10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Gürcüstan hökumətinin Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib

Gürcüstanda COVID-19 virusu ilə əlaqədar yaranmış ağır epidemioloji vəziyyət səbəbindən sərt məhdudiyyətlər tətbiq olunacaq.Azərtac xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.Qərara əsasən noyabrın 28-dən etibarən ölkədə əlavə sərt məhdudiyyətlər tətbiq olunacaq və sərt karantin rejimi 2021-ci il yanvarın 31-dək qüvvədə saxlanılacaq.Bildirilir ki, bu müddət ərzində vətəndaşlar və nəqliyyat vasitələrinin hərəkəti 31 dekabr və 6 yanvar istisna olmaqla saat 21:00-dan saat 05:00-dək məhdudlaşdırılacaq.Bununla yanaşı, şəhərlərarası nəqliyyatın hərəkəti dayandırılacaq.Fərdi avtomobillə hərəkət və taksilərin fəaliyyətinə icazə veriləcək.Restoran və kafelərdə yerində xidmət, idman obyektlərinin fəaliyyəti, kütləvi tədbirlərin keçirilməsi qadağan olunacaq.Tbilisi, Batumi, Kutaisi, Rustavi, Qori, Poti, Zuqdidi və Telavi şəhərlərində ərzaq mağazaları və apteklərdən başqa bütün ticarət obyektlərinin fəaliyyəti qadağan olunacaq.Kənd təsərrüfatı məhsullarının satış bazarları fəaliyyəti davam etdirəcəkBütün tədris müəssisələrində məsafədən təhsil (distant) rejimi tətbiq olunacaq , dövlət və özəl uşaq bağçaları bağlı olacaq.xeber100.com

Noyabr 26, 2020 1:31

İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyası keçiriləcək

Noyabrın 27-28-də Niger Respublikasının paytaxtı Niameydə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyası keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə təşkilatın Baş Katibliyi məlumat yayıb.Məlumatda qeyd olunub ki, “Sülh və inkişaf naminə terrorizmə qarşı səylərin birləşdirilməsi” mövzusunda keçiriləcək sessiyada İslam dünyası üçün aktual problemlər – ekstremizm və terrorizmə, həmçinin islamofobiya və dini ayrı-seçkiliyə qarşı mübarizə məsələləri müzakirə ediləcək.İƏT-in Baş katibi Yusif bin Əhməd Əl-Osaymin qeyd edib ki, sessiyada qeyri-müsəlman ölkələrində yaşayan müsəlman azlıqların problemləri ətrafında da fikir mübadiləsi aparılacaq.İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri, həmçinin təşkilatın siyasi, humanitar, sosial-iqtisadi, texnoloji və digər sahələr üzrə inkişafa dair qəbul etdiyi 2025-ci ilədək fəaliyyət planının yerinə yetirilməsini də nəzərdən keçirəcəklər.xeber100.com

Noyabr 24, 2020 2:35

Birləşmiş Ərəb Əmirlikləri yeni neft ehtiyatının aşkarlandığını bəyan edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ali Neft Şurası 22 milyard barrel həcmində yeni neft ehtiyatının aşkarlandığını bəyan edib.Azərtac xəbər verir ki, bu barədə “Emirates” informasiya agentliyi məlumat yayıb.BƏƏ-nin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayid Əl Nəhyanın sədrliyi ilə keçirilən şuranın virtual iclasında “ADNOC” neft şirkətinin nümayəndələri məlumat veriblər ki, xam neft ehtiyatı quru ərazidə aşkar edilib, eyni zamanda, Əbu-Dabi Əmirliyində də əlavə 2 milyard barrel həcmində “qara qızıl” tapılıb. Yeni neft yataqlarında hasilatın daha ucuz başa gələcəyi, maya dəyərinin hətta Şimali Amerikanın şist neftindən də aşağı olacağı bildirilib.“ADNOC” bəyan edib ki, 2030-cu ilədək gündəlik neft hasilatını 5 milyon barrelə qədər artıra bilər.Qeyd olunub ki, COVID-19 pandemiyası ilə əlaqədar davam edən qlobal böhrana baxmayaraq, BƏƏ-nin neft sektoru cari ildə 16,8 milyard dollar xarici sərmayə cəlb edib, “ADNOC” isə iqtisadiyyatın şaxələndirilməsi layihəsinə 20,7 milyard dollar ayırıb.xeber100.com

Noyabr 23, 2020 2:31

Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib

Hazırda Avropa ölkələri lazımi infrastrukturu qurmasalar, gələn ilin əvvəlində onları koronavirusun üçüncü dalğası gözləyir. Xarici KİV-lər xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Devid Nabarro xəbərdarlıq edib.Bildirib ki, Avropa koronavirusun birinci dalğasını nəzarət altına almağı bacarıb, ancaq ikincinin qarşısını ala bilməyib. “Onlar yay aylarında lazımi infrastrukturu qurmaq imkanını qaçırdılar”, - deyə D.Nabarro qeyd edib.ÜST rəsmisi həmçinin vurğulayıb ki, Qərbi Avropa ölkələri qarşısında yenidən virusu nəzarət altına almaq vəzifəsi dayanır.xeber100.com

Noyabr 23, 2020 2:28

Qazaxıstan 2021-ci ildə neft hasilatını artırmağı planlaşdırır

Qazaxıstan 2021-ci ildə neft hasilatını artırmağı planlaşdırır.Azərtac xəbər verir ki, Qazaxıstanın milli iqtisadiyyat naziri Ruslan Dalenov gələn il ölkədə ümumilikdə 86 milyon ton neft hasil ediləcəyini bildirib.Nazir ölkənin 2021-2025-ci illər üçün sosial-iqtisadi inkişaf proqnozlarını qiymətləndirib. Deyib ki, gələn il ölkədə ümumilikdə 86 milyon ton neft istehsal ediləcək və 2025-ci ilə qədər bu rəqəm 100,7 milyon tona qədər artırılacaq.“İstehsal sektoru 6,7 faiz artacaq, kənd təsərrüfatında illik artım 6,2 faiz, ticarətdə isə 5,5 faiz olacaq. Proqnozlara görə, 2021-ci ildə ölkədə ixracın dəyəri 41,4 milyard dollar təşkil edəcək və 2025-ci ildə 51,5 milyard dollara qədər artacaq. İdxal sektoru 36,3 milyard dollardan 37,8 milyard dollara qədər artacaq. Qazaxıstanın ümumi daxili məhsulunda orta göstərici ilə müqayisədə 4 faiz artım qeydə alınacaq, 2025-ci ildə isə bu rəqəm 4,6 faizə çatacaq”, - deyə nazir qeyd edib.xeber100.com

Noyabr 19, 2020 10:10

İrana qarşı yeni sanksiyaların tətbiq olunması haqqında qərar qəbul edilib

ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyaların tətbiq olunması haqqında əhatəli qərar qəbul edib.Azərtac xəbər verir ki, qərara əsasən, İranın informasıya naziri Seyid Mahmud Ələvi və “Mostazafan” fondunun rəhbəri Seyid Pərviz Fəttahın adları sanksiyalar siyahısına salınıb. Bununla yanaşı, adı yuxarıda göstərilən fond ilə əməkdaşlıq edən 49 şirkətə qarşı da sanksiyalar tətbiq olunacaq.Yerli mətbuat hesab edir ki, ABŞ-da yeni seçilən prezident münasibətləri yumşaltmağa çalışacaq.Avropa İttifaqının beynəlxalq məsələlər üzrə keçmiş komissarı Federika Moqerini Co Baydeni İran ilə danışıqlar aparmağa çağırıb. F.Moqerini hesab edir ki, yeni danışıqlar başlasa münasibətlər nisbətən yumşalar.Rəsmi Tehran da danışıqlardan imtina etmir. Lakin danışıqların ABŞ-ın 2015-ci ildə “İranın nüvə proqramının məhdudlaşdırılması haqqında” imzalanmış müqaviləyə qayıdışından sona mümkün olacağını bəyan edib. Qeyd edək ki, ABŞ-da Donald Tramp prezident seçildikdən sonra İrana qarşı sərt siyasi kurs müəyyən edildi. Rəsmi Vaşinqton birtərəfli qaydada müqavilədən çıxdı. Yeni prezident C.Baydenin isə İran ilə əlaqədar hansı addımlar atacağı hələlik bəlli deyil.xeber100.com

Noyabr 19, 2020 10:07

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…

Birləşmiş Ştatların 2020-ci il üzrə gündəlik xam neft istehsalına dair proqnoz azaldılıb.Azərtac ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, bu il Birləşmiş Ştatların neft hasilatının gündəlik 11,39 milyon barrel olacağı nəzərdə tutulur. Əvvəlki proqnoz isə 11,45 milyon barrel idi.Avqustda sutkada 10,6 milyon barrelə düşən ABŞ-ın neft istehsalının noyabrda 11,2 milyon barrelə qədər artacağı gözlənilir. 2020-ci ildə hasilat 2019-cu illə müqayisədə gündəlik 860 min barrel azalacaq.Gələn il isə ABŞ-da neft hasilatının gündəlik 11,1 milyon barrelə düşəcəyi nəzərdə tutulur.Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük xam neft istehsalçısı olub.xeber100.com

Noyabr 11, 2020 3:03

Türkiyə ərazisində Egey dənizində 4,8 bal gücündə zəlzələ olub

Noyabrın 11-də Türkiyə ərazisində Egey dənizində 4,8 bal gücündə zəlzələ olub.Azərtac xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.Yeraltı təkanlar yerli vaxtla saat 09:49-da qeydə alınıb.Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.xeber100.com

Noyabr 11, 2020 3:00

“Baker Hughes” şirkətinin ötən hesabat həftəsində

ABŞ-dakı aktiv neft-qaz qazma qurğularının sayı artıb.Azərtac xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 4 ədəd artaraq 300 olub. Lakin bu, son 4 ilin minimum göstəricisidir. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 517 ədəd geriləyib.Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 5 ədəd çoxalaraq 226 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 458 ədəd azalma qeydə alınıb.Aktiv qaz qazma qurğularının sayı isə bir ədəd azalaraq 71 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 59 ədəd geriləyib. Üç qazma qurğusu isə müxtəlif təyinatlı olub.Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.xeber100.com

Noyabr 7, 2020 8:09

Qırğızıstan parlamentinin noyabrın 4-də keçirilən iclasında

Qırğızıstan parlamentinin – Joqorku Keneşin noyabrın 4-də keçirilən iclasında parlamentin sədri Kanat İsayev istefa verib.Azərtac xəbər verir ki, Kanat İsayev iclasdakı çıxışı zamanı “Kırqızıstan” partiyası tərəfindən onun prezident seçkilərində namizədliyi irəli sürüldüyü üçün istefa verdiyini bildirib.Parlamentin iclasında yeni spikerin seçilməsi məsələsinə də baxılıb.“Respublika-Ata Jurt” partiyasından deputat Talant Mamıtov səsvermə yolu ilə Joqorku Keneşin sədri seçilib. Yeni spikerin lehinə 100 deputat səs verib.xeber100.com

Noyabr 4, 2020 1:39
    Page 40 of 301« First«...102030...3839404142...506070...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az