03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

RİA Novosti-nin məlumatına görə…

Şotland Milli Partiyası (SNP) regionun parlament seçkilərində üçüncü dəfə ardıcıl olaraq inamlı qələbə qazansa da, parlament çoxluğunu əldə saxlaya bilməyib. RİA Novosti informasiya agentliyi xəbər verir ki, Şotlandiyanın birinci naziri Nikola Stercenin liderlik etdiyi SNP parlamentdə 129 yerdən 63-nə sahib çıxıb. Eyni zamanda, mühafizəkarlar 31, leyboristlər isə cəmi 24 mandat əldə edə bilib. Nəticədə SNP parlamentdə 6 yer, leyboristlər 13 yer itirib, mühafizəkarlar isə əksinə, əlavə 16 yer qazanmağa nail olub. Qeyd edək ki, mayın 5-də İngiltərə əhalisi yerli hakimiyyət orqanlarının 2747 nümayəndəsini seçib. Paralel olaraq 36 dairədə polisin fəaliyyətinə nəzarət edən idarə başçılarının seçkiləri keçirilib. Birləşmiş Krallığın digər hissələrində isə parlament seçkiləri baş tutub. Şotlandiyada parlamentin 129 deputatı, Uelsdə 60 regional parlament nümayəndəsi, Şimali İrlandiyada məclisin 108 üzvü, London, Bristol, Liverpul və Solford şəhərlərində isə merlər seçilib.xeber100.com

May 7, 2016 12:45

“İlin siyasətçisi” London şəhərinin meri seçildi

Britaniyanın Leyboristlər Partiyasından olan Sadiq Xan Mühafizəkarlar Partiyasından Tori Zac Qoldsmitə 10 faizdən artıq səs çoxluğu ilə qalib gələrək London şəhərinin meri seçilib. Beləliklə, S.Xan London şəhərinin ilk müsəlman meri olub. Əslən pakistanlı olan 46 yaşlı S.Xan ixtisasca hüquqşünasdır. 2009-2010-cu illərdə nəqliyyat naziri işləyən yeni mer 2013-cü və 2015-ci illərdə Britaniyada müsəlmanlar arasında “İlin siyasətçisi” adına layiq görülüb.xeber100.com

May 7, 2016 12:31

265 metr hündürlüyündə minarəsi olan məscid inşa olunacaq

2017-ci ildə Əlcəzairdə 265 metr hündürlüyündə minarəsi olan Cama Əl-Cəzair məscidi inşa olunacaq. AZƏRTAC "The Guardian"a istinadən bildirir ki, məsciddə 120 min insan eyni vaxtda ibadət edə biləcək. Məscidin içində Quranın tədrisi ilə məşğul olan məktəblər, İslam incəsənəti və tarixi muzeyi, milyonlarla kitabın olduğu kitabxana nəzərdə tutulub. Məscidin tikintisi 1,4 milyard dollara başa gələcək. Hazırda dünyanın ən hündür minarəli məscidi Mərakeşin Kasablanka şəhərindədir. Minarənin hündürlüyü 210 metrdir.

May 7, 2016 12:22

Əmək Partiyasının qurultayı keçiriləcək

Şimali Koreyada bu gün son 36 ildə ilk dəfə Əmək Partiyasının qurultayı keçiriləcək. Apa-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu hakim Əmək Partiyasının sayca VII qurultayıdır. Qurultayda KXDR-in gələcək illər üçün vəzifələr və prioritetlər müəyyən ediləcək. Qeyd edək ki, Şimali Koreyanın lideri Kim Çen In Əmək Partiyasının qurultayınadək ölkədə toy və yas mərasimlərinə qadağa qoyub. “Bu addım təhlükəsizliyin möhkəmləndirilməsi və qurultayın nümunəvi şəkildə keçirilməsinə yönəlib”, rəsmi mənbələr bildirib. Qeyd olunur ki, paytaxt Pxenyan şəhərinə bütün giriş və çıxışlar bağlanacaq. Qeyd edək ki, sonuncu dəfə partiyanın qurultayı 1980-ci ildə keçirilib. Qurultayda 1978-1984-cü illəri əhatə etmiş 7 illik dövlət planı qəbul olunub. Şimali Koreyada Əmək Partiyasından başqa Sosial-Demokratik Partiya və “Çxondoqe-Çxonudan Yolunun Gənc Dostları” partiyası fəaliyyət göstərir. Hər iki partiya Əmək Partiyasının nəzarəti altında fəaliyyət göstərir.xeber100.com  

May 6, 2016 12:35

“Kalaşnikov” markası ilə paltar və aksessuarların təqdimatı keçiriləcək

Rusiyanın ən iri atıcı silah istehsalçısı olan “Kalaşnikov” konserni paltar və aksessuarlar istehsalı xəttini yaxın zamanda işə salmaq niyyətindədir. Apa-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin marketinq üzrə direktoru Vladimir Dmitriyev bildirib. Məlumata görə, cari ilin sonunadək Rusiyanın müxtəlif şəhərlərində şirkətin 60-dək firma mağazası fəaliyyətə başlayacaq. Bu mağazalarda alıcılara ənənəvi silah məhsulları ilə yanaşı “Kalaşnikov” markası ilə “feşn” mallar təqdim olunacaq.  “Kalaşnikov” markası ilə paltar və aksessuarların təqdimatı sentyabrda Kubinkada keçiriləcək “Ordu-2016” forumunda keçiriləcək. Qeyd edək ki, tank və digər zirehli texnika istehsalçısı olan  “Uralvaqonzavod” konserninin 2014-cü ildə fəaliyyətə başlayan firma mağazasında “militari” üslubunda futbolkalar, idman çantaları, jiletlər, çəkmələr və şirkətin digər  suvenir məhsulları təqdim olunub.  

May 6, 2016 12:27

Baş nazirin istefa verməsi ABŞ-Türkiyə əməkdaşlığına təsir etməyəcək

Türkiyənin baş naziri Əhməd Davudoğlunun istefa verməsi ABŞ-Türkiyə əməkdaşlığına təsir etməyəcək. Apa-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Coş Ernest deyib.  “Baş nazir ABŞ-ın yaxşı tərəfdaşı olub, biz ona liderliyinə görə minnətdarıq. Düşünmürəm ki, bu bizim  Türkiyə ilə birgə fəaliyyətimizə, İŞİD-in zəifləndirilməsi və məhv edilməsi üzrə strategiyamıza  hansısa şəkildə təsir edəcək” , -  deyə o qeyd edib.  Ernestin  sözlərinə görə, Ankara Suriya ilə sərhədin qorunmasına yönəlmiş bir sıra mühüm addımlar atıb. “Onlar əcnəbi silahlıların axınını azaldaraq üçün mühüm irəliləyişə nail olublar.  Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası mayın sonunda yeni rəhbərliyin seçilməsinə həsr olunmuş növbədənkənar iclas keçirəcək.  Davudoğlu partiya rəhbəri postuna öz namizədliyini irəli sürməyəcəyini bildirib. Türkiyədə ənənəvi olaraq hakim Ədalət və İnkişaf Partiyasının rəhbəri baş nazir postuna təyin olunur.xeber100.com  

May 6, 2016 12:16

Ədalət və İnkişaf Partiyasının növbədənkənar qurultayı keçiriləcək

Mayın 22-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayı keçiriləcək.Bu barədə partiyanın baş qərargahında keçirilən AKP-nin Mərkəzi İcra Orqanının iclasından sonra partiyanın sədri, Türkiyənin Baş naziri Əhməd Davudoğlu məlumat verib. Qurultay təşkilati məsələyə baxacaq.

May 5, 2016 4:19

Antiterror əməliyyatlar davam etdirilir

Türkiyə Silahlı Qüvvələrinin qırıcıları ölkənin Şırnak və Haqqari bölgəsində PKK terrorçularının düşərgələrini dəqiq hədəflərlə bombalayıb. Bundan başqa, Kliç bölgəsindən İŞID terrorçu qruplaşmasının Suriya ərazisindəki hədəfləri top mərmiləri ilə vurulub. Üç nəfər İŞID mənsubunun öldürüldüyü bildirilir. Qeyd edək ki, son günlər İŞID terrorçuları dəfələrlə Suriya ərazisindən Türkiyənin Kliç bölgəsindəki yaşayış məntəqələrinə raketlərdən atəş açıblar. Dinc əhali arasında ölən və yaralananlar olub. Yaşayış binalarına və iaşə obyektlərinə zərər dəyib. Mayın 4-də səhər saatlarında da İŞID tərəfindən Kliçə raket zərbələri endirilib. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, mayın 4-də gecə saatlarında PKK tərəfdarları Türkiyənin Mardin-Derik rayonunda daha bir ağır terror aktı törədiblər. Bomba yüklü avtomobilin partladılması nəticəsində bir hərbçi həlak olub, dördü yaralanıb. Bölgədə antiterror əməliyyatları davam etdirilir.xeber100.com  

May 4, 2016 2:11

“Süddeutsche Zeitung” qəzeti yazır…

Avropa Komissiyasının rəhbərliyində ABŞ və Avropa İttifaqı (Aİ) arasında Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı (TTİP) haqqında müqavilənin yaxın gələcəkdə ümumiyyətlə imzalanacağına ciddi şübhələr var. “Süddeutsche Zeitung” qəzeti yazır ki, Aİ-nin yüksək rütbəli nümayəndəsində istinadla bildirilib ki, sazişin artıq 2016-ci ildə imzalanmasını təmin etmək üçün ABŞ çox az səy göstərir.Aİ nümayəndəsinin sözlərinə görə, ABŞ, Almaniya və Fransada seçkilər ilə əlaqədar yaranan fasilə 2017-ci ilin sonuna qədər uzana bilər, o zaman azad ticarət zonasına dair danışıqlara qayıtmaq çətin olacaq. Qəzetin qeyd etdiyi kimi, avropalılar müqavilənin mətni haqqında məlumatın sızmasına ABŞ-ın reaksiyasından da ehtiyatlanırlar. Belə ki, amerikalılar həmişə danışıqların ciddi məxfiliyinin tərəfdarı olublar.“Greenpeace” ekoloji təşkilatı dünən TTIP üzrə aparılan danışıqlar barədə əlinə keçən sənədləri yayıb. ABŞ hökuməti bu sızmaya nümayişkaranə surətdə laqeyd qalıb. ABŞ Prezidentinin rəsmi nümayəndəsi Coş Ernest bildirib ki, Amerika rəsmiləri bu faktdan bir o qədər xüsusi narahatlıq keçirmirlər.xeber100.com

May 4, 2016 1:57

Fransız mədəniyyətinə həsr olunmuş sərgi açılıb

Kubanın paytaxtı Havanada dünya şöhrətli modelyer və fotoqraf Karl Laqerfeldin “Work in Progress” və ya Kuba dilində “Obra en Proceso” adlı fotosərgisi açılıb. buro247.az  xəbər verir ki, mayın 12-dək davam edəcək sərgi Kubada fransız mədəniyyəti ayına həsr olunub. Sərginin ekspozisiyasında moda, memarlıq, peyzaj kimi müxtəlif mövzularda 200-dək sənət əsəri yer alıb. İyun ayında isə Florensiyada keçiriləcək “Pitti Uomo” layihəsi çərçivəsində Karl Laqerfeldin “Visions of Fashion” adlı retrospektiv sərgisi açılacaq.xeber100.com  

May 4, 2016 1:52
    Page 279 of 299« First«...102030...277278279280281...290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az