“Rio-2016” XXXI Yay Olimpiya Oyunlarının on dördüncü günündə – avqustun 19-da Olimpiya yığmamızın üzvləri idmanın dörd növü – gimnastika, güləş, taekvondo və boks növlərində yarışıblar. Azərtac xəbər verir ki, Azərbaycan idmançıları ötən yarış günündə daha 3 bürünc medal qazanıblar. Sərbəst güləşçimiz – 57 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev bürünc medal uğrunda görüşdə Bolqarıstan təmsilçisi Vladimir Dubov ilə qarşılaşıb. Rəqibini təmiz qələbə ilə məğlub edən ikiqat dünya çempionumuz Olimpiya millimizə daha bir bürünc medal qazandırıb. Yarışda 74 kiloqram çəki dərəcəsində çıxış edən digər güləşçimiz eyni uğuru təkrarlayıb. İkiqat Avropa çempionu Cəbrayıl Həsənov bürünc medal uğrunda keçirilən görüşdə özbəkistanlı Bekzod Abduraxmanova qalib gələrək “Rio-2016”nın mükafatçıları sırasında yer alıb. Azərbaycan taekvondoçusu, dünya kubokunun sahibi, “Bakı-2015”in qalibi və son Avropa çempionu Milad Beigi Harçeqani də qələbə sevinci yaşayıb. Polşalı Pyotr Pazinski üzərində inamlı (12:0) qələbə qazanan taekvondoçumuz “Rio-2016”nın bürünc medalına sahib olub. Avqustun 19-da “Rio-2016” Olimpiya Oyunlarında bədii gimnastika yarışlarına start verilib. Çoxnövçülükdə mübarizəyə qoşulan Azərbaycan gimnastı Marina Durunda 26 idmançı arasında ilk səkkizliyə daxil olaraq finalda iştirak etmək hüququ qazanıb. Həlledici mərhələnin yarışları avqustun 20-də saat 22:20-də başlanacaq. Boks yarışlarında həlledici döyüşlər davam edib. Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor (64 kiloqram) yarımfinalda erməni əsilli Almaniya boksçusu Artyom Harutyunyanla döyüşüb. “Bakı-2015” birinci Avropa Oyunlarının qalibi L.Sotomayor rəqibini hər üç raundda məğlub edib. Bununla da Azərbaycanın boks tarixində yeni səhifə açılıb. Çünki indiyədək Azərbaycanın heç bir boksçusu Olimpiya Oyunlarının finalına adlaya bilməmişdi. Avqustun 21-də final döyüşünə çıxacaq idmançımızın rəqibi Fazliddin Qaibnazarov (Özbəkistan) olacaq. Hazırda Azərbaycan Olimpiya yığmasının hesabında 13 medal var. Onların 4-ü gümüş, 9-u bürünc medaldır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…