30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Hərbi əməliyyatlar ispanların alıcılıq qabiliyyətinə birbaşa təsir edib

Ukraynadakı hərbi əməliyyatlar ispanların alıcılıq qabiliyyətinə birbaşa təsir edib.Milli Statistika İnstitutunun (INE) məlumatına görə, aprel ayında İspaniyada istehlak qiymətləri indeksi (İQİ) ötən ilin müvafiq ayı ilə müqayisədə 8,4 faiz təşkil edib. İnflyasiya təkcə elektrik enerjisi və benzinlə bağlı fakturalara toxunmayıb. Son aylarda kənd təsərrüfatı xammalının, yəni buğdanın və qarğıdalının da qiymətləri artıb.Ukrayna buğda, qarğıdalı, günəbaxan, un və günəbaxan yağında dünyanın aparıcı ixracatçılarından biridir.İspaniyanın Kənd Təsərrüfatı, Balıqçılıq və Ərzaq Nazirliyinin məlumatına görə, ölkə Ukraynadan ildə təxminən 2,7 milyon ton qarğıdalı və 500 min tona yaxın günəbaxan yağı idxal edir.xeber100.com

May 2, 2022 3:18

Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə…

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.Bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, danışıq zamanı Rusiya ilə Ukrayna arasındakı böhran müzakirə olunub. Nazir Akar humanitar vəziyyətin yaxşılaşdırılması, bölgədə sülh və sabitliyin bərpası üçün dərhal atəşkəsin vacibliyini qeyd edib. Başda Mariupol şəhəri olmaqla, dinc əhalinin quru və dəniz yolu vasitəsilə təhlükəsiz şəkildə təxliyəsinin vacibliyi vurğulanıb.Hulusi Akar humanitar yardımların göstərilməsinə hər cür dəstək verməyə çalışan Türkiyənin daha əvvəl də olduğu kimi, bölgədə sülhün təmin olunması üçün üzərinə düşən vəzifəni yerinə yetirməyə davam edəcəyini bildirib.xeber100.com

May 2, 2022 3:15

Avropa İttifaqı gömrük rüsumlarını bir illik dayandıra bilər

Avropa İttifaqı (Aİ) Ukraynadan idxal edilən bütün məhsullara tətbiq olunan gömrük rüsumlarını 1 il müddətinə ləğv etməyə hazırlaşır.Ukraynaya dəstək üçün bu təklif Avropa Komissiyası tərəfindən açıqlanıb. Belə ki, Ukraynanın polad ixracına tətbiq edilən antidempinq və digər qaydaların dayandırılacağı, bunun çətin vəziyyətdə olan ukraynalı istehsalçı və ixracatçılara dəstək olacağı qeyd edilib. Sözügedən rüsumların dayandırılması təşəbbüsünün misli görünməmiş bir xoşməramlılıq nümunəsi olduğu bildirilib.Təklifin qüvvəyə minməsi üçün o, həmçinin Avropa Parlamenti (AP) və Aİ-yə üzv dövlətlər tərəfindən də təsdiqlənməlidir.xeber100.com

Aprel 28, 2022 1:34

“Microsoft korporasiyasının gəliri ötən ilin eyni dövrü ilə müqayisədə artıb

ABŞ-ın “Microsoft korporasiyasının ötən rübdə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq 49,36 milyard dollara çatıb.Bu barədə qurumun saytında məlumat verilib.Martın 31-də başa çatan üç aylıq dövr ərzində şirkətin xalis gəliri illik müqayisədə 8 faiz artaraq 16,72 milyard dollara çatıb. “Microsoft”un qeyd olunan dövrdə əməliyyat mənfəəti 2021-ci ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 20,36 milyard dollar təşkil edib. CNBC televiziya şirkətinin məlumatına görə, şirkətin maliyyə göstəriciləri qurumun mənfəətinin 49,05 milyard dollardan çox olmayacağını proqnozlaşdıran ekspertlərin gözləntilərini üstələyib.1975-ci ildə sahibkarlar Bill Qeyts və Pol Allen tərəfindən qurulan “Microsoft", kompüterlərdən tutmuş mobil telefonlara qədər müxtəlif cihazlar üçün proqram təminatı istehsal edən ən böyük korporasiyalardan biridir.xeber100.com

Aprel 27, 2022 10:09

Ukraynanı tərk edən qaçqınların sayı 5,2 milyona yaxınlaşıb

Müharibənin başlanğıcından bəri Ukraynanı tərk edən qaçqınların sayı 5,2 milyona yaxınlaşıb.Bu barədə BMT-nin qaçqınların işləri üzrə Ali komissarının idarəsi məlumat yayıb. Aprelin 23-nə olan məlumata görə, Ukraynanı 5 milyon 186 min 744 nəfər tərk edib. Mart ayında ölkədən 3,4 milyon nəfər, apreldə isə bundan təxminən üç dəfə az – 1 milyon 151 min nəfər çıxıb.Ukraynalıların əksəriyyəti Polşaya gedib. Hazırda bu ölkədə 2,6 milyon nəfər qaçqın yerləşib. Rumıniyaya 774 min 94, Moldovaya 433 min 214, Slovakiyaya 354 min 329 qaçqın gəlib. Rusiyadakı ukraynalı qaçqınların sayı isə 578 min 255 nəfərə çatıb.

Aprel 24, 2022 3:32

Kiyev şəhərində komendant saatının vaxtı qısaldılıb

Kiyev şəhərində komendant saatının vaxtı qısaldılıb.Bu barədə Kiyev şəhər meri Vitali Kliçko Telegram kanalında məlumat verib. Onun sözlərinə görə, aprelin 17-dən paytaxt Kiyevdə və Kiyev vilayətində komendant saatı 22:00-dan 05:00-dək tətbiq ediləcək.Qeyd edək ki, bundan öncə Kiyev şəhərində komendant saatı 21:00 dan 06:00-a qədər tətbiq olunurdu.xeber100.com  

Aprel 17, 2022 3:33

Aprelin 17-də İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ baş verib

Aprelin 17-də İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.Yeraltı təkanların episentrinin ölkənin Nabire şəhərindən 273 kilometr şimal-şərqdə, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi qeyd edilib.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir, sunami xəbərdarlığı elan olunmayıb.xeber100.com

Aprel 17, 2022 3:28

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumatı

İtaliyanın Ukraynadakı səfirliyi yenidən paytaxt Kiyevə köçüb.Bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.“Səfirliyin kollektivi Ukrayna institutlarına yaxın olmaq, İtaliya vətəndaşlarına kömək etmək, sülhü təşviq edən həll yolları dəstəkləmək və dialoqa dəstəyini artırmaq üçün yenidən paytaxt Kiyevə qayıdıb”, - deyə nazirliyin açıqlamasında bildirilib.Xatırladaq ki, İtaliya Ukraynadakı səfirliyini martın 1-də Kiyevdən Lvova köçürmüşdü.xeber100.com

Aprel 16, 2022 7:05

Avropa İttifaqı İtaliyaya 21 milyard avro vəsait ayırıb

Avropa İttifaqı (Aİ) İtaliyaya 21 milyard avro vəsait ayırıb.Bu vəsait İtaliya ilə bağlı milli bərpa və dayanıqlılıq planı üzrə ilk hissənin ödənişidir.Həmin məbləğin 10 milyard avrosu geri qaytarılmayan qrantlar və 11 milyard avrosu isə kreditlər şəklində verilib.Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen İtaliyanın Baş naziri Mario Draqiyə ünvanlandığı məktubda İtaliyanın bərpa və dayanıqlıq planının tam şəkildə həyata keçirilməsi üçün əməkdaşlığı növbəti illərdə də davam etdirməyə hazır olduğunu bildirib.Qeyd edək ki, İtaliya hökuməti pandemiya dövründə artan enerji xərclərinin ev təsərrüfatlarına və şirkətlərə təsirini azaltmaq üçün 16 milyard avrodan çox vəsait xərcləyib.xeber100.com

Aprel 16, 2022 7:02

Nəqliyyatda məcburi qaydada tibbi maska taxmaq tələbi ləğv edilir

Çexiyanın bütün ərazisində ictimai nəqliyyatda məcburi qaydada tibbi maska taxmaq tələbi aprelin 14-dən etibarən ləğv edilir.Antikovid tədbirlərinin yumşaldılması haqqında qərar Nazirlər Kabineti tərəfindən qəbul edilib. İndi yalnız tibbi və sosial müəssisələrdə maska taxmaq məcburi olacaq.Çexiya hökuməti bu addımı atmaqdan əvvəl xəstələnmə statistikasını diqqətlə tədqiq edib. Artıq bir neçə həftədir ki, əhali arasında yeni yoluxma halları azalır. Tibb müəssisələrinin yükü də azalmaqdadır. Bununla belə, Nazirlər Kabinetinin üzvləri insanların çoxlu sayda toplaşdığı yerlərdə könüllü qaydada maska taxmağı tövsiyə edirlər. Axı simptomsuz xəstələnənlərin sayını müəyyən etmək çətindir, onların vasitəsilə yoluxanlar üçün isə bu xəstəlik ölümcül ola bilər.xeber100.com

Aprel 14, 2022 3:40
    Page 22 of 301« First«...10...2021222324...304050...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az