03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə…

Mayın 18-dən 24-dək İspaniyanın Pamplona şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışları keçiriləcək.Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, turnirdə Azərbaycan yığması da mübarizə aparacaq.Turnirdə iştirak etmək məqsədilə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komandamız və fərdi gimnastımız Zöhrə Ağamirova İspaniyaya yola düşüblər.xeber100.com

May 18, 2022 1:24

Şahmat üzrə “Chessable Masters” yarışı start götürəcək

Mayın 19-da şahmat üzrə nüfuzlu Çempionlar turu çərçivəsində onlayn formatda “Chessable Masters” yarışı start götürəcək.16 şahmatçının qatılacağı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək. Ş.Məmmədyarovdan başqa, turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, Tari Aryan (Norveç), Vey Yu, Dinq Liren (Çin), Samuel Şenkland, Mişra Abhimanyu (ABŞ), David Guizarro (İspaniya), Rameşbabu Praqnanandha, Pentala Harikrişna, Qucarati (Hindistan), Cons Gevane (İngiltərə), Yorden Van Forrest, Aniş Giri (Niderland), Niels Qrandelius (İsveç) və kanadalı Erik Hansen iştirak edəcəklər.Şahmatçılar əvvəlcə dairəvi sistem (qələbə 3 xal, heç-heçə 1 xal) üzrə mübarizə aparacaqlar. Yekun nəticədə, 8 ən güclü şahmatçı nokaut sistemi üzrə keçiriləcək növbəti mərhələyə vəsiqə qazanacaq.Turnir mayın 26-dək davam edəcək.xeber100.com

May 18, 2022 1:22

İsrail Yüksək Liqasında 2021/2022-ci il mövsümünün çempionu müəyyənləşib

Futbol üzrə İsrail Yüksək Liqasında 2021/2022-ci il mövsümünün çempionu müəyyənləşib.Bu, “Makkabi” (Hayfa) klubu olub.Komanda 34-cü turda “Hapoel”lə (Berşeva) heç-heçə (1:1) edib və xallarının sayını 72-yə çatdırıb. Hayfa təmsilçisi mövsümün sonuna 1 tur qalmış ən yaxın izləyicisi “Hapoel”i 5 xal qabaqlayıb.Beləliklə, “Makkabi” ardıcıl ikinci dəfə İsrail çempionu olub.Qeyd edək ki, “Makkabi” tarixində 14-cü dəfə ölkə çempionluğunu qazanıb.xeber100.com

May 17, 2022 1:33

Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş turnir keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 11 nömrəli Uşaq-Gənclər İdman Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş şahmat turniri keçirilib.BŞGİBİ-dən verilən məlumata görə, turnirdə 130 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparıb.Yarış 5 yaş qrupu üzrə oğlanlar və qızlar arasında keçirilib.Yaş qrupları üzrə Xalid Rəhmanov (5-6 yaş), Fateh Rzasoy (7-8 yaş), Kamran Şıxıyev (9-10 yaş), Rəhman Mehdili (11-12 yaş) və Elgün Abbasov (14-15 yaş) birinci olublar.Qaliblərə diplom və medallar təqdim edilib.xeber100.com

May 17, 2022 1:28

“ASK Arena”da AFFA Region Liqasının digər yarımfinal oyunu keçirilib

“ASK Arena”da AFFA Region Liqasının digər yarımfinal oyunu keçirilib.Finala vəsiqə qazanmaq uğrunda oyunda “Xan Lənkəran” və “Araz Naxçıvan” komandaları qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən “Araz Naxçıvan” Region Liqasının finalına vəsiqə qazanan digər komanda olub.Qeyd edək ki, Region Liqasının finalı – “Cəbrayıl” – “Araz Naxçıvan” qarşılaşması mayın 20-də saat 16:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.xeber100.com

May 16, 2022 10:12

İtaliya A Seriyasını tərk edən ikinci komanda da müəyyənləşib

İtaliya A Seriyasını tərk edən ikinci komanda da müəyyənləşib.37-ci turda “Napoli”yə 0:3 hesabı ilə uduzan “Cenoa” bu mövsüm B seriyasına düşən ikinci komanda olub. Daha əvvəl “Venetsiya” da yüksək liqanı tərk etmişdi.Yeni mövsümdə A Seriyasında oynamaq hüququnu itirəcək üçüncü iştirakçı isə son turda bilinəcək. Bu, ya “Salernitana”, ya da “Kalyari” olacaq.xeber100.com

May 16, 2022 10:10

Almaniya 2-ci Bundesliqasında 2021/2022-ci il mövsümünə yekun vurulub

Almaniya 2-ci Bundesliqasında 2021/2022-ci il mövsümünə yekun vurulub.Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” mövsümün sonuncu matçında - 34-cü turda səfərdə Drezden “Dinamo”su ilə qarşılaşıb 1:0 hesabı ilə qalib gəlib.D.Nazarov bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.Otuz dörd oyuna 26 xal toplayan “Ersgebirge” mövsümü 18 kollektiv arasında 17-ci pillədə tamamlayıb və komanda aşağı liqaya yuvarlanıb.D.Nazarov geridə qalan mövsümdə meydana çıxdığı 30 oyunda 4 qola imza atıb.xeber100.com

May 16, 2022 10:04

Sabah İtaliyada beynəlxalq şahmat festivalı start götürəcək

Sabah İtaliyada beynəlxalq şahmat festivalı start götürəcək.Yarışda Azərbaycanı Eltac Səfərli təmsil edəcək. Turnirdə 15 şahmatçı iştirak edəcək ki, onlardan da 6-sı qrosmeysterdir. İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq yarış mayın 20-dək davam edəcək.Turnirin reytinq favoriti FIDE bayrağı altında çıxış edən rusiyalı Andrey Yesipenkodur (2709). Eltac Səfərli isə 2600 xalla reytinq cədvəlində 4-cü pillədə qərarlaşıb.xeber100.com

May 16, 2022 9:56

İngiltərə Premyer Liqasının 37-ci turunun oyunlarına start verilib

Mayın 15-də Futbol üzrə İngiltərə Premyer Liqasının 37-ci turunun oyunlarına start verilib.Turnir cədvəlinin lideri "Mançester Siti" səfərdə "Vest Ham Yunayted" komandasının qonağı olub.Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 2:2.Bu nəticədən sonra xal ehtiyatını 90-a çatdıran Mançester təmsilçisi liderliyini davam etdirir. 56 xalı olan "Vest Ham Yunayted" 7-ci yerdə qərarlaşıb. Bir oyun az keçirən "Liverpul" isə 86 xalla ikinci yerdədir.Beləliklə, Premyer Liqanın qalibinin adı son turda müəyyənləşəcək.Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb: "Tottenhem" - "Börnli" - 1:0; "Aston Villa" - "Kristal Palas" - 1:1; "Lids Yunayted" - "Brayton" - 0:1; "Vatford" - "Lester Siti" - 1:5; "Volverhemton" - "Norviç Siti" - 1:1.xeber100.com

May 15, 2022 10:15

Berlində Formula E-nin yeddinci və səkkizinci mərhələləri keçiriləcək

Formula E-nin rəhbərliyi 2022-ci il mövsümü üçün təqvimdə edilən dəyişikliyi açıqlayıb.İyulun 2-də keçirilməsi planlaşdırılan Vankuver yürüşünü Mərakeş mərhələsi əvəz edəcək.Dəyişiklik Beynəlxalq Avtomobil Federasiyası tərəfindən də təsdiqlənməlidir.Mərakeşdə yarış beşinci dəfə təşkil olunacaq. Belə ki, Mərakeş 2016-cı, 2018-2020-ci illərdə də Formula E yarışına ev sahibliyi edib.Bu həftəsonu Berlində Formula E-nin yeddinci və səkkizinci mərhələləri keçiriləcək.

May 14, 2022 10:21
    Page 104 of 830« First«...102030...102103104105106...110120130...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az