26 İyul 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Ədəbiyyat

Yazıçılar Birliyinin təşkilatçılığı ilə…

Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə iyunun 6-da ölkəmizdə yeddinci dəfə şairlər günü keçiriləcək.Bu barədə Azərtac-a məlumat verən AYB-in mətbuat xidmətinin rəhbəri qeyd edib ki, şairlər günü Bakı ilə yanaşı, Beyləqan, Şabran, Şamaxı və digər bölgələrdə də qeyd ediləcək. İlk tədbir Xızıda Mikayıl Müşfiqi anma mərasimi ilə başlayacaq.Bildirilib ki, görüşlər Bakıda yekunlaşacaq, əsərləri fərqlənən şairlərə Mikayıl Müşfiq mükafatı təqdim ediləcək.xeber100.com

Yanvar 26, 2017 12:43

Milli Kitabxananın məlumatına əsasən…

Yanvarın 25-də İtaliyanın Florensiya əyaləti hökumətinin informasiya texnologiyaları üzrə meneceri Jurgen Assfalg Milli Kitabxanada olub.Kitabxanadan Azərtac-a bildirilib ki, görüş Azərbaycan və İtaliyanın Mədəniyyət və Turizm nazirliklərinin birgə “Al Tvininq mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” layihəsi çərçivəsində reallaşıb.İtaliyalı qonaq mədəniyyət sektorunda rəqəmsallaşmanın vəziyyəti və bu sahədə həyata keçirilən işlərlə maraqlanıb.Milli Kitabxananın direktoru Kərim Tahirov kitabxananın 2000-ci ildə “Virtua” avtomatlaşdırılmış sistemə qoşulması, elektron kitabxana və kataloq, virtual biblioqrafik xidmət imkanları haqqında məlumat verib.xeber100.com

Yanvar 25, 2017 2:04

Ssenari kursları təşkil olunacaq

3 ay müddətinə ssenari kursları təşkil olunacaq.AYB-nin katibi İ.Fəhmi Azərtac-a bildirib ki, ssenari kurslarının iştirakçıları ümumi nəzəri biliklərə yiyələnəcəklər. Kurslarda iştirak etmək istəyənlər üçün yaş məhdudiyyəti yoxdur.O bildirib ki, ssenari kurslarının dinləyiciləri üçün seminarlar bir neçə istiqamətdə aparılacaq. İlkin mərhələdə filmin ideyasının qoyulması və bədii həllinin müəyyənləşdirilməsi, süjet xəttinin inkişaf üsulları haqqında məlumatlar veriləcək.Hər həftənin şənbə günü təşkil ediləcək kurslarda iştirak edənlərə sonda sertifikatlar veriləcək.xeber100.com

Yanvar 24, 2017 11:42

“Türk ədəbiyyatı tarixi” kitabının təqdimatı keçirilib

Yanvarın 17-də Azərbaycan Yazıçılar Birliyində (AYB) türkoloq–ədəbiyyatşünas Tofiq Məliklinin “Türk ədəbiyyatı tarixi” kitabının təqdimatı keçirilib.Azərtac xəbər verir ki, AYB-in sədri Anar 1300 illik türk ədəbiyyatının görkəmli nümayəndələri haqqında yazılmış kitabın əhəmiyyətindən danışıb. Bildirib ki, qədim türk ədəbiyyatının ilkin “Orxon-Yenisey” abidələrindən başlayaraq 2006-cı ilin Nobel mükafatçısı Orxan Pamuka qədərki mərhələnin ədəbi-bədii məhsullarını araşdırıb, ensiklopedik bir toplu ərsəyə gətirib.Bildirilib ki, 410 səhifəlik möhtəşəm tədqiqat əsərində qədim türk ədəbiyyatı, islamaqədərki və islamdan sonrakı türk ədəbiyyatı və türkün müasir yazıçıları haqqında ensiklopedik məlumatlar toplanıb. Kitabdakı ayrı-ayrı oçerklər böyük əməyin, uzun axtarışların məhsulu kimi yüksək dəyərləndirilib.xeber100.com

Yanvar 18, 2017 1:58

“BBC”nin məlumatına görə…

Böyük Britaniya kraliçası II Yelizavetanın oğlu şahzadə Çarlz iqlim dəyişmələri haqqında kitab yazıb. Kitabın satışı yanvarın 26-dan başlanacaq.Bu barədə məlumatı “BBC” yayıb. Şahzadə Çarlz BMT-nin “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasının 2015-ci ildə Parisdə keçirilən konfransında iştirak etdikdən sonra müvafiq mövzuda kitab yazmaq qərarına gəlib. Konfrans zamanı bu mürəkkəb mövzuda sadə və əlçatan ədəbiyyatın az olması onun diqqətindən yayınmayıb.Kitab klimatoloq Emili Şakburqun və ətraf mühitin qorunması üzrə mütəxəssis Toni Cuniperin həmmüəllifliyi ilə yazılıb. Kral Meteoroloji Cəmiyyəti və yeddi klimatoloq əlyazma ilə tanış olduqdan sonra onun nəşrinə razılıq verilib.Şahzadə Çarlz iqlim dəyişmələri mövzusuna əvvəllər də toxunub. Vaxtilə o, iqlim dəyişmələrinə inanmayan adamları “quşbeyin” adlandırıb. 2013-cü ildə isə deyib: “İstəmirəm ki, nəvələrim mənə “Nə üçün sən heç nə etmədin?” sualını versinlər.

Yanvar 17, 2017 11:42

“Güney Azərbaycanda çağdaş ədəbi proseslər”…

Yanvarın 13-də Beynəlxalq Mətbuat Mərkəzində E.Fuadın “Güney Azərbaycanda çağdaş ədəbi proseslər” və “XX əsr Güney Azərbaycan epik şeiri” kitablarının təqdimat mərasimi keçirilib.Aяэкефс xəbər verir ki, еədbirdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutun əməkdaşları kitabların ədəbiyyat nəzəriyyəsi sahəsində yüksək əhəmiyyətindən söhbət açıblar. Kitabın ali və orta məktəbdə dərs vəsaiti kimi tədris olunmasının vacib olduğunu söyləyiblər.xeber100.com    

Yanvar 14, 2017 1:48

Milli Kitabxanada kitab sərgisi açılıb

Milli Kitabxanada professor Əziz Əliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş kitab sərgisi açılıb.Azərtac xəbər verir ki, “Əziz Əliyev- 120” adlı kitab sərgisində alimin elmi əsərləri, haqqında yazılmış Azərbaycan və rus dillində olan kitablar və dövri mətbuat materialları nümayiş olunur.Hər kəsin ziyarət edə biləcəyi kitab sərgisi bir həftə davam edəcək.Qeyd edək ki, Milli Kitabxanada mütəmadi olaraq Azərbaycanın görkəmli ədəbilərinin və elm adamlarının xatirəsinə həsr olunmuş kitab sərgiləri açılır.xeber100.com

Yanvar 11, 2017 11:19

Beynəlxalq kitab sərgi-yarmarkası təşkil olunacaq

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Beynəlxalq kitab sərgi-yarmarkası 5-ci dəfə öz qapılarını kitabsevərlərin üzünə açacaq.Nazirlikdən Azərtac-a bildirilib ki, sərgi sentyabrın 28-dən 30-dək Bakı İdman Sarayında təşkil olunacaq.Sərginin təşkilində əsas məqsəd ölkədə kitaba, mütaliəyə marağın daha da artırılması, Azərbaycan oxucusunun yerli və xarici nəşr məhsulları ilə yaxından tanışlığı, eyni zamanda yerli və xarici nəşriyyatlar, kitab evləri arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.Sərgidə 150-dən çox yerli, 30-dan artıq xarici nəşriyyat, kitab evi və digər təşkilatların iştirakı gözlənilir.Artıq ənənə halını alan bu kitab bayramı çərçivəsində dünyanın müxtəlif nəşriyyat-poliqrafiya müəssisələrinin çap işləri nümayiş olunur, tanınmış şair-yazıçılarla görüşlər, çoxsaylı təqdimatlar, ədəbi – işgüzar müzakirələr keçirilir.Sərginin son günü iştirakçılar arasından seçilmiş qaliblərə “Ən yaxşı nəşriyyat” və “Ən yaxşı kitab” mükafatları təqdim olunur.

Yanvar 6, 2017 1:59

Beynəlxalq Poeziya Festivalı keçiriləcək

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin (BTƏƏM) yeni ofisinin açılışı olub.BTƏƏM-in direktoru S.Babullaoğlu bu işlərin reallaşmasında, redaktoru olduğu “Dünya ədəbiyyatı” jurnalının da yeni nömrələrinin hazırlanmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib və yeni layihələr haqqında söhbət açıb. O, Mərkəzin “Dünya ədəbiyyatı” jurnalında hələ ki, Şərq aləminin müasir və klassik yazarlarının dilimizə tərcümə olunduğunu bildirib: “Dünya ədəbiyyat” jurnalının 2016-cı ildə 2 nömrəsini çıxara bildik. “Rusiya” və “Oman” ədəbiyyatı dərgilərini hazırlayıb nəşr etdirdik. Qarşıda böyük planlarımız var. Bakıda ikinci Beynəlxalq Poeziya Festivalı keçirməyi düşünürük.xeber100.com

Dekabr 31, 2016 12:02

Milli Kitabxanada elmi-fəlsəfi kitabın təqdimatı olub

Dekabrın 23-də Milli Kitabxanada professor Əhəd Canəhmədovun “Həqiqətin fəlsəfəsi” elmi-fəlsəfi kitabının təqdimatı olub.Tədbirdə Milli Kitabxananın direktoru K.Tahirov çıxış edərək traktat janrında yazılan, geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu sanballı elmi-fəlsəfi kitabın məziyyətlərindən danışıb.Tədbirdə digər çıxış edənlər kitabın elmi məziyyətlərindən danışıb, müəllifə yeni-yeni nailiyyətlər arzulayıblar. Çıxışlarda əsərin Azərbaycan fəlsəfə tarixinə və elminə dəyərli töhfə olduğu bildirilib.xeber100.com    

Dekabr 24, 2016 12:49
    Page 12 of 19« First«...1011121314...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az