Premyer Liqasında yeni mövsümə start verilir

13 Avqust 2016 18:19

Xəbər 1699 dəfə oxunub

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında yeni mövsümə start verilir. Azərtac xəbər verir ki, turnirin ilk oyununda son çempion “Lester siti” komandası səfərdə “Hall siti” klubunun qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Bundan başqa, saat 18:00-da “Everton”-“Tottenhem” və saat 20:30-da “Mançester siti”-“Sanderlend” qarşılaşmaları keçiriləcək. Avqustun 14-də isə saat 16:30-da İngiltərə çempionatında “Bornmut”–“Mançester Yunayted” matçı oynanılacaq. Günün mərkəzi görüşündə isə “Arsenal” və “Liverpul” komandaları qarşılaşacaq. Bu oyuna saat 19:00-da start veriləcək. Ümumiyyətlə, Premyer Liqanın yeni mövsümündə 20 klub çempionluq uğrunda mübarizə aparacaq.xeber100.com