“Azərişıq” ASC Aran regionunda yenidənqurma işlərini davam etdirir.“Azərişıq” ASC-dən Azərtac-a verilən məlumata görə, 2017-ci ilin 4 ayı ərzində Aran RETSİ (Regional Elektrik Təchizatı və Satış İdarəsi) elektrik şəbəkələrinin xidməti ərazisində 75,2 kilometr məsafədə 0,4 kilovoltluq hava xətləri və 4069 ədəd dayaq yenilənib. İtkilərin azaldılması məqsədilə 532 ədəd 10/0,4 kilovoltluq KTM-lərin (Komplekt Transformator Məntəqəsi) yüklənmələrində simmetrik paylanma icra olunub. Bundan başqa 0,4 kilovoltluq hava xətlərində 221,7 kilometr məsafədə təmir işləri aparılıb, 100,5 kilometr ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqillər) kabel xətti çəkilib.Bütövlükdə Aran regionunda 5 ədəd 35 kilovoltluq yarımstansiya tikilərək yenidənqurmadan sonra istifadəyə verilib. Ağcabədi rayonunun Qiyamadınlı və Aşağı Avşar, Beyləqan rayonunun Sarı su kəndlərində, Ağdam rayonunun Quzanlı qəsəbəsinin Çadırlı ərazisində 0,4 kilovoltluq şəbəkələr ÖİN kabellərlə yenidən qurulub. Ağcabədi rayonunda 10 kilovoltluq hava xətti yenidən qurulub, 95,2 kilometr məsafədə əsaslı təmir işləri aparılıb, 412 ədəd yeni dayaq quraşdırılıb.“Elektrik Paylayıcı Şəbəkənin Yenidən Qurulması” üzrə İnvestisiya Proqramına əsasən İmişli rayonun Rəsullu, Şahverdili, Yalavac, Məhəmmədli, Göbəktala kəndlərində, Zərdab rayonunun Salahlı və Gəlmə kəndlərində 10 və 0,4 kilovoltluq şəbəkələrin yenidən qurulması işləri aparılır.xeber100.com