Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının on birinci günündə – avqustun 16-da idmançılar 24 dəst medal uğrunda yarışacaqlar. Azərtac xəbər verir ki, kişilər arasında 14, qadınların mübarizəsində isə 9 dəst medal sahibini tapacaq. Kişilərin mübarizəsində üzgüçülük (açıq suda 10 kilometr məsafəyə), avarçəkmə (bir nəfərlik kayak qayığı ilə 1000 metr məsafəyə yürüş), atletika (üç təkanla tullanma, hündürlüyə tullanma, 110 metr məsafəyə maneələrlə qaçış), yelkənli qayıq idmanı (finn), idman gimnastikası (paralel qollar, turnik hərəkətləri), suya tullanma (3 metr hündürlükdən tullanma), yunan-Roma güləşi (66, 98 kq), velosiped idmanı (keyrin), ağır atletika (105 kq-dan yuxarı) və boks (60 kq) yarışlarında qaliblər müəyyənləşəcək. Qadınlar arasında isə avarçəkmə (bir nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə, iki nəfərlik kayak qayığı ilə 500 metr məsafəyə), atletika (diskatma, 1500 metr məsafəyə qaçış), sinxron üzgüçülük (duet), idman gimnastikası (sərbəst hərəkətlər), velosiped idmanı (omnium 25 kilometrə, sprint) və stolüstü tennis (komanda) üzrə yarışlarda medallar sahibini tapacaq. Həmçinin bu gün yelkən qayıq idmanında “Nakra 17” növü üzrə qarışıq yarışların qalibləri bilinəcək. Yarışın on birinci günündə 3 Azərbaycan idmançısı mübarizə aparacaq. Kişilərin yarışında boksçumuz Lorenzo Sotomayor (64 kq), yunan-Roma güləşçilərimiz Rəsul Çunayev (66 kq), qadınların bir nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yürüşündə isə İnna Osipenko-Radomskaya ölkəmizi təmsil edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…