02 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Avropa İttifaqı Ukraynaya 1000-dən çox notbuk göndərib

“Ukrayna üçün notbuklar təşəbbüsümüz hesabına 1000-dən çox cihaz Ukraynaya çatdırılıb”. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Avropa İttifaqının (Aİ) hər yerindən insanlar Ukrayna ilə güclü həmrəyliyimizi bir daha təsdiqləyərək bunun baş tutmasına kömək etdilər. Bu, Ukraynada çətin vəziyyətə düşmüş bölgələrlə əlaqələrə kömək edəcək”, - paylaşımda qeyd olunub.xeber100.com

Sentyabr 6, 2023 11:07

İsraildə məhkəmə islahatlarına qarşı kütləvi etirazların yeni dalğası başlayıb

Şənbə günü axşam İsraildə Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətə və onun davam edən məhkəmə islahatlarına qarşı kütləvi etirazların yeni dalğası başlayıb. TASS xəbər verir ki, ənənəyə görə, on minlərlə israillinin qatladığı əsas nümayiş müxalif əhval-ruhiyyəsinin ən güclü olduğu Tel-Əvivdə keçirilib. Təl-Əvivdəki mitinq əvvəlki kimi, şəhərin şərqindəki hökumət binaları kompleksinin yaxınlığında təşkil olunub. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirərək, İsrail demokratiyasının müdafiəsini tələb edib, çoxlu sayda İsrail bayraqları etirazçıların başı üzərində dalğalandırılıb. Nümayiş təşkilatçıları şənbə günü səhər Təl-Əvivin cənub rayonlarında baş verən iğtişaşlara baxmayaraq, nümayişi keçirməkdən imtina etməyiblər. Etirazlar zamanı iğtişaşlar baş verib, 170-ə yaxın insan, o cümlədən 49 polis yaralanıb.xeber100.com

Sentyabr 3, 2023 1:06

Albaniya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrlik edəcək

Albaniya sentyabrın 1-dən 30-dək Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) sədrlik edəcək. Albaniyanın Avropa və xarici işlər naziri Olta Xaçka ölkəsinin müttəfiqləri və tərəfdaşları ilə sıx məsləhətləşmələr əsasında TŞ-nin sentyabr gündəliyini müəyyən edəcəyini bildirib. O.Xaçka Albaniyanın BMT TŞ-yə sədrliyi dövrünün bütün dünyada humanitar yardımların paylanması üzrə əməkdaşlıq platformasının yaradılması və Rusiya-Ukrayna müharibəsi kimi mühüm məsələni əhatə etdiyini vurğulayıb. Qeyd edib ki, Albaniyanın TŞ-yə sədrliyi, həmçinin Ukraynadakı müharibə fonunda baş verən ərzaq böhranından tutmuş Rusiyanın yürütdüyü siyasət, Yəməndə, Sudanda və ümumən Yaxın Şərqdə hökm sürən ərzaq təhlükəsizliyi kimi ciddi böhranlar və münaqişələr dövrünə təsadüf edir.xeber100.com

Sentyabr 2, 2023 1:27

“SpaceX” artıq bu peyklərdən 4,9 mindən çoxunu orbitə çıxarıb

“Falcon 9” daşıyıcı raketi “Starlink” sisteminin qlobal internet əhatə şəbəkəsinin orbital bürcünü artırmaq üçün 22 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxıb. Bu barədə “SpaceX” şirkəti məlumat yayıb. Bu, “Starlink” layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 103-cü, bu ilin əvvəlindən isə 34-cü buraxılışıdır. “SpaceX” artıq bu peyklərdən 4,9 mindən çoxunu orbitə çıxarıb. Onlardan bəziləri uğursuz olub. Orbitdə, təxminən, “SpaceX” ə məxsus 4,6 min cihaz işlək vəziyyətdə qalır.xeber100.com

Avqust 27, 2023 6:22

Cənubi Qafqazda və Qara dəniz regionunda təhlükəsizlik məsələləri müzakirə edilib

Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri, parlamentin Yaponiya ilə dostluq qrupunun rəhbəri Nikoloz Samxaradze Tokio Geo-İqtisadiyyat İnstitutunda Cənubi Qafqazda və Qara dəniz regionunda təhlükəsizlik məsələlərindən danışıb. Bu barədə Gürcüstan parlamentinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, N.Samxaradze institutda Qara dənizin təhlükəsizliyi məsələlərinə dair seminar keçirib. Seminarda o, Qara dəniz regionunda mövcud vəziyyətin səbəblərinə nəzər salıb. “Seminarda biz Rusiyanın Gürcüstana və Ukraynaya təcavüzü, Ermənistan-Azərbaycan münaqişəsi və bu problemin həllində Gürcüstanın sülhsevər rolu, NATO və Avropa İttifaqının Qara dənizin təhlükəsizliyi məsələlərinə cəlb edilməsi və ümumiyyətlə, bu ölkənin təhlükəsizliyinin təmin olunmasının vacibliyi kimi mövzulara diqqət yetirdik. Avropada və qlobal təhlükəsizlik üçün Cənubi Qafqazda, Qara dənizdə sabitlik çox vacibdir”, – deyə Nikoloz Samxaradze vurğulayıb.xeber100.com

Avqust 27, 2023 6:19

Kolumbiya sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb

Kolumbiya sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Amerika Geologiya Araşdırmaları Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Cumaral şəhərindən 16 kilometr şimalda olub, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.xeber100.com

Avqust 18, 2023 3:08

ABŞ Milli Meteoroloji Xidmətinin məlumatı əsasında…

ABŞ-ın paytaxtı Vaşinqtonun bəzi bölgələrində şiddətli tufan və daşqın olacağı barədə əhaliyə xəbərdarlıq edilib. Bu barədə ABŞ Milli Meteoroloji Xidməti məlumat yayıb. Məlumatda tufan nəticəsində yarana biləcək dağıntıların vətəndaşlar üçün təhlükəli ola biləcəyi qeyd edilib. Milli Meteoroloji Xidmət vətəndaşları hava şəraiti normallaşanadək sığınacaqlardan istifadə etməyə çağırıb.xeber100.com

Avqust 15, 2023 2:21

“OPEC+” ölkələrində neft hasilatının artacağı proqnozlaşdırılıb

Bu il “OPEC+” ölkələrində neft hasilatının sutkada 1,5 milyon barel artacağı proqnozlaşdırılıb. OPEC-in aylıq hesabatına istinadla xəbər verir ki, ümumi hasilat sutkada 67,3 milyon barel səviyyəsində olacağı gözlənilir. Təşkilat proqnoza yenidən baxılmasını Kanada, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri üzrə göstəricilərin azalması ilə əlaqələndirir. Bu isə Rusiya və ABŞ üçün proqnoz göstəricisinin artımı ilə kompensasiya edilir. Ötən ay “OPEC+” ölkələrində neft hasilatının gündəlik 1,4 milyon barel artaraq, sutkada 67,1 milyon barel olacağı proqnozlaşdırılırdı. 2023-cü ildə neft hasilatı artımının hərəkətverici qüvvəsi əsasən ABŞ, Norveç, Braziliya, Kanada, Qazaxıstan, Çin və Qayana olacaq. Eyni zamanda, hesabatda ilin qalan dövründə ABŞ-da şist neft hasilatı potensialı və planlaşdırılmamış texniki xidmətlə bağlı qeyri-müəyyənliyin davam etdiyi vurğulanıb. Həmçinin, OPEC-in hesabatında bildirilib ki, 2024-cü ildə qeyri-OPEC ölkələrində maye karbohidrogenlərin hasilatının əvvəlki illə müqayisədə sutkada 1,4 milyon barel artacağı və ötən aydakı proqnozla müqayisədə gündəlik orta hesabla 68,7 milyon barel olacağı gözlənilir.xeber100.com

Avqust 11, 2023 2:42

İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri Tual şəhərindən 157 kilometr cənub-qərbdə, ocağı 75 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.xeber100.com

Avqust 10, 2023 2:21

“Amazon” şirkətinin cari ilin 2-ci rübü üçün hesabatı açıqlanıb

ABŞ-ın e-ticarət nəhəngi olan “Amazon”un cari ilin 2-ci rübü üçün hesabatı açıqlanıb. Xarici KİV-lərə istinadla xəbər verir ki, şirkətin həmin dövrdəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 11 faiz artaraq 134,4 milyard dollara çatıb. Şirkətin xalis satışları 2022-ci ilin ikinci rübündə 121,2 milyard dollar olaraq qeydə alınıb. İkinci rübdə “Amazon”un xalis mənfəəti də 6,7 milyard dollar olub. Şirkət ötən ilin eyni dövründə 2 milyard dollar zərər verdiyini açıqlamışdı. Elektron ticarət nəhənginin səhm başına xalis mənfəəti bu ilin ikinci rübündə 65 sent olaraq hesablanıb. Ötən ilin eyni dövründə şirkət hər bir səhmə görə 20 sent itirmişdi.

Avqust 5, 2023 2:39
    Page 5 of 299« First«...34567...102030...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az