İyulun 8-də Bakı Bələdiyyə Teatrı 34-cü teatr mövsümünü “Məhv olmuş gündəliklər” tamaşası ilə bağlayıb.
Mərdəkan Mədəniyyət sarayında keçirilən nümayişdə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, həmin rayonun icra strukturlarının nümayəndələri, ziyalılar, tanınmış mədəniyyət xadimləri, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tamaşanın nümayişindən öncə M.Fərzəlibəyov çıxış edərək İlyas Əfəndiyevin yaradıcılığından, onunla uzun illər davam edən əməkdaşlığından bəhs edib. Tədbirdə çıxış edən Günay Əfəndiyeva Xəzər rayon camaatına öz minnətdarlığını bildirib.
Qeyd edib ki, babası İlyas Əfəndiyevin pyesi əsasında Bakı Bələdiyyə Teatrı tərəfindən səhnələşdirilən “Məhv olmuş gündəliklər” tamaşasının, uşaqlıq illərinin keçdiyi Xəzər rayonunun mərkəzi mədəniyyət ocaqlarından biri olan Mərdəkan Mədəniyyət sarayında nümayiş olunması onun üçün xüsusi əhəmiyyət kəsb edir.
O, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini kimi ölkəmiz üçün önəmli olan mədəniyyət layihələrinin keçirilməsində böyük rol oynayacağını da vurğulayıb.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov da çıxış edərək rayon mədəniyyət ocağında belə mədəni tədbirlərin keçirilməsinin önəmindən bəhs edib və hamıya uğurlar arzulayıb.
Daha sonra tamaşa geniş tamaşaçı auditoriyasına təqdim olunub. Öz aktuallığını qoruyub saxlayan səhnə əsəri tamaşaçıların marağına səbəb olub.
Xalq yazıçısı İlyas Əfəndiyevin 1969-cu ildə yazdığı “Məhv olmuş gündəliklər” pyesi Azərbaycan teatrlarının səhnəsində bir çox rejissorlar tərəfindən tamaşaya qoyulmuş və zaman-zaman ən baxımlı səhnə əsərlərindən biri kimi müəllifinə şöhrət gətirmişdir.
Bakı Bələdiyyə Teatrının “Məhv olmuş gündəliklər” pyesi əsasında hazırladığı eyniadlı tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. M.Fərzəlibəyov İlyas Əfəndiyevin əsərlərinə dəfələrlə quruluş verib.
Yeri gəlmişkən, Xalq yazıçısı İlyas Əfəndiyev, Xalq artisti Amaliya Pənahova və Xalq artisti Mərahim Fərzəlibəyov tandemi XX əsrin ikinci yarısını əhatə edən bütöv bir teatral dövrün aparıcı xəttinə çevrilib. Məhz həmin dövr Azərbaycan teatrı özünün əsl intibah dövrünü yaşayıb. Bu üçlüyün birgə əməkdaşlığı nəticəsində səhnə həyatı qazanan tamaşaların uğurları, uzun illər keçməsinə baxmayaraq, hazırda da xatırlanır.
Qeyd edək ki, Bakı Bələdiyyə Teatrı 34-cü teatr mövsümünün bağlanış tamaşası tamaşaçıların gur alqışları ilə başa çatıb.
Tamaşada iştirak edirlər: Zülfiyyə Məmmədova, İlqar Musayev, Nigar Babayeva, Gülsabah Quliyeva (Əməkdar artist), Toğrul Rza, Məmmədağa Əlilicanzadə.
Yaradıcı heyət: Quruluşçu rəssam – İlham Əsgərov (Əməkdar mədəniyyət işçisi), Musiqi hissə müdiri – Nazim Əbidov (Əməkdar mədəniyyət işçisi), İşıqçı rəssam – Tərlan Ələsgərli, Kostyum sexinin müdiri – Leyla Əkbərova, Dizayn işləri üzrə tərtibatçı – Elnur Ehtiramoğlu.
Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın dövlət və siyasi xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılmışdır. Bu illər ərzində saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edən teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirilmişdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
“Вниз по течению”…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”