Azərbaycan çempionatının XI turunun oyunlarına hakim təyinatları açıqlanıb

Futbol üzrə Azərbaycan çempionatının XI turunun oyunlarına hakim təyinatları açıqlanıb.Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, üç günü əhatə edəcək tura noyabrın 19-da “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Keşlə” oyunu ilə start veriləcək. Kamal Umudlunun idarə edəcəyi qarşılaşma saat 19:00-da start götürəcək.Noyabrın 20-də saat 16:00-da başlayacaq “Zirə” – “Səbail” matçının baş hakimi Əliyar Ağayev olacaq. Görüş Zirə İdman Kompleksinin stadionunda oynanılacaq.Həmin gün “Bakcell Arena”da baş tutacaq “Neftçi” – “Sabah” görüşdə baş hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək. Qarşılaşma saat 18:15-də başlayacaq.Tura noyabrın 21-də keçiriləcək “Qəbələ” - “Sumqayıt” oyunu ilə yekun vurulacaq. Rəşad Əhmədovun idarə edəcəyi qarşılaşma saat 16:00-da start götürəcək.Turun görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.Qeyd edək ki, 10 turdan sonra turnir cədvəlinə 23 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 18 xalı olan “Qəbələ” ikinci, bir xal az toplayan “Neftçi” isə üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Zirə” (16), “Sumqayıt” (11), “Keşlə” (10), “Səbail” (9) və “Sabah” (8) klubları yer alıblar.xeber100.com

Noyabr 18, 2021 1:50

Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə…

Azərbaycan Gimnastika Federasiyası (AGF) Bakının Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağında xeyriyyə aksiyası keçirib.Tədbir Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 35-ci dünya çempionatına həsr olunub.Xeyriyyə aksiyası çərçivəsində AGF-in əməkdaşları ilə birlikdə dünya çempionatının ulduz səfirləri - kanadalı Karen Kokbern və fransalı Devid Martin sığınacağı ziyarət ediblər.Onlar uşaq sığınacağında yaradılan şəraitlə tanış olub, onun rəhbəri və müəssisənin əməkdaşları ilə söhbət ediblər.Dünya çempionatının ulduz səfirləri “Ümid yeri” uşaq sığınacağının balaca sakinləri ilə görüşüb, onlarla söhbətləşiblər. Uşaqlar qonaqlar üçün tamaşa hazırlayıb, musiqi ifa ediblər.Ulduz səfirlər və federasiyanın əməkdaşları balacalara hədiyyələr təqdim edib, onlarla xatirə şəkilləri çəkdiriblər.Bakıda batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatı noyabrın 21-dək davam edəcək. Yarışa 33 ölkədən 300-dək gimnast qatılıb. Dörd gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.Yarışların ilkin cədvəlinə əsasən ilk iki gün təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək. Qaydalara əsasən, hər iştirakçı bir neçə proqramda çıxış edə bilər.xeber100.com

Noyabr 18, 2021 1:47

Avropa zonası üzrə seçmə mərhələsində X turun növbəti oyunları keçirilib

Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində X turun növbəti oyunları keçirilib.C, F və I qruplarında oynanılan qarşılaşmalardan sonra növbəti 2 komanda final mərhələsinə birbaşa vəsiqə əldə edib.C qrupunda doğma meydanda Bolqarıstana 4:0 hesabı ilə qalib gələn İsveçrə millisi 1-ci yerin sahibi kimi mundiala yollanıb. Səfərdə Şimali İrlandiyanın müqavimətini qıra bilməyən İtaliya yığması isə pley-offda mübarizə aparacaq.I qrupunda San-Marinonu 10 cavabsız qolla məğlub edən İngiltərə seçməsi dünya çempionatına birbaşa yollanmaq hüququ qazanıb. Qrupu 2-ci sırada tamamlayan Polşa isə final mərhələsinə getmək üçün pley-off matçları oynamalıdır.Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb: C qrupu Şimali İrlandiya – İtaliya - 0:0; İsveçrə - Bolqarıstan - 4:0. Qrupdakı vəziyyət: İsveçrə 18, İtaliya 16, Şimali İrlandiya - 9, Bolqarıstan - 8, Litva - 3. F qrupu İsrail - Farer Adaları - 3:2; Şotlandiya – Danimarka - 2:0; Avstriya – Moldova - 4:1. Qrupdakı vəziyyət: Danimarka 27, Şotlandiya 23, İsrail - 16, Avstriya - 16, Farer Adaları - 4, Moldova - 1. I qrupu San-Marino - İngiltərə - 0:10; Albaniya – Andorra - 1:0; Polşa – Macarıstan - 1:2. Qrupdakı vəziyyət: İngiltərə 26, Polşa 20, Albaniya - 18, Macarıstan - 17, Andorra - 6, San-Marino - 0.XM.xeber100.com

Noyabr 16, 2021 11:09