10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Ümumxalq səsverməsi başa çatıb

Qırğızıstan Konstitusiyasına düzəlişlər edilməsi ilə bağlı ümumxalq səsverməsi (referendum) başa çatıb.Qırğızıstan Prezidenti Almazbek Atambayev Bişkekdəki 1209 nömrəli məntəqədə səs verib.Dövlət başçısı bildirib ki, Konstitusiyaya təklif edilən düzəlişlər ölkənin müstəqilliyini daha da möhkəmləndirəcək, demokratiya və xalqın hakimiyyətini gücləndirəcək.xeber100.com

Dekabr 12, 2016 12:27

Yeni Baş nazirin adı açıqlanıb

İtaliya Prezidenti Sergio Mattarella ölkənin yeni Baş nazirinin adını açıqlayıb. “lefigaro.fr” saytı xəbər verir ki, Prezident Mattarella sabiq xarici işlər naziri Paolo Centilonini ölkənin Baş naziri postuna təyin edib və ona yeni hökuməti formalaşdırmağı tapşırıb.xeber100.com

Dekabr 12, 2016 12:24

Misirin dövlət televiziyasının məlumatına görə…

Qahirənin mərkəzində kopt kilsəsində törədilmiş partlayış nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, 31 nəfər ağır yaralanıb. Həlak olanların əksəriyyəti qadın və uşaqdır.Misir Prezidenti Əbdülfəttah əs-Sisi törədilmiş terror aktını qətiyyətlə pisləyib və bu gündən etibarən ölkədə üçgünlük matəm elan edib.Bu barədə Misirin dövlət televiziyası məlumat yayıb. xeber100.com  

Dekabr 12, 2016 12:20

“İran AİR” şirkəti ilə “Boeing” Korporasiyası arasında müqavilə imzalanıb

Dekabrın 11-də “İran AİR” şirkəti ilə ABŞ-ın “Boeing” Korporasiyası arasında müqavilə imzalanıb.Müqaviləyə əsasən, “Boeing” Korporasiyası 10 il müddətinə İrana 80 təyyarə satacaq. İranın yol və şəhərsalma naziri Abbas Axundinin də iştirak etdiyi mərasimdə qeyd olunub ki, bu müddət ərzində ABŞ şirkəti İrana 50 ədəd “Boeing-737” və 30 ədəd “Boeing-777” tipli sərnişin təyyarəsinin satışını həyata keçirəcək.xeber100.com

Dekabr 12, 2016 12:13

Təhlükəsizlik Şurasının iclası keçirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilən terror aktı ilə əlaqədar Təhlükəsizlik Şurasının iclasını çağırıb. Anadolu agentliyi xəbər verir ki, bağlı qapılar arxasında keçirilən və Baş nazir Binəli Yıldırım, müavinləri Numan Kurtulmuş və Toğrul Türkeş, xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu və digər yüksək vəzifəli şəxslərin iştirak etdikləri iclas iki saata yaxın davam edib.xeber100.com

Dekabr 12, 2016 12:09

Plastik banknotların çap olunmasına qərar verilib

Hindistanda plastik əsginaslar dövriyyəyə buraxılacaq. "lenta.ru" saytı xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Arcun Ram Meqhval deyib: "Hindistanda plastik və ya polimerdə banknotların çap olunmasına qərar verilib. Artıq proseslərə başlanılıb".Qeyd edək ki, noyabrın 8-də Hindistanda kölgə iqtisadiyyatı ilə mübarizə məqsədilə pul islahatına başlanılıb. Ölkədə ən çox işlənilən 500 və 1000 rupi (7,5 və 15 dollar) nominalında olan iri əsginaslar dövriyyədən çıxarılıb. Onların əvəzinə 500 və 2000 rupi nominalında yeni banknotlar dövriyyəyə buraxılıb, bununla yanaşı, hökumət köhnə pulların mübadiləsini məhdudlaşdırıb.xeber100.com

Dekabr 10, 2016 3:44

Fransa parlamentinin maliyyə komitəsinin yeni hesabatında…

Fransada yüksək maaş alanlar ölkəni tərk edirlər. Ölkə parlamentinin maliyyə komitəsinin yeni hesabatında bu məsələ xüsusilə vurğulanır.Azərtac “vergilər.az” saytına istinadla bildirir ki, araşdırmanın gedişində 4 mindən artıq ev təsərrüfatında sorğu aparılıb. Bu tendensiya illik gəliri sabit şəkildə 100 min avrodan artıq olan ailələr arasında 2007-ci ildən yaranıb. 2013-2014-cü illərdə ölkədən illik gəliri 300 min avrodan yüksək olan 1200 ailə köçüb. Bundan əlavə, hər il 700 min avrodan artıq pul qazanan 130 vətəndaş da öz ölkəsi ilə vidalaşıb.Ekspertlər hesab edirlər ki, “milyoner axınının” səbəblərindən biri ölkədə tətbiq olunan zənginlik vergisidir. İşgüzar dairələrin təkidi ilə zənginlik vergisinin dərəcəsi 75 faizdən 50 faizə endirilib.Lakin varlı fransızların öz ölkələrini tərk etmələri üçün vergi yeganə səbəb deyil. Rəyi soruşulanlardan bəziləri ölkədən köçməyi ailə vəziyyəti, yeni iş tapmaq kimi şərtlərlə əlaqələndiriblər. Əksəriyyəti isə deyib ki, bu qərarın qəbul edilməsinə zənginlik vergisinin yüksək olması təkan verib. Fransa emiqrantlarının daha çox üz tutduqları ölkələr isə Belçika, İsveçrə, Böyük Britaniya və ABŞ-dır.

Dekabr 9, 2016 2:56

Əməkdaşlıq müqaviləsi imzalanıb

İran Milli Neft Şirkəti ilə dünyanın ən böyük enerji şirkətlərindən biri olan “Shell” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.“Bloomberg”ə istinadla xəbər verir ki, müqaviləni “Shell” şirkətinin baş direktorunun müavini Hans Nijkamp və İran Neft Nazirliyinin tabeliyindəki “Neft Mühəndisliyi və İnkişafı” şirkətinin baş direktoru Nurəddin Şəhnazizadə imzalayıb.Detalları açıqlanmayan müqaviləyə görə, “Shell” Ahvaz əyalətindəki Cənubi Azedegan, Huzistan əyalətindəki Yadaveran və Fars Körfəzindəki Kiş neft yataqlarında iş görəcək.xeber100.com

Dekabr 9, 2016 2:42

2017-ci il “Qənaət ili” elan edilib

Türkiyə hökuməti 2017-ci ildə ölkə iqtisadiyyatını daha əsaslı idarə etmək, o cümlədən milli valyutanın məzənnəsinin sabitliyini qorumaq üçün geniş tədbirlərə başlayıb.Baş nazir Binəli Yıldırım problemli kreditlərin idarə olunması, yeni kredit mənbələri, istehsalın artımı, daxili bazarın tənzimlənməsi, yeni iş yerlərinin açılması və s. məsələlərə dair qəbul olunan hökumət qərarları barədə geniş məlumat verib. O, 2017-ci ilin ölkədə “Qənaət ili” elan olunduğunu söyləyib.xeber100.com

Dekabr 9, 2016 2:38

Yonhap informasiya agentliyinin məlumatına görə…

Koreya Respublikasının parlamenti korrupsiya qalmaqalında adı hallanan rəfiqəsinə himayədarlıq etdiyi iddia olunan Prezident Pak Kın Heyə impiçment elan edib.Yonhap informasiya agentliyinin məlumatına görə, gizli səsvermədə iştirak edən 299 parlament üzvündən 234-ü impiçmentin lehinə, 56-sı əleyhinə səs verib, 2 nəfər bitərəf qalıb, 7 nəfərin səsi etibarsız sayılıb.İmpiçment qərarı ilə prezidentin bütün səlahiyyətlərinə xitam verilir.Konstitusiya Məhkəməsi 180 gün ərzində impiçmentin legitimliyi barədə qərar qəbul edəcək. Bu müddət ərzində prezidentin səlahiyyətləri ölkənin Baş naziri tərəfindən icra olunacaq.xeber100.com

Dekabr 9, 2016 2:35
    Page 220 of 301« First«...102030...218219220221222...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az