildi.
Tamaşanın premyerası Bakı Bələdiyyə teatrının yaradıcısı, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şərəf” və “Şöhrət” ordenli, sənətşünaslıq doktoru, professor, Avropanın əməkdar elm və mədəniyyət xadimi Amaliya Pənahovanın xatirəsinə həsr edilib.
İtaliya komediyası – “Mənim peşəm-cəmiyyətin sinyoru”(“Моя профессия-синьор из общества”) əsasında dramaturqlar – Cullio Skarnaççi və Renzo Tarabuzzinin yazdığı pyesə teatr və kino rejissoru Cavid İmamverdiyev quruluş verib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baş tutan premyerada Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu, Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, Teatr xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Əməkdar incəsənət xadimi Əli Əmirli, Xalq artistləri – Şükufə Yusupova, Həmidə Ömərova, Təranə Muradova, eləcə də tanınmış mədəniyyət xadimləri, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əsər, yaşamaq üçün insanların zəif cəhətindən ustalıqla istifadə etməyi bacaran təşəbbüskar bir fırıldaqçı haqqında parlaq bir hekayədir.
Baş qəhrəman Leonido Papagatto orta yaşlı, gözəl görünüşlü, incə maneraları olan bir kişidir.
O, özünü “nüfuzlu cəmiyyət sinfindən olan sinyor” kimi qələmə verərək toy məclislərində, dəfn mərasimlərində və digər tədbirlərdə fəxri qonaq kimi iştirak edir, tostlar söyləyir və yüksək qonorаrlar toplayır. Öz böyük və səs-küylü ailəsini məhz bu şəkildə saxlayır.
Günlərin birində varlı insanlardan ianə toplayaraq saxta xeyriyyə fondu yaradır. Baş qəhrəman getdikcə daha çox fırıldaqçılıq həddinə çatır və daim komik və absurd vəziyyətlərdən çıxmağa məcbur olur, onun ətrafında anlaşılmazlıqların girdabı yaranır. Əslində bütün bunları o, öz yaxınlarına qayğı göstərmək naminə edir.
Qeyd edək ki, “Mənim peşəm-cəmiyyətin sinyoru” komediyasına dünya səhnələrində dəfələrlə müraciət olunub. İlk dəfə Azərbaycan dilində məhz Bakı Bələdiyyə Teatrı tərəfindən səhnələşdirilib. Ədəbi tərcümənin müəllifi Cavid İmamverdiyevdir.
Tamaşanın quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur.
Tamaşada iştirak edirlər: Rəşad Kəsəmənli(Leonodo Papagatto), Zülfiyyə Məmmədova(Valeriya Papagatto), Zülfiyyə Qurbanova(Matılda), Ülviyyə Rza(Fyorrella), Aynur Abbasova(İlona Çibor), Elməddin Zakirli,(Nikola Çibor), İsmayıl Atakişiyev (Antonio), Tural Əhməd(Raymondo Çibor), Toğrul Rza(Velluto), Asif Rəhimli(Marçello), Günel Həmidova(Alessandra), Mehman Abdullayev(Baba), Firəngiz Babayeva(Qrafinya Kyarelli daDda), Tofik Bayramov(Əməkdar artist-Baron Alfonso Kyoçça), Əhməd Salahov(Əməkdar artist-Polis), Rəşid Soltanov(Polis).
Xatırladaq ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılıb. Bu illər ərzində saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edən teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, İlyas Əfəndiyevin, Anarın, Elçin Əfəndiyevin, eləcə də dünya klassiklərinin pyesləri uğurla səhnələşdirilmişdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…