10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Avropa İttifaqı üzvlərinin əksəriyyəti embarqonun uzadılmasına qarşıdır

Avropa İttifaqı (Aİ) ölkələrinin əksəriyyəti sentyabrın 15-dən sonra Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağanın davam etdirilməsinə qarşı çıxıb. Bu barədə “Politico”nun Avropa nəşri yazıb. Qəzet dörd avropalı diplomata istinadən yazıb ki, Aİ üzvlərinin əksəriyyəti Polşa, Macarıstan, Rumıniya, Slovakiya və Bolqarıstanla fikir ayrılığına düşüb. Bu beş ölkə Ukraynanın taxıl idxalına qoyulan yasağın 2023-cü ilin sonunadək uzadılmasının vacibliyində israrlıdır. Bildirilib ki, sentyabrın 6-da Aİ səfirlərinin görüşü baş tutub və orada əksəriyyət ya məhdudiyyətlərin uzadılmasına qarşı çıxıb, ya da təklifə “şübhə ilə yanaşıb”. KİV-in məlumatına görə, idxal qadağası Fransa və Almaniya nümayəndələri tərəfindən ciddi şəkildə tənqid edilib. Avropa səfirləri Ukraynanın taxıl idxalına görə bir sıra ölkələrin üzləşdiyi çətinlikləri nəzərə alırlar, ancaq assosiasiyanın əksər nümayəndələri Avropa Komissiyasından alternativ tədbirlər təklif etməyi istəyirlər.xeber100.com

Sentyabr 7, 2023 3:44

TASS agentliyi: Kibertəhlükəsizliklə bağlı sanksiyalar siyahısı genişlənib

ABŞ kibertəhlükəsizliklə bağlı sanksiyalar siyahısını genişləndirib. TASS agentliyi xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Rusiyadan olan 11 fiziki şəxs sanksiyalar siyahısına daxil edilib.xeber100.com

Sentyabr 7, 2023 3:36

Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin məlumatı əsasında…

Sentyabrın 12-dək Yerə beş asteroid yaxınlaşacaq. Bu barədə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) saytında məlumat verilib. İlk, ev ölçüsündə olan asteroid sentyabrın 6-da Yerə ən yaxın, 5,11 milyon km məsafədən keçəcəyi gözlənilir. Təyyarə və avtobus ölçüsündə növbəti iki astronomik obyekt sentyabrın 8-də Yerə yaxınlaşacaq. Sentyabrın 10-da planetin yanından təyyarə ölçüsündə daha iki asteroid keçəcək. Onlarla Yer arasında minimum məsafə müvafiq olaraq 1,52 milyon və 2,66 milyon km olacaq.xeber100.com

Sentyabr 6, 2023 11:14

ABŞ III ballistik raketinin sınağının keçirəcəyi ilə bağlı xəbərdarlıq edib

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder bildirib ki, ABŞ Rusiya Federasiyasına sentyabrın 6-da səhər saatlarında Minuteman III ballistik raketinin sınağının keçirəcəyi ilə bağlı xəbərdarlıq edib. “Report” xəbər verir ki, raketin Vanderberq kosmodromundan buraxılması sentyabrın 5-i saat 23:47-dən sentyabrın 6-sı saat 5:47-dək (Bakı vaxtı ilə 10:47-dən 6 sentyabr 16:17-dək - Qeyd) ​​müddətə planlaşdırılır. Patrik Rayder vurğulayıb ki, raketin sınaq buraxılışında məqsəd ABŞ nüvə qüvvələrinin hazır olduğunu nümayiş etdirməkdir: “Bu sınaq adidir, planlaşdırılıb”.xeber100.com

Sentyabr 6, 2023 11:10

Avropa İttifaqı Ukraynaya 1000-dən çox notbuk göndərib

“Ukrayna üçün notbuklar təşəbbüsümüz hesabına 1000-dən çox cihaz Ukraynaya çatdırılıb”. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Avropa İttifaqının (Aİ) hər yerindən insanlar Ukrayna ilə güclü həmrəyliyimizi bir daha təsdiqləyərək bunun baş tutmasına kömək etdilər. Bu, Ukraynada çətin vəziyyətə düşmüş bölgələrlə əlaqələrə kömək edəcək”, - paylaşımda qeyd olunub.xeber100.com

Sentyabr 6, 2023 11:07

İsraildə məhkəmə islahatlarına qarşı kütləvi etirazların yeni dalğası başlayıb

Şənbə günü axşam İsraildə Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətə və onun davam edən məhkəmə islahatlarına qarşı kütləvi etirazların yeni dalğası başlayıb. TASS xəbər verir ki, ənənəyə görə, on minlərlə israillinin qatladığı əsas nümayiş müxalif əhval-ruhiyyəsinin ən güclü olduğu Tel-Əvivdə keçirilib. Təl-Əvivdəki mitinq əvvəlki kimi, şəhərin şərqindəki hökumət binaları kompleksinin yaxınlığında təşkil olunub. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirərək, İsrail demokratiyasının müdafiəsini tələb edib, çoxlu sayda İsrail bayraqları etirazçıların başı üzərində dalğalandırılıb. Nümayiş təşkilatçıları şənbə günü səhər Təl-Əvivin cənub rayonlarında baş verən iğtişaşlara baxmayaraq, nümayişi keçirməkdən imtina etməyiblər. Etirazlar zamanı iğtişaşlar baş verib, 170-ə yaxın insan, o cümlədən 49 polis yaralanıb.xeber100.com

Sentyabr 3, 2023 1:06

Albaniya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrlik edəcək

Albaniya sentyabrın 1-dən 30-dək Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) sədrlik edəcək. Albaniyanın Avropa və xarici işlər naziri Olta Xaçka ölkəsinin müttəfiqləri və tərəfdaşları ilə sıx məsləhətləşmələr əsasında TŞ-nin sentyabr gündəliyini müəyyən edəcəyini bildirib. O.Xaçka Albaniyanın BMT TŞ-yə sədrliyi dövrünün bütün dünyada humanitar yardımların paylanması üzrə əməkdaşlıq platformasının yaradılması və Rusiya-Ukrayna müharibəsi kimi mühüm məsələni əhatə etdiyini vurğulayıb. Qeyd edib ki, Albaniyanın TŞ-yə sədrliyi, həmçinin Ukraynadakı müharibə fonunda baş verən ərzaq böhranından tutmuş Rusiyanın yürütdüyü siyasət, Yəməndə, Sudanda və ümumən Yaxın Şərqdə hökm sürən ərzaq təhlükəsizliyi kimi ciddi böhranlar və münaqişələr dövrünə təsadüf edir.xeber100.com

Sentyabr 2, 2023 1:27

“SpaceX” artıq bu peyklərdən 4,9 mindən çoxunu orbitə çıxarıb

“Falcon 9” daşıyıcı raketi “Starlink” sisteminin qlobal internet əhatə şəbəkəsinin orbital bürcünü artırmaq üçün 22 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxıb. Bu barədə “SpaceX” şirkəti məlumat yayıb. Bu, “Starlink” layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 103-cü, bu ilin əvvəlindən isə 34-cü buraxılışıdır. “SpaceX” artıq bu peyklərdən 4,9 mindən çoxunu orbitə çıxarıb. Onlardan bəziləri uğursuz olub. Orbitdə, təxminən, “SpaceX” ə məxsus 4,6 min cihaz işlək vəziyyətdə qalır.xeber100.com

Avqust 27, 2023 6:22

Cənubi Qafqazda və Qara dəniz regionunda təhlükəsizlik məsələləri müzakirə edilib

Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri, parlamentin Yaponiya ilə dostluq qrupunun rəhbəri Nikoloz Samxaradze Tokio Geo-İqtisadiyyat İnstitutunda Cənubi Qafqazda və Qara dəniz regionunda təhlükəsizlik məsələlərindən danışıb. Bu barədə Gürcüstan parlamentinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, N.Samxaradze institutda Qara dənizin təhlükəsizliyi məsələlərinə dair seminar keçirib. Seminarda o, Qara dəniz regionunda mövcud vəziyyətin səbəblərinə nəzər salıb. “Seminarda biz Rusiyanın Gürcüstana və Ukraynaya təcavüzü, Ermənistan-Azərbaycan münaqişəsi və bu problemin həllində Gürcüstanın sülhsevər rolu, NATO və Avropa İttifaqının Qara dənizin təhlükəsizliyi məsələlərinə cəlb edilməsi və ümumiyyətlə, bu ölkənin təhlükəsizliyinin təmin olunmasının vacibliyi kimi mövzulara diqqət yetirdik. Avropada və qlobal təhlükəsizlik üçün Cənubi Qafqazda, Qara dənizdə sabitlik çox vacibdir”, – deyə Nikoloz Samxaradze vurğulayıb.xeber100.com

Avqust 27, 2023 6:19

Kolumbiya sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb

Kolumbiya sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Amerika Geologiya Araşdırmaları Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Cumaral şəhərindən 16 kilometr şimalda olub, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.xeber100.com

Avqust 18, 2023 3:08
    Page 6 of 301« First«...45678...203040...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az