Almaniya çempionatının 26-cı turuna start verilib

16 May 2020 20:28

Xəbər 32 dəfə oxunub

Bu gün iki aylıq fasilədən sonra futbol üzrə Almaniya çempionatının 26-cı turuna start verilib.Azərtac xəbər verir ki, turun mərkəzi qarşılaşması “Signal İduna Park” stadionunda baş tutub.“Borussiya Dortmund” öz meydanında “Şalke” komandasını qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb – 4:0. Dortmund təmsilçisinin heyətində Erlinq Haaland, Torqan Hazard və Rafael Querreiro (2) fərqləniblər.Turun 17:30-da başlayan oyunlarında “Volfsburq” səfərdə “Auqsburq”u (1:2), “Herta” isə “Hoffenhaym”ı (0:3) məğlub edib. “Leyptsiq” – “Frayburq” (1:1), “Fortuna Düsseldorf” – “Padeborn” (0:0) oyunlarında isə qalib müəyyənləşməyib.Qeyd edək ki, turun birinci oyun gününün son oyunu saat 20:30-da “Ayntraxt Frankfurt” və “Borussiya Mönhenqladbax” komandaları arasında baş tutacaq.Mayın 17-də “Köln” komandası “Maynts”ı, “Bavariya” isə “Union Berlin”i qəbul edəcək. Tura mayın 18-də keçiriləcək “Verder” – “Bayer Leverkuzen” oyunu ilə yekun vurulacaq.Xəbər verdiyimiz kimi, Almaniya Futbol Federasiyası klubların rəhbərliyi və assosiasiya nümayəndələri ilə keçirdiyi videokonfransda bir sıra qərarlar qəbul edib.Birinci və ikinci divizionlarda keçirilən oyunlarda beş əvəzetmə olacaq. Bu qərar iki ay fasilədən sonra futbolçuların zədələnməsi riskini azaltmağa imkan yaradacaq.Həmçinin iclasda mövsümün tamamlanmaması qərara alınarsa və mövsüm yenidən dayandırılarsa, turnir cədvəlindəki yerlərin bölüşdürülməsi barədə qərar iki həftə ərzində veriləcək. Bundan əlavə, lazım gələrsə komandalar digər stadionlarda oyun keçirə bilərlər.Qarşılaşmalarda meydan və tribunalarda olmaqla, 322-dən çox şəxs iştirak edə bilməyəcək. Komandaların stadiona gəlişi ciddi nəzarətə götürüləcək. Futbolçular meydana girərkən məsafəyə ciddi əməl etməlidirlər. Oyundan əvvəl kollektivin fotoşəkil çəkdirməsi və əlsıxması ləğv olunub. Mövsümün sonunadək bütün görüşlər azarkeşsiz keçiriləcək.xeber100.com

Formula 1 mövsümünü iki yürüşlə başlamaq planlaşdırılır

Formula 1 mövsümünü iyulun 5-də və 12-də Avstriyada iki yürüşlə başlamaq planlaşdırılır, lakin təqvimin rəsmi versiyası indiyədək təqdim edilməyib. "Liberty Media" mövsümün Avropa hissəsinin təqvimini gələn həftə açıqlamağı planlaşdırırdı, lakin Britaniya hakimiyyətinin ölkəyə gələnlər üçün tətbiq etdiyi ikihəftəlik karantinin Formula 1 üçün istisna olunması ləğv ediləndən sonra bu planlara düzəliş etmək lazım gəldi.Azərtac xəbər verir ki, çempionatın təşkilatçısı "GPFans"ın informasiyasına görə, çempionatın təşkilatçılarına Böyük Britaniya hakimiyyəti ilə razılığa gəlmək və ya rədd cavabı olduqda Silverstoun yürüşlərinin əvəzini razılaşdırmaq üçün əlavə vaxt tələb olunurdu. Bununla əlaqədar, mövsümün təqviminin yeni versiyasının açıqlanması iyunun birinci həftəsinə qədər təxirə salındı.Hesab edilir ki, Avstriya yürüşləri ilə yanaşı, Belçika və İtaliya Qran-prilərinin təçkilatçıları ilə də razılaşmalar əldə edilib. Spada və Montsada yürüşlər daha əvvəl planlaşdırıldığı kimi avqustun 30-da və sentyabrın 6-da keçiriləcək. Avropada digər yürüşlərin, habelə Asiya, Şimali və Cənubi Amerika mərhələlərinin keçirilməsi barədə danışıqlar davam etdirilir, çünki həmin regionların ölkələrində koronavirusa görə məhdudiyyətlər hələ də qüvvədədir.Bununla belə, "Liberty Media" Yaxın Şərq mövsümünü başa çatdırmağı planlaşdırır: Bəhreyn Qran-Prisi dekabrın 6-na, Əbu-Dabi Qran-Prisi dekabrın 13-nə nəzərdə tutulub.xeber100.com

May 22, 2020 13:24