“Atletiko Madrid” futbol klubunun qapıçısı yeni rekorda imza atıb

18 İyun 2020 13:09

Xəbər 446 dəfə oxunub

İspaniyanın “Atletiko Madrid” futbol klubunun qapıçısı Yan Oblak La Liqada yeni rekorda imza atıb.Azərtac xəbər verir ki, 27 yaşlı sloveniyalı qapıçı çempionatda 100-cü qolsuz oyununu keçirib.Y.Oblak bu nəticəyə ən tez çatan qapıçı adına yiyələnib. Sloveniyalı qolkiper 182-ci matçında 100-cü dəfə qapısını toxunulmaz saxlayıb.Qeyd edək ki, Oblak cari mövsümdə Madrid təmsilçisinin heyətində 38 matç keçirib.xeber100.com