11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Yeniyetmələrdən ibarət cüdo millimiz təlim-məşq toplanışına başlayıb

Yeniyetmələrdən ibarət cüdo millimiz təlim-məşq toplanışına başlayıb.Komandamız 32 nəfərlik heyətlə “Judo Club 2012”nin baş məşqçisi Rüstəm Alimlinin rəhbərliyi altında hazırlıq keçir.Təlim-məşq toplanışının təşkilində məqsəd iyunun 23-26-da Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçiriləcək Avropa çempionatında yüksək nəticə əldə etməkdir.Qeyd edək ki, idmançıların hazırlığı iyunun 17-dək davam edəcək.xeber100.com

İyun 9, 2022 2:59

15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş açıq turnir başa çatıb

2005-2006-cı il təvəllüdlü oğlan voleybolçular arasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş açıq turnir başa çatıb.4 komandanın - “Masallı”, “Bakı”, “Sumqayıt” və “Cəlilabad”ın mübarizə apardığı yarış dairəvi sistemlə keçirilib.Görüşlərdən 9 xal toplayan “Bakı” yığması qalib adını qazanıb. “Cəlilabad” 6 xalla ikinci, “Masallı” 3 xalla üçüncü yerləri tutublar.Azərbaycan Voleybol Federasiyası və Masallı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə kubok və diplomlar verilib.xeber100.com

İyun 9, 2022 2:55

Azərbaycan Ağır Atletika Federasiyasının məlumatına görə…

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2005-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında ağır atletika üzrə şəhər birinciliyi keçirilib.Azərbaycan Ağır Atletika Federasiyasından bildiriblər ki, Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 30-dan artıq idmançı qalib adı uğrunda mübarizə aparıb.İki gün gərgin idman mübarizəsi şəraitində davam edən yarışda Zəhra Niftəliyeva (64 kq), Arzu Qədimova (71 kq) qızlar arasında, İbrahim Rəsulzadə (40 kq), Turan Abbasov (45 kq), Fərman Məhərrəmov (49 kq), Azər Mənsimov (55 kq), Turan Əliyev (61 kq), Fərid Mərdanov (67 kq), Fuad Qədimov (73 kq), Cavidan Muxtarlı (81 kq) və Rəbbani Niftəliyev (89 kq) oğlanlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.xeber100.com

İyun 8, 2022 3:18

Formula 1 Azərbaycan Qran-Prisinin könüllüləri yarışa hazırdır

Formula 1 Azərbaycan Qran-Prisinin ayrılmaz hissəsi olan könüllülər yarışa hazırdır. Bu il yarışa 1500 yerli könüllü cəlb olunacaq. Yerli könüllülərlə yanaşı, həmçinin 100-ə yaxın xarici könüllü yarışın təşkilinə öz dəstəyini göstərəcək.Xarici könüllülər ABŞ, İrlandiya, İsveçrə, İndoneziya, Pakistan, Çin, Tanzaniya, Qana, Qazaxıstan kimi ölkələrdən yarışa qatılaraq yerli könüllülərlə birgə çalışacaqlar.Könüllülərin çoxu tribunalar, biletlər və kütləyə nəzarət kimi vəzifələri icra edəcəklər.Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi üçün 8 minə yaxın könüllü qeydiyyatdan keçib, onlardan 1500-ü müsahibə əsasında seçilərək yarışa cəlb olunub.xeber100.com  

İyun 8, 2022 3:16

Tacikistan millisi Azərbaycanda təlim-məşq toplanışına başlayıb

Yeniyetmə boksçulardan ibarət Tacikistan millisi Azərbaycanda təlim-məşq toplanışına başlayıb.Bakı Boks Mərkəzində keçirilən hazırlığa Azərbaycan millisinin üzvləri də qatılıblar. Komandalar təlim-məşq çərçivəsində sınaq qarşılaşmalarında da güclərini yoxlayıblar.Qeyd edək ki, Tacikistan yığmasının baş məşqçisi Xurşid Abdulloev ölkəmizdə onlara göstərilən qonaqpərvərlikdən razı qaldığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda təlim-məşq toplanışı və buradakı yoldaşlıq görüşləri komandasında yer alan yeniyetmə boksçulara təcrübə baxımından çox faydalı olacaq.xeber100.com

İyun 8, 2022 3:12

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə…

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə “Dreamland” Qolf Klubunda qolf turniri keçirilib.Bakı Şəhər Halqasından Azərtac-a bildiriblər ki, formula 1 Azərbaycan Qran-Prisinə dəstək məqsədilə keçirilən turnirə 17 komanda olmaqla, yerli və xarici 68 qolfçu qatılıb.Dörd saat davam edən yarışda komandalar meydançada 18 dəlik üzrə mübarizə aparıblar.Turnirin qalibləri Elman Rzayev, Eldar Kərimov və Xəlil Hüseynov 62 zərbənin yekununda 55,3 balla ən yüksək pilləyə layiq görülüb. 65 zərbənin yekununda 56,6 bal qazanan Kris Viliams, Qrant Vatson, Alasteir Duqlas və Skot Paterson isə ikinci yerdə qərarlaşıb.Üçüncü yerin mükafatçıları isə 59 balla Robert Stivinson, Edvard Edqar, Con Salins və Andru İkstrums olub.“Bakı Şəhər Halqası kimi artıq beş ildir ki, bu turnirə dəstəyimizi göstəririk. Düşünürəm ki, bu dəfə də iştirakçılar maraqlı oyun nümayiş etdirdilər. “Dreamland” Qolf Klubuna bu xoş qonaqpərvərliyi üçün təşəkkür edirəm. Hər kəsi iyunun 10-12-də keçiriləcək yarışımıza dəvət edir, əyləncə dolu həftəsonu arzulayıram”, - deyə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim yarışla bağlı bildirib.xeber100.com

İyun 7, 2022 3:32

Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.AFFA xəbər verir ki, səfərdə Finlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 0:3 hesabı ilə məğlub olub.U-21 qrup mərhələsində sonuncu oyununu iyunun 14-də səfərdə Norveç komandasına qarşı keçirəcək.xeber100.com

İyun 7, 2022 3:30

Cüdo üzrə Avropa kuboku yarışları başa çatıb

Avstriyanın Qrats şəhərində keçirilən cüdo üzrə Avropa kuboku yarışları başa çatıb.Yarışın son günündə cüdoçumuz Vüqar Talıbov (90 kq) bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. Yarımfinal görüşündə zədələndiyi üçün həkimlərin və baş məşqçi Elxan Məmmədovun birgə qərarına əsasən, həlledici mərhələdə iştirak etməyən idmançımız gümüş medalla kifayətlənib.Beləliklə, komandamız qitə kuboku yarışını iki medalla başa vurub. Qeyd edək ki, bundan əvvəl komandamızın üzvü Vüsal Qələndərzadə (73 kq) də ikinci yeri tutub.xeber100.com

İyun 6, 2022 12:11

“Norway Chess” beynəlxalq şahmat turnirində…

Norveçin Stavanger şəhərində “Norway Chess” beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçiriləcək.Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov 6-cı turda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə mübarizə aparacaq. Digər şahmatçımız Teymur Rəcəbov isə bolqarıstanlı Veselin Topalov ilə görüşəcək.Qeyd edək ki, ötən beş turun nəticəsinə görə, Ş.Məmmədyarov 8,5 xalla 10 iştirakçı arasında 4-cü pillədədir. Teymur Rəcəbov isə 3 xalla doqquzuncu yerdə qərarlaşıb.“Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara üç xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.xeber100.com

İyun 6, 2022 12:09

UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyun keçiriləcək

Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.Komandamız Serbiyada Belarus millisi ilə üz-üzə gələcək.Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü isveçli baş hakim Məhəmməd Əl-Hakim idarə edəcək.Qrupun digər görüşündə Slovakiya Qazaxıstanı qəbul edəcək.Qeyd edək ki, Azərbaycan yığması birinci turda səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub. Belarus kollektivi isə Serbiyada Slovakiyaya minimal hesabla yenilib - 0:1.xeber100.com

İyun 6, 2022 12:06
    Page 101 of 831« First«...102030...99100101102103...110120130...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az