Oktyabrın 27-dək ölkə üzrə 136 min 470,34 ton pambıq tədarük olunub. Ötən gün isə qəbul məntəqələrinə 4186,49 ton pambıq təhvil verilib.Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, ən çox pambıq tədarük edən rayonların siyahısına Saatlı (20087,90 ton), Biləsuvar (16449,16 ton), Bərdə (12899,92 ton), Sabirabad (12744,72 ton) və Ağcabədi (12573,66 ton) daxildir.Qeyd edək ki, bu il ötən illə müqayisədə ölkə üzrə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Ən çox pambıq Saatlı (17220 hektar), İmişli (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçalada (11111 hektar) əkilib.xeber100.com