UNICEF 2016-cı ilin Suriya müharibəsində ən çox uşaq ölümü ilə nəticələnən il olduğunu açıqlayıb. BBC xəbər verir ki, qurumun hesabatına görə, ən azı 652 uşaq həyatını itirib, onlardan 255-i məktəb yaxınlığında həlak olub.Bildirilib ki, rəqəmlər yalnız rəsmi olaraq təsdiqlənmiş ölümləri əhatə edir. UNICEF, həmçinin 850 uşağın da terror qruplaşmalarına qoşulduğunu deyib. Hesabata əsasən, bu rəqəm 2015-ci ilə nisbətən iki dəfə çoxdur.UNICEF təxminən 2,3 milyon uşağın ölkədən qaçdığını, əlçatmaz bölgələrdə hələ də mühasirədə yaşayan 2,8 milyon uşağın olduğunu qeyd edib.xeber100.com