07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Şahmat üzrə beynəlxalq turnir davam edir

Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində şahmat üzrə beynəlxalq turnir davam edir.Şahmatçımız Misrətdin İsgəndərov ötən 3 turda maksimum xal toplayaraq liderlər qrupunda qərarlaşıb. Komandamızın digər üzvləri Məhəmməd Muradlı 2,5, Nicat Abasov 2, Aydın Süleymanlı 1 xal toplayıblar.Turnirdə 32 ölkədən 80 şahmatçı iştirak edir ki, onlardan da 65-i qrosmeysterdir.Qeyd edək ki, mayın 29-da başa çatacaq yarış 9 turdan ibarətdir və İsveçrə sistemi ilə keçirilir.xeber100.com

May 24, 2022 3:50

“Sabah” futbol klubu futbolçusu ilə yollarını ayırıb

Bakının “Sabah” klubu futbolçusu Şpiro Periçiçlə yollarını ayırıb.28 yaşlı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib. Ş.Periçiç 2021-ci ilin avqustunda “Sabah”a transfer olub.Klub rəhbərliyi futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.xeber100.com

May 24, 2022 3:49

2021/2022-ci il mövsümünün ən yaxşı qolu müəyyənləşib

UEFA Avropa Liqasında 2021/2022-ci il mövsümünün ən yaxşı qolu müəyyənləşib.Azarkeşlərin səsverməsinə əsasən, Türkiyənin “Fənərbağça” klubunun hücumçusu Mergim Berişanın Belçikada “Antverpen”i 3:0 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin dördüncü tur matçında qayçı zərbəsi ilə vurduğu qol ən yaxşı seçilib.Matçın 29-cu dəqiqəsində rəqib qapısına yol tapan 24 yaşlı almaniyalı forvard görüşdəki yekun hesabı müəyyənləşdirib.Qeyd edək ki, "Fənərbağça" Avropa Liqası ilə qrup mərhələsində vidalaşıb.xeber100.com

May 24, 2022 3:46

İtaliya A seriyasının sonuncu turunun oyunlarından sonra…

İtaliya A seriyasının sonuncu turunun oyunlarından sonra elitanı tərk edən üçüncü klub da müəyyənləşib. Azərtac xəbər verir ki, bu “Kalyari”dir. Komanda sonuncu turda “Salernitana”ya 0:4 hesabı ilə uduzub. Bununla da 30 xalla 18-ci pillədə qalan “Kalyari” yüksək liqa ilə vidalaşıb.Qeyd edək ki, bundan əvvəl “Cenoa” və “Venesiya”nın A seriyasını tərk edəcəyi dəqiqləşmişdi.xeber100.com

May 23, 2022 3:34

2022-2023-cü il mövsümü üçün transfer çalışmaları davam edir

“Sumqayıt” futbol klubu 2022-2023-cü il mövsümü üçün transfer çalışmalarını davam etdirir. Klub daha bir futbolçusu ilə müqaviləni yeniləyib.Futbol klubunun mətbuat xidmətindən bildirilib ki, Vüqar Mustafayevlə 3 illik yeni müqavilə imzalanıb. 2019-cu ildən komandanın şərəfini qoruyan Vüqar Mustafayev bu müddət ərzində ümumilikdə 64 oyunda meydana çıxıb.V.Mustafayev, həmçinin Azərbaycanın U-21, U-23 və “A” millilərinin uğurları üçün çalışıb.xeber100.com

May 23, 2022 3:29

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin məlumatı

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri çərçivəsində yollarda quraşdırma işləri davam edir.Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Azərtac-a bildiriblər ki, mayın 23-də saat 23:00-dan etibarən yolun Azadlıq-Neftçilər prospektinin kəsişməsi yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Sürücülərdən Zərifə Əliyeva küçəsini alternativ yol olaraq istifadə etmələri xahiş olunur.Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də keçiriləcək.xeber100.com

May 23, 2022 3:14

“Chessable Masters” yarışında dörddəbir final mərhələsinin oyunları keçiriləcək

Bu gün şahmat üzrə “Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsi olan “Chessable Masters” yarışında dörddəbir final mərhələsinin oyunları keçiriləcək.Turnirin ilkin mərhələsində 15 turdan əldə etdiyi 22 xalla 6-cı yerdə qərarlaşmaqla dörddəbir finala vəsiqə qazanan Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov çinli Dinq Lirenlə üz-üzə gələcək. Turun digər oyunlarına gəldikdə, hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen David Guizarro (İspaniya), hindistanlı Rameşbabu Praqnanandha çinli Vey Yu, Tari Aryan (Norveç) Aniş Giri (Niderland) ilə mübarizə aparacaqlar.Mayın 26-dək davam edəcək turnirin mükafat fondu 210 min ABŞ dollarıdır.xeber100.com

May 23, 2022 3:12

2021-2022-ci illər üzrə mövsümün mükafatlandırma mərasimi keçiriləcək

Bu gün Premyer Liqada sayca 30-cu olan 2021-2022-ci illər üzrə mövsümün mükafatlandırma mərasimi keçiriləcək.XXVIII turun “Qarabağ” – “Neftçi” görüşündən sonra “Azersun Arena”da təşkil ediləcək tədbirdə “Qarabağ”a çempionluq kuboku və qızıl medal, “Neftçi”yə gümüş mükafat təqdim olunacaq. Bu mövsümün üçüncüsü “Zirə” olacağı halda, kluba medal eyni gündə “Azersun Arena”da veriləcək. Bu yerin sahibi “Qəbələ” olacaqsa, mükafatlandırma qarşıdakı günlərdə keçiriləcək.Qeyd edək ki, "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq mərasimdə turnirin bombardirinin də mükafatlandırılması nəzərdə tutulur.xeber100.com

May 21, 2022 7:07

Şahmat üzrə beynəlxalq turnir start götürür

Bu gün Birləşmiş Ərəb Əmirliyinin Şarja şəhərində şahmat üzrə beynəlxalq turnir start götürür. Azərbaycanı yarışda Nicat Abasov, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Günay Məmmədzadə təmsil edirlər.Turnirdə 32 ölkədən 80 şahmatçı iştirak edir ki, onlardan da 65-i qrosmeysterdir.Qeyd edək ki, mayın 29-da başa çatacaq yarış doqquz turdan ibarətdir və İsveçrə sistemi ilə keçirilir.xeber100.com

May 21, 2022 7:04

İngiltərə Premyer Liqasında ən yaxşı futbolçu müəyyənləşib

İngiltərə Premyer Liqasında cari mövsümün ən yaxşı gənc futbolçusu müəyyənləşib.Ən yaxşı gənc futbolçu adına “Mançester Siti” klubunun yarımmüdafiəçisi Fil Foden layiq görülüb.Cari mövsümdə Premyer Liqada 27 oyunda iştirak edən 22 yaşlı futbolçu 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com

May 21, 2022 6:58
    Page 103 of 831« First«...102030...101102103104105...110120130...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az