07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

İtaliya A Seriyasının 22-ci və 23-cü turlarında…

İtaliya A Seriyasının 22-ci və 23-cü turlarının bütün matçlarında stadionlara 5 min tamaşaçının buraxılmasına icazə verilib.Liqa Assambleyasının rəhbərliyi COVID-19-a yoluxma hallarındakı artım tendensiyasının qarşısını almaq məqsədilə bu barədə qərar qəbul edib.Qərara görə, bütün oyunlarda stadionların qonaq sektorları bağlı olacaq.Bu günə planlaşdırılan 21-ci turun oyunları və gələn həftə keçiriləcək Super Kubokun final matçında isə tamaşaçıların 50 faizi stadionlara buraxılacaq.xeber100.com

Yanvar 9, 2022 3:45

İtaliya A Seriyasının 21-ci turuna “Venesiya”–“Milan” oyunu ilə start verilib

Yanvarın 9-da futbol üzrə İtaliya A Seriyasının 21-ci turuna “Venesiya”–“Milan” oyunu ilə start verilib."Penco" stadionunda keçirilən görüşdə milanlılar üstün olublar - 0:3."Rossonyeri"nin heyətində Zlatan İbrahimoviç və Teo Hernandes (2) fərqləniblər.Qeyd edək ki, matçın 58-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Mixael Svobida birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.Bu qələbə sayəsində "Milan" xal ehtiyatını 48-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. İki oyun az keçirən "İnter" 46 xalla ikinci yerdədir. "Venesiya" isə 17 xalla on altıncı yerdə qərarlaşıb.Turun digər görüşləri gün ərzində keçiriləcək.xeber100.com

Yanvar 9, 2022 3:43

“Kəpəz” klubu qış transfer pəncəsində heyətinə yeni futbolçu cəlb edib

Gəncənin “Kəpəz” klubu qış transfer pəncəsində heyətinə yeni futbolçu cəlb edib.Bu barədə Gəncə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.Birinci Divizion təmsilçisi Roman Hüseynovla heyətini gücləndirib. Onunla mövsümün sonunadək müqavilə bağlanacaq. Futbolçu Gəncə təmsilçisinə Premyer Liqa klubu “Sumqayıt”dan keçib.Qeyd edək ki, R.Hüseynov 2018-ci ildə “Kəpəz” elitada çıxış edən zaman 6 ay bu komandanın formasını geyinib.xeber100.com

Yanvar 8, 2022 3:50

“Barselona” futbol klubu ikinci transferini reallaşdırıb

“Barselona” qış fasiləsində ikinci transferini reallaşdırıb.Kataloniya klubu “Ayntraxt”ın hücumçusu Fabio Blankonu heyətinə qatıb.“Valensiya”nın yetirməsi bununla 6 aylıq fasilədən sonra yenidən vətəni İspaniyaya qayıdıb. On səkkiz yaşlı forvard “Barselona” ilə 2,5 illik müqavilə imzalayıb. Anlaşmaya əsasən, İspaniyanın U-19 yığmasının üzvü əvvəlcə “Barselona”nın B komandasında çıxış edəcək.Qeyd edək ki, “Barselona”nın qış fasiləsində ilk transferi “Mançester Siti”nin hücumçusu Ferran Torres olub.xeber100.com

Yanvar 8, 2022 3:47

“Keşlə” klubu yaxın günlərdə daha bir futbolçusu ilə yollarını ayıracaq

Bakının “Keşlə” klubu yaxın günlərdə daha bir futbolçusu ilə yollarını ayıracaq.Söhbət müdafiəçi Miyuşko Boyoviçdən gedir.Monteneqrolu futbolçu ilə müqavilənin birtərəfli şəkildə pozulması gözlənilir. Legionerin əvəzində heyətə yeni əcnəbi müdafiəçinin cəlb olunması gözlənilir.Qeyd edək ki, M.Boyoviç 2019-cu ildən “Keşlə”də çıxış edir.xeber100.com

Yanvar 7, 2022 3:16

Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq

Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə yanvarın 10-dan 15-dək Bakıda futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.Azərbaycan Futzal Federasiyası xəbər verir ki, hazırlıq prosesinə Rövşən Hüseynli, Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov, Rizvan Fərzəliyev, Amir Shojaei (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Bayterek”, Qazaxıstan), Cavad Məmmədov (“Neftçi”), Emin Kürdov, Tofiq Mikayılov (hər ikisi EKOL), Eduardo Borges (“Halle-Gooik”, Belçika), Rafael Vilela (“Palma Futsal”, İspaniya), Fineo De Araujo (“Sportinq Paris”, Fransa), Thiago Teles Martins (ACCS FUTSAL, Fransa), Everton Cardoso (“Levante U.D.”, İspaniya) və Oliveira Villiams (“Sporting Paris”, Fransa) dəvət olunublar.Yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.xeber100.com

Yanvar 7, 2022 3:12

FIFA 2021-ci ilin ən yaxşı qapıçısı adına namizədlərin siyahısını açıqlayıb

FIFA 2021-ci ilin ən yaxşı kişi və qadın qapıçısı adına namizədlərin qısa siyahısını açıqlayıb.Kişilər arasında bu ada Fransanın PSJ klubundan Canluici Donnarumma, İngiltərənin "Çelsi" klubundan Eduar Mendi və Almaniya "Bavariya"sından Manuel Noyer iddia edirlər.Ötən ilin ən yaxşısı olmağa namizəd qadın qolkiperlər isə Ann-Katrin Berger (Almaniya / "Çelsi"), Kristiana Endler (Çili / PSJ / "Lion") və Stefani Labbedir (Kanada / "Rusenqord" / PSJ).Qeyd edək ki, "The Best" mükafatı 2022-ci il yanvarın 17-də təqdim ediləcək.xeber100.com

Yanvar 6, 2022 9:53

“Etnikos” klubu millimizin futbolçusu ilə yollarını ayırıb

Kiprin "Etnikos" klubu millimizin futbolçusu Araz Abdullayevlə yollarını ayırıb.Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Tərəflər müqaviləyə qarşılıqlı razılaşmaya əsasən xitam veriblər.Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi ötən ilin iyununda "Etnikos"la birillik müqavilə imzalamışdı.xeber100.com

Yanvar 6, 2022 9:51

“Manchester Evening News”ın məlumatına görə…

Tarixin ən varlı boksçularının adları açıqlanıb."Manchester Evening News" xəbər verir ki, ABŞ-dan olan beşqat dünya çempionu Floyd Meyvezer 479 milyon avroluq sərvəti ilə birinci pillədə qərarlaşıb. Onun həmyerlisi ağır çəkidə sabiq dünya çempionu Corc Forman (266 milyon avro) ikinci olub.Filippinli Menni Pakyao (195 milyon avro) isə üçüncü sırada yer alıb.xeber100.com

Yanvar 6, 2022 9:22

“Barselona” klubunun futbolçusu yeni rekorda imza atıb

“Barselona”nın futbolçusu Dani Alves yeni rekorda imza atıb. O, buna İspaniya kubokunun 1/16 final mərhələsində “Linares”lə matçda (2:1) iştirak edərək nail olub. Braziliyalı müdafiəçi görüşdə start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. Otuz səkkiz yaş 244 günlüyündə olan Dani Kataloniya təmsilçisində rəsmi matçda oynayan ən yaşlı oyunçu olub.Klubun əvvəlki rekordçusu qapıçı Xose Pinto olub. O, "Barselona"nın heyətində son matçını 38 yaş 190 günlüyündə keçirib.Xatırladaq ki, Alves 2008-2016-cı illərdə də Kataloniya klubunda çıxış edib. Onun "Barselona" ilə hazırkı müqaviləsi bu mövsümün sonunadəkdir.xeber100.com  

Yanvar 6, 2022 9:19
    Page 133 of 831« First«...102030...131132133134135...140150160...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az