07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Çelsi” müdafiəçisi ilə müqaviləni uzatmaq üçün danışıqlar aparır

“Çelsi” müdafiəçisi Antonio Rüdigerlə müqaviləni uzatmaq üçün danışıqlar aparır.Xarici KİV-lər xəbər verir ki, klubla 28 yaşlı almaniyalı arasında danışıqlar davam edir. Hazırda şərtlər futbolçunun xeyrinə dəyişdiyi üçün danışıqlarda irəliləyiş əldə olunub. Hadisələrin bu cür inkişafı sayəsində A.Rüdiger Premyer Liqada qalmağa üstünlük verir. Onun klubu ilə müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.Almaniyalı futbolçu cari mövsüm 28 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.xeber100.com

Yanvar 14, 2022 11:35

“Yuventus” klubunun futbolçusu “Arsenal”a keçməyə hazırlaşır

İtaliyanın “Yuventus” klubunun futbolçusu Artur Melo “Arsenal”a keçməyə yaxındır.İngiltərə mətbuatı xəbər verir ki, 25 yaşlı braziliyalı yarımmüdafiəçi “Arsenal” ilə artıq razılıq əldə edib.“Arsenal” hazırda “Yuventus”la danışıqlar aparır. Ancaq Turin təmsilçisi futbolçunu satmaq niyyətində deyil. Tərəflər arasında görüşlər davam edir.Qeyd edək ki, Artur Melo cari mövsüm “Yuventus”un heyətində 11 oyunda meydana çıxıb və heç bir məhsuldarlığı ilə seçilməyib.xeber100.com  

Yanvar 14, 2022 11:33

Cüdo üzrə Azərbaycan birinciliyi start götürüb

Bakıda yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi start götürüb.Hövsan qəsəbəsindəki Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda ölkənin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 570-ə yaxın (479 oğlan, 89 qız) idmançı mübarizə aparır.Azərbaycan Cüdo Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarış yanvarın 16-da başa çatacaq.Yarışın təşkilində əsas məqsəd Azərbaycanda cüdonun coğrafiyasını genişləndirmək, yeniyetmələr arasında idmanın bu növünün təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda perspektivli namizədləri yığma komandaya cəlb etməkdir.xeber100.com

Yanvar 14, 2022 11:31

“Zirə” klubu təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib

Bakının “Zirə” klubu Antalyada təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib.Baş məşqçi Rəşad Sadıqovun komandası Macarıstanın “Peç” klubu ilə üz-üzə gəlib.Görüş Bakı təmsilçisinin 3:5 hesablı məğlubiyyəti ilə başa çatıb. “Zirə”nin heyətində Ağabala Ramazanov, Vüsal Əliyev və İlkin Muradov fərqləniblər.Qeyd edək ki, “Zirə” yanvarın 20-də “Qurnik” (Leçna, Polşa), dörd gün sonra isə “Breqalnitsa” (Şimali Makedoniya) ilə görüşəcək.xeber100.com

Yanvar 13, 2022 12:28

XXI əsrin ən məhsuldar qapıçılarının siyahısı açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrin ən məhsuldar qapıçılarının siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, siyahıya 2001-ci il yanvarın 1-dən sonrakı dövrdə ən azı 10 qol vuran qolkiperlər düşüb.Buna dünyanın 18 qapıçısı nail olub. Cədvələ braziliyalı Rojerio Seni başçılıq edir. Braziliyalının hesabında 112 top var.İlk üçlüyü perulu Conni Veqas (37 qol) və Nigeriya təmsilçisi Vinsent Enyeama (24) tamamlayıblar.On səkkiz qapıçıdan 7-si 20 və ya daha çox qol vurub. Azərbaycan futbolunun ən yaxşı bombardir qapıçısı Nizami Sadıqov “18-liy”ə düşməyib. Buna səbəb “Turan”da qolları sıralayan qolkiperin əsasən ötən əsrdə fərqlənməsi, XXI əsrdə az qol vurmasıdır.xeber100.com

Yanvar 11, 2022 2:44

“Real Madrid”in xorvatiyalı yarımmüdafiəçisi müqaviləsini yeniləyəcək

“Real Madrid”in xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç klubu ilə müqaviləsini yeniləyəcək.Xarici KİV xəbər verir ki, yaxın vaxtlarda tərəflər hazırkı müqaviləni bir il yarım müddətinə - 2023-cü ilin yayınadək uzadacaqlar.Otuz altı yaşlı yarımmüdafiəçinin klubu ilə hazırkı müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.Cari mövsüm L.Modriç “Real Madrid”in heyətində 20 oyun keçirib və 5 məhsuldar ötürmə edib.xeber100.com

Yanvar 11, 2022 2:34

“Milan” klubu sol cinah müdafiəçisi ilə yeni müqavilə imzalayacaq

İtaliyanın “Milan” klubu sol cinah müdafiəçisi Teo Hernandes ilə yeni müqavilə imzalayacaq.Bu barədə tanınmış idman jurnalisti Nikolo Şira şəxsi tviter səhifəsində paylaşım edib.Yeni müqavilə 2026-cı ilin yayınadək nəzərdə tutulub və futbolçu ilinə 4,5 milyon avro məvacib alacaq.Cari mövsüm fransalı hücuma meyilli müdafiəçi “Milan”ın heyətində bütün turnirlərdə 22 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com

Yanvar 10, 2022 3:43

“Səbail” klubunun futbolçusu komandadan ayrılmaq istəyir

Bakının “Səbail” klubunun futbolçusu Yurgen Qoxa komandadan ayrılmaq istəyir.lbaniyalı müdafiəçi karyerasını ölkəsində davam etdirmək niyyətindədir. Təcrübəli oyunçu ilə "Teuta" klubu yaxından maraqlanır.Bakı təmsilçisi ilə cari mövsümün sonunadək müqaviləsi olan Qoxa əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verilməsi üçün danışıqları davam etdirir. Hazırda Bakıda olan futbolçunun məsələsinə yaxın günlərdə aydınlıq gələcək.Qeyd edək ki, futbolçu Azərbaycanda “Səbail”dən əvvəl “Qəbələ”nin də formasını geyinib.

Yanvar 10, 2022 3:41

İspaniya Superkuboku yarışlarının yarımfinal mərhələsinə start veriləcək

Yanvarın 12-də futbol üzrə İspaniya Superkuboku yarışlarının yarımfinal mərhələsinə start veriləcək.İlk yarımfinalda iki əzəli rəqib “Barselona” və “Real Madrid” klubları üz-üzə gələcəklər. “Barselona”nın iki futbolçusu həmin oyunda komandasına kömək edə bilməyəcək. Kataloniya təmsilçinin məşqçilər korpusu Pedri və Ferran Torressin xidmətindən yararlana bilməyək. Buna səbəb Səudiyyə Ərəbistanına getməzdən əvvəl hər iki futbolçunun koronavirus testi müsbət çıxıb. Futbolçular karantinə alınıblar.Qeyd edək ki, İspaniya Superkuboku Səudiyyə Ərəbistanında keçiriləcək. Digər yarımfinalda “Atletiko Madrid” və turnirin hazırkı qalibi “Atletik Bilbao” üz-üzə gələcək. Həmin görüş yanvarın 13-də baş tutacaq. Görüşlər Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.xeber100.com

Yanvar 10, 2022 3:39

İngiltərə Premyer Liqasında 18-ci turun oyunu təxirə salınıb

Futbol üzrə İngiltərə Premyer Liqasında 18-ci turun “Everton” – “Lester” oyunu yenidən təxirə salınıb.Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.Oyunun yanvarın 11-də keçirilməsi nəzərdə tutulsa da, “Lester” klubu bu görüşün yenidən təxirə salınmasını istəyib. Buna sözügedən komandada hələ də əksər futbolçuların koronavirusdan tam sağalmaması səbəb göstərilib.Görüşün nə vaxt keçiriləcəyinə hələ ki, qərar verilməyib.xeber100.com

Yanvar 10, 2022 3:36
    Page 132 of 831« First«...102030...130131132133134...140150160...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az