26 İyul 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Ədəbiyyat

Milli Kitabxanada kitab sərgisi açılıb

M.F.Axundzadə adına Milli Kitabxanasında rejissor Tofiq Kazımovun anadan olmasının 95 illiyinə həsr olunmuş “Tofiq Kazımov – 95” adlı kitab sərgisi açılıb.Kitabxanadan Azərtac-a bildirilib ki, sərginin açılışından öncə Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova sənətkarın zəngin yaradıcılığı və sənət fəaliyyəti ilə bağlı qonaqlara məlumat verib.Sərgidə sənətkarın müəllifi olduğu kitablar, onunla bağlı görkəmli şəxsiyyətlərin söylədiyi fikirlər, habelə haqqında yazılmış kitablar və dövri mətbuatda dərc edilmiş məqalələri nümayiş olunub.xeber100.com

Yanvar 17, 2018 11:58

Milli Kitabxananın məlumatına əsasən…

ABŞ-a səfəri çərçivəsində M.F.Axundzadə adına Milli Kitabxanasının direktoru Kərim Tahirov Los-Anceles şəhər kitabxanasının direktoru Con Szabo ilə görüşüb.Milli Kitabxanadan Azərtac-a bildirilib ki, görüş zamanı hər iki kitabxana arasında qarşılıqlı əməkdaşlığın yaradılması, birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.Los-Anceles şəhər kitabxanaları şəbəkəsinin direktoru bu şəbəkəyə şəhər üzrə 73 kitabxananın daxil edildiyini və bu kitabxanaların ümumi fondunun altı milyondan artıq olduğunu söyləyib.Kərim Tahirov Los-Anceles şəhər kitabxanasına Milli Ensiklopediyasının nəşr olunmuş cildlərini, rəhbərlik etdiyi kitabxana haqqında fotoalbom və ölkəmizə dair digər kitabları təqdim edib.Con Szabo da öz növbəsində rəhbərlik etdiyi kitabxana haqqında nəfis şəkildə çap olunmuş kitabı Milli Kitabxananın direktoruna verib.Kərim Tahirov Los-Anceles kitabxanasının direktorunu iki ildən bir Bakıda keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasına və gələcəkdə keçiriləcək digər beynəlxalq tədbirlərə dəvət edib.xeber100.com

Yanvar 11, 2018 1:31

36-cı Türkiyə Beynəlxalq Kitab Sərgisi çərçivəsində

Noyabrın 5-dən İstanbulun TÜYAP sərgi mərkəzindəki 36-cı Türkiyə Beynəlxalq Kitab Sərgisi çərçivəsində türk dilinə tərcümə olunub qardaş ölkədə nəşr olunan Azərbaycan ədəbiyyatı nümunələrinin təqdimatı keçirilib.Qeyd edək ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Sevinc Fırat Zənginin Yayınçılıq 2016-cı ildə əldə olunan razılaşma əsasında həyata keçirilən layihə çərçivəsində Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan yazıçı və şairlərin bir il ərzində ümumilikdə 8 əsəri türk dilində nəşr olunub.xeber100.com

Noyabr 5, 2017 9:28

36-cı Türkiyə Beynəlxalq Kitab Sərgisinin açılışı olub

Noyabrın 4-də İstanbuldakı TÜYAP sərgi mərkəzində 36-cı Türkiyə Beynəlxalq Kitab Sərgisinin açılışı olub.Azərtac xəbər verir ki, 30 ölkədən 700-dək nəşriyyatın iştirak etdiyi sərgi-yarmarkada geniş bir sahədə Azərbaycan pavilyonu qurulub. Pavilyonda Mədəniyyət və Turizm Nazirliyinin, “Azərnəşr”, “Kaspi Nəşrləri”, “Hədəf Nəşrləri”, “Altun kitab”, “Qələm” və “Parlaq imzalar” nəşriyyatlarının çap işləri sərgilənir.Azərbaycanın zəngin mədəniyyətini, tarixini, elmi nailiyyətlərini, sürətli sosial-iqtisadi inkişafını, həmçinin Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinin ağır nəticələrini əks etdirən kitablar ziyarətçilərdə maraq doğurur. Bundan başqa, stenddə qurulmuş monitorlarda nümayiş etdirilən kadrlarda Azərbaycan barədə ətraflı məlumat verilir.Sərgi çərçivəsində XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şair, məşhur siyasi və dövlət xadimi Molla Pənah Vaqifin 300 illik yubileyi ilə bağlı tədbir və ona aid kitabların təqdimatı keçiriləcək.xeber100.com

Noyabr 4, 2017 6:55

Beynəlxalq Kitab Sərgisi təşkil olunacaq

Noyabrın 4-dən 7-dək İstanbulda Beynəlxalq Kitab Sərgisi təşkil olunacaq. Ölkəmizin, onun zəngin mədəniyyətinin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təmsil və təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin və “Azərnəşr”, “Kaspi Nəşrləri”, “Hədəf Nəşrləri”, “Altun kitab”, “Qələm” və “Parlaq imzalar” nəşriyyatlarının əməkdaşlarından ibarət nümayəndə heyəti sərgidə iştirak edəcəklər.Nazirlikdən Azərtac-a bildirilib ki, hər il təşkil olunan bu sərgiyə dünyanın əksər ölkələrindən çoxsaylı iştirakçılar qatılır. Azərbaycanın zəngin mədəniyyətinin, sürətli inkişafının və Qarabağ həqiqətlərinin təbliğ olunması, eyni zamanda nəşriyyat və informasiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması baxımından sərgi mühüm əhəmiyyət daşıyır.Sərgidə 36 kvadratmetr sahədə hazırlanmış xüsusi stendlə dövlətçiliyimizə, tariximizə, mədəniyyətimizə və ölkəmizin turizm potensialına dair nəşrlər ziyarətçilərin diqqətinə təqdim ediləcək.xeber100.com  

Oktyabr 31, 2017 1:02

Milli kitabxanalar birliyi yaradılacaq

Türkdilli Ölkələr və Qohum Topluluqların Milli Kitabxanalar Birliyi yaradılacaq.Türkiyə mətbuatı xəbər verir ki, “Türkdilli Ölkələr və Qohum Topluluqlar Milli Kitabxanaları Birliyi Statusu” layihə mətni oktyabrın 30-dan noyabrın 2-dək Antalyada keçiriləcək iclasda milli kitabxana rəhbərlərinə təqdim olunacaq.Qeyd edək ki, 2016-cı il noyabrın 14-dən 17-dək Türkiyədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr, Moldova (Qaqauz Yeri), Rusiya Federasiyasının Başqırdıstan, Saxa (Yakutiya), Tatarıstan respublikaları milli kitabxanalarının iştirakı ilə “IV Türkdilli Ölkələr və Qohum Topluluqlar Milli Kitabxana Rəhbərləri Toplantısı” keçirilib. Bu toplantıda alınan ortaq qərara əsasən, birlik işlərinin hüquqi bazaya oturdulması, beynəlxalq rəsmi bir konfrans statusunda daha fəal və faydalı hala gətirilməsi məqsədi qarşıya qoyulub.Toplantıda, Azərbaycan, Başqırdıstan, Qaqauz Yeri, Qazaxıstan, Şimali Kipr, Qırğızıstan, Özbəkistan və Tatarıstan qurucu üzv, Bosniya və Herseqovina, Saxa (Yakutiya), Makedoniya, Kosovo, Monqolustan milli kitabxanaları isə müşahidəçi ölkə kimi iştirak edəcəklər.xeber100.com

Oktyabr 28, 2017 6:22

Beynəlxalq poeziya festivalına başlanılıb

Oktyabrın 19-da Yakutiyada “Böyük qarın kəraməti” adlı beynəlxalq poeziya festivalına başlanılıb.Azərtac xəbər verir ki, festivalda ölkəmizi Dünya Gənc Türk Yazarlar Birliyinin məsləhət şurasının sədri Əkbər Qoşalı təmsil edir. Festivala müxtəlif ölkələrdən olan tanınmış ədəbiyyat və poeziya nümayəndələri qatılıb.Yakutsk şəhərinin Şimal Şərqi Federal Universitetinin mədəniyyət mərkəzində keçirilən festival çərçivəsində iştirakçı ədiblərin “Canlı avtoqraf” mərasimi təşkil olunacaq.Oktyabrın 20-də festival çərçivəsində poeziya axşamının keçirilməsi də nəzərdə tutulur.xeber100.com

Oktyabr 19, 2017 3:12

Beynəlxalq Kitab Yarmarkası işə başlayıb

Almaniyanın Frankfurt-Mayn şəhərində Frankfurt Beynəlxalq Kitab Yarmarkası işə başlayıb. Azərbaycanın ənənəvi olaraq təmsil olunduğu beynəlxalq tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından və ölkəmizin nəşriyyat nümayəndələrindən ibarət heyət iştirak edir.Nazirlikdən Azərtac-a bildirilib ki, ölkəmizin stendində Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti və turizm imkanları ilə bağlı 380 adda 700-ə yaxın nəşr məhsulları alman, ingilis və Azərbaycan dilində ziyarətçilərə təqdim olunur.Tədbirdə “Mayns-Azərbaycan” Cəmiyyətinin sədri Başar Kömür, “Avropa Əməkdaşlıq Forumu”nun sədri Samirə Patzer-İsmayılova və digər qonaqlar iştirak ediblər.Qeyd edək ki, Frankfurt yarmarkasında iştirak edən Ermənistan tərəfi bu dəfə də öz xislətinə uyğun olaraq ölkəmizə qarşı təxribata əl atıb. Ermənistanın stendində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və digər işğal olunmuş ərazilərini qondarma “DQR” adı altında göstərən xəritələr yerləşdirilib. Amma bu çox çəkməyib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi əməkdaşlarının səyləri sayəsində həmin xəritələr stenddən yığışdırılıb.xeber100.com

Oktyabr 13, 2017 3:12

X Beynəlxalq şeir və ədəbiyyat festivalı keçirilir

İstanbulda X Beynəlxalq şeir və ədəbiyyat festivalı keçirilir.Azərtac xəbər verir ki, festival Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Bəyoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə gerçəkləşib.Türkiyədən 30, xaricdən isə 20 gənc şair və yazarın qatılacağı festival bu gün Qrand Perada Senem Diyici Trio konserti ilə açılacaq. Festivalın ilk günündə, həmçinin Gülten Akın, Cemal Süreya, Rasim Özdenören kimi məşhur yazar və şairlərin gənc yaşlarında yazdıqları əsərlərdən ibarət “İlk əsərlər sərgisi” də təşkil ediləcək.Oktyabrın 7-dək davam edəcək festival çərçivəsində bir sıra kitabxana və kitab evlərində şeir axşamları, imza günləri və söhbətlər təşkil olunacaq.xeber100.com

Oktyabr 3, 2017 11:58

Bilik Günü münasibətilə aksiya keçiriləcək

Sentyabrın 16-da “Hədəf” kurslarının təşəbbüsü ilə “Pulsuz 3000 kitab” aksiyası keçiriləcək.Kursun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq Azərtac-a bildirib ki, artıq 9 ildir Bilik Günü münasibətilə belə bir aksiya təşkil edirlər. Qurum fəaliyyətə başladığı ilk illərdən təhsilimizin inkişafı, gənclərin maariflənməsinə dəstək məqsədilə bir neçə sosial layihəyə imza atıb. Növbəti layihə yeni tədris ilinin başlanğıcında tələbə olmaq istəyən abituriyentlər və məktəblilər üçün nəzərdə tutulub.“Ali məktəblərə hazırlaşan abituriyentlərin kitab və test vəsaitlərini əldə etməsi bəzən müəyyən qədər maddi sıxıntıya səbəb olur. Bu maddi sıxıntını aradan qaldırmaq üçün “Hədəf” kursları 3 min dərslik, bədii kitab və test vəsaitlərini şagirdlərə bu il də ödənişsiz paylayacaq”, - deyə kursun rəhbəri bildirib.Onun sözlərinə görə, layihəyə qoşulmaq istəyən kənar şəxslər də istifadəyə yararlı, lakin ehtiyacları olmayan dərslik, bədii kitab və test vəsaitlərini gətirib imkansız şəxslərin oxumasına dəstək ola bilər. Aksiya sentyabrın 16-da saat 15-dən 18-dək davam edəcək.xeber100.com

Sentyabr 11, 2017 12:07
    Page 10 of 19« First«...89101112...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az