Azərbaycan yığmasının üç üzvü mübarizəyə qoşulacaq

9 Avqust 2016 10:19

Xəbər 1869 dəfə oxunub

Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunlarının dördüncü günündə boks üzrə Azərbaycan yığmasının üç üzvü mübarizəyə qoşulacaq. Azərtac xəbər verir ki, ilk olaraq rinqə Kamran Şahsuvarlı çıxacaq. 75 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Daha sonra Albert Səlimov yumruğunun gücünü sınayacaq. 60 kq-da çıxış edən dəri əlcək ustamız Olimpiadaya 1/8 finaldan start verəcək. Azərbaycanlı bokssevərlər günə Məhəmmədrəsul Məcidovun döyüşü ilə yekun vuracaqlar. Superağır çəkidə (+91 kq) mübarizə aparan idmançımız da ilk olaraq 1/16 finalda çıxış edəcək.xeber100.com