05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Almaniya pilotsuz uçan aparatlar tədarük edəcəyini açıqlayıb

Almaniya Müdafiə Nazirliyi Ukraynaya 50 pilotsuz uçan aparat tədarük etmək niyyətində olduğunu bildirib. Bu barədə Bundesverin saytında yerləşdirilən məlumatda qeyd olunub. Cihazların ilk partiyası ən qısa zamanda Ukraynaya göndərilməlidir. Bundan əlavə, Berlin Kiyevə təxminən 400 milyon avro dəyərində geniş dəstək paketi vəd edib. Buraya “Gepard” özüyeriyən zenit qurğusu, IRIS-T orta mənzilli raketləri, hərbi nəqliyyat maşınları üçün ehtiyat hissələri, həmçinin mərmilər, minalar və digər zirehli texnikalar daxildir.xeber100.com  

Sentyabr 24, 2023 2:51

Sinqapurun Çanqi aeroportu turistlərə pasportsuz səyahət imkanı təqdim edəcək

Dünyanın ən yüklənmiş hava limanlarından biri – Sinqapurun Çanqi aeroportu turistlərə pasportsuz səyahət imkanı təqdim edəcək. “USA Today” qəzeti xəbər verir ki, bu yaxınlarda Sinqapurda 2024-cü ilin ilk yarısında sərnişinlərə pasportsuz səyahət imkanı verən yeni qanun qəbul olunub. Çanqi hava limanında pasport əvəzinə Sinqapurdan uçan sərnişinlərin üzlərini tanıya biləcək biometrik texnologiyalardan istifadə ediləcək. Çanqi aeroportu təkcə avqust ayında 5,15 milyon sərnişinə xidmət göstərib. Yeni terminalın inşası ilə əlaqədar turistlərin sayının artmağa davam edərək pandemiyadan öncəki səviyyəyə çatacağı gözlənilir. Sinqapurun immiqrasiya sistemi ölkənin təhlükəsizliyini təmin etmək şərti ilə gömrük nəzarətini tez bir zamanda həyata keçirərək artan turist axınının öhdəsindən layiqincə gəlməlidir. Artıq Çanqi aeroportunun bəzi nəzarət-buraxılış məntəqələrində üztanıma sistemlərdən istifadə olunur. Biometrik texnologiyalar ABŞ-ın bir sıra aviakompaniyalarında və aeroportlarında da tətbiq edilir. Eyni zamanda, bu il Dubay aeroportlarının turistlərə pasportsuz səyahət imkanı yaratması gözlənilir.xeber100.com  

Sentyabr 22, 2023 3:10

ABŞ-nin Geoloji Xidməti: Kanada sahilində 5,6 maqnitudalı zəlzələ olub

Kanada sahilində 5,6 maqnitudalı zəlzələ olub. Bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb. Xidmətin verilənlərinə görə, yeraltı təkanların episentri əhalisi təxminən 2 min nəfər olan Port-Makneyll şəhərindən 228 km qərbdə yerləşib. Zəlzələnin dərinliyi 10 km dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.xeber100.com

Sentyabr 17, 2023 2:31

“Reuters”: Mərakeşdə 7 bal gücündə zəlzələ olub

Mərakeşdə 7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2862 nəfərə çatıb. Bu barədə “Reuters” Mərakeş dövlət televiziyasına istinadla məlumat yayıb. Bildirilib ki, yaralananların sayı 2562 nəfərdir. Müxtəlif ölkələrin axtarış-xilasetmə qrupları və təcili yardım xidmətləri binaların dağıntıları altında qalanların axtarışlarını davam etdirir. Sentyabrın 11-də 2681 nəfərin öldüyü, 2501 nəfərin yaralandığı bildirilmişdi. Qeyd edək ki, sentyabrın 8-də Mərakeş Krallığında güclü zəlzələ baş verib. Mərakeş Milli Geofizika İnstitutunun məlumatına görə, yeraltı təkanların episentri El Haouz əyalətində yerləşən İgil bölgəsində olub. Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.xeber100.com  

Sentyabr 12, 2023 1:28

Avropa İttifaqı üzvlərinin əksəriyyəti embarqonun uzadılmasına qarşıdır

Avropa İttifaqı (Aİ) ölkələrinin əksəriyyəti sentyabrın 15-dən sonra Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağanın davam etdirilməsinə qarşı çıxıb. Bu barədə “Politico”nun Avropa nəşri yazıb. Qəzet dörd avropalı diplomata istinadən yazıb ki, Aİ üzvlərinin əksəriyyəti Polşa, Macarıstan, Rumıniya, Slovakiya və Bolqarıstanla fikir ayrılığına düşüb. Bu beş ölkə Ukraynanın taxıl idxalına qoyulan yasağın 2023-cü ilin sonunadək uzadılmasının vacibliyində israrlıdır. Bildirilib ki, sentyabrın 6-da Aİ səfirlərinin görüşü baş tutub və orada əksəriyyət ya məhdudiyyətlərin uzadılmasına qarşı çıxıb, ya da təklifə “şübhə ilə yanaşıb”. KİV-in məlumatına görə, idxal qadağası Fransa və Almaniya nümayəndələri tərəfindən ciddi şəkildə tənqid edilib. Avropa səfirləri Ukraynanın taxıl idxalına görə bir sıra ölkələrin üzləşdiyi çətinlikləri nəzərə alırlar, ancaq assosiasiyanın əksər nümayəndələri Avropa Komissiyasından alternativ tədbirlər təklif etməyi istəyirlər.xeber100.com

Sentyabr 7, 2023 3:44

TASS agentliyi: Kibertəhlükəsizliklə bağlı sanksiyalar siyahısı genişlənib

ABŞ kibertəhlükəsizliklə bağlı sanksiyalar siyahısını genişləndirib. TASS agentliyi xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Rusiyadan olan 11 fiziki şəxs sanksiyalar siyahısına daxil edilib.xeber100.com

Sentyabr 7, 2023 3:36

Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin məlumatı əsasında…

Sentyabrın 12-dək Yerə beş asteroid yaxınlaşacaq. Bu barədə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) saytında məlumat verilib. İlk, ev ölçüsündə olan asteroid sentyabrın 6-da Yerə ən yaxın, 5,11 milyon km məsafədən keçəcəyi gözlənilir. Təyyarə və avtobus ölçüsündə növbəti iki astronomik obyekt sentyabrın 8-də Yerə yaxınlaşacaq. Sentyabrın 10-da planetin yanından təyyarə ölçüsündə daha iki asteroid keçəcək. Onlarla Yer arasında minimum məsafə müvafiq olaraq 1,52 milyon və 2,66 milyon km olacaq.xeber100.com

Sentyabr 6, 2023 11:14

ABŞ III ballistik raketinin sınağının keçirəcəyi ilə bağlı xəbərdarlıq edib

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder bildirib ki, ABŞ Rusiya Federasiyasına sentyabrın 6-da səhər saatlarında Minuteman III ballistik raketinin sınağının keçirəcəyi ilə bağlı xəbərdarlıq edib. “Report” xəbər verir ki, raketin Vanderberq kosmodromundan buraxılması sentyabrın 5-i saat 23:47-dən sentyabrın 6-sı saat 5:47-dək (Bakı vaxtı ilə 10:47-dən 6 sentyabr 16:17-dək - Qeyd) ​​müddətə planlaşdırılır. Patrik Rayder vurğulayıb ki, raketin sınaq buraxılışında məqsəd ABŞ nüvə qüvvələrinin hazır olduğunu nümayiş etdirməkdir: “Bu sınaq adidir, planlaşdırılıb”.xeber100.com

Sentyabr 6, 2023 11:10

Avropa İttifaqı Ukraynaya 1000-dən çox notbuk göndərib

“Ukrayna üçün notbuklar təşəbbüsümüz hesabına 1000-dən çox cihaz Ukraynaya çatdırılıb”. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Avropa İttifaqının (Aİ) hər yerindən insanlar Ukrayna ilə güclü həmrəyliyimizi bir daha təsdiqləyərək bunun baş tutmasına kömək etdilər. Bu, Ukraynada çətin vəziyyətə düşmüş bölgələrlə əlaqələrə kömək edəcək”, - paylaşımda qeyd olunub.xeber100.com

Sentyabr 6, 2023 11:07

İsraildə məhkəmə islahatlarına qarşı kütləvi etirazların yeni dalğası başlayıb

Şənbə günü axşam İsraildə Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətə və onun davam edən məhkəmə islahatlarına qarşı kütləvi etirazların yeni dalğası başlayıb. TASS xəbər verir ki, ənənəyə görə, on minlərlə israillinin qatladığı əsas nümayiş müxalif əhval-ruhiyyəsinin ən güclü olduğu Tel-Əvivdə keçirilib. Təl-Əvivdəki mitinq əvvəlki kimi, şəhərin şərqindəki hökumət binaları kompleksinin yaxınlığında təşkil olunub. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirərək, İsrail demokratiyasının müdafiəsini tələb edib, çoxlu sayda İsrail bayraqları etirazçıların başı üzərində dalğalandırılıb. Nümayiş təşkilatçıları şənbə günü səhər Təl-Əvivin cənub rayonlarında baş verən iğtişaşlara baxmayaraq, nümayişi keçirməkdən imtina etməyiblər. Etirazlar zamanı iğtişaşlar baş verib, 170-ə yaxın insan, o cümlədən 49 polis yaralanıb.xeber100.com

Sentyabr 3, 2023 1:06
    Page 4 of 299« First«...23456...102030...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az