07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Barselona” futbol klubu Dani Alvesi komandaya qaytardığını açıqlayıb

İspaniyanın “Barselona” futbol klubu Dani Alvesi komandaya qaytardığını açıqlayıb.Bu barədə klubun saytında məlumat verilib.Klub ilə müqavilə 2021-2022-ci il mövsümünün sonunadək bağlansa da, onun 2023-cü ilin yayınadək uzadılması ehtimal edilir.Otuz səkkiz yaşlı futbolçu 2022-ci ilin yanvarından tez olmayaraq “Barselona”da oynaya biləcək.Xatırladaq ki, Dani Alvesin son klubu “San Paulu” (Braziliya) olub.xeber100.com

Noyabr 13, 2021 10:45

Avropa çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin evdə Norveç yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb.Qarşılaşma yunanıstanlı hakimlər briqadasına tapşırılıb.Matçın baş hakimi Referi Vasilis Fotias olacaq. Ona Xrisula Kurobiliya və Andreas Mentanas kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Agelos Evangeru yerinə yetirəcək.Noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək matç saat 20:00-da başlayacaq.Millimizin yer aldığı A qrupunda Xorvatiya millisi 15 xalla birinci pillədə qərarlaşıb. Hesabında 12 xal olan Norveç və Avstriya yığmaları ilk üçlüyü qapayırlar. Finlandiya 7 xalla dördüncü, Azərbaycan 1 xalla beşincidir. Xalı olmayan Estoniya komandası isə qrupda sonuncudur.xeber100.com

Noyabr 13, 2021 10:42

Basketbol üzrə “Dördlər finalı”nın vaxtı məlum olub

Basketbol üzrə Avroliqada mövsümün sonunda təşkil olunacaq “Dördlər finalı”nın vaxtı məlum olub.Turnirin 4 ən güclü komandası gələn il mayın 27-29-da Berlinə toplaşacaq. Liqa son iki mövsümdə turnirin həlledici hissəsini məhz Almaniyada keçirir. Ötən mövsüm yarımfinal və final görüşləri Köln şəhərində təşkil edilib.Hazırda müntəzəm çempionatda 8 tur geridə qalıb. “Olimpiya Milan” komandası 7 qələbə və 1 məğlubiyyətlə turnir cədvəlinə başçılıq edir.xeber100.com

Noyabr 12, 2021 1:58

Döyüş sambosu üzrə dünya çempionatı start götürür

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə idman və döyüş sambosu üzrə dünya çempionatı start götürür.Turnirdə ölkəmizi 5 idmançı təmsil edir. Belə ki, yığma komandamızın üzvlərindən Eyvaz Baxşiyev (58 kq), Mirfəttah Seyidəliyev (64 kq), Kamran Əskərov (71 kq), Abdulla Abdullayev (79 kq) və Ceyhun Hüseynov (88 kq) nüfuzlu yarışın mükafatları uğrunda mübarizə aparacaqlar.Bu gün təmsilçilərimiz E.Baxşıyev qırğızıstanlı Azat Amanbekov ilə, M.Seyidəliyev monqolustanlı Erdenemygmar Bekhjee ilə ilk qarşılaşmalarını keçirəcəklər.Turnirin mükafat fondu 230 min ABŞ dolları təşkil edəcək. Belə ki, birinci yerin sahibi 4, ikinci yeri tutan 3, üçüncü yerdə qərarlaşan samboçu isə 2 min ABŞ dolları alacaq.Yarışda 50 ölkədən samboçular iştirak edirlər. Turnir noyabrın 14-dək davam edəcək.xeber100.com

Noyabr 12, 2021 1:56

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan və Lüksemburq milli komandaları qarşılaşacaqlar.Saat 21:00-da başlayacaq oyun "CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.Qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Manuel Şüttenqruber olacaq. Ona Roland Brandner və Robert Ştaynaxer kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yulian Vaynberger yerinə yetirəcək.Oyunun VAR hakimi Harald Lexner, onun köməkçisi Sebastyan Gişamer olacaq.Millimizin yer aldığı A qrupunda Serbiya millisi 17 xalla birinci pillədə qərarlaşıb. Portuqaliya (16 xal) və Lüksemburq (6 xal) ilk üçlükdə yer alıblar. İrlandiya 5 xalla dördüncü, Azərbaycan isə 1 xalla qrupda sonuncudur.xeber100.com  

Noyabr 11, 2021 11:14

Noyabrın 12-də şahmat üzrə Avropa çempionatı start götürəcək

Noyabrın 12-də Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatı start götürəcək.Azərtac xəbər verir ki, yarışda qadınlar və kişilərdən ibarət komandalarımız iştirak edəcəklər.Kişilərin yarışında Azərbaycan yığmasının heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Nicat Abasov çıxış edəcəklər. Qadınlar arasında turnirdə isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva mübarizə aparacaqlar.Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 31 komanda çıxış edəcək.Kişilər arasında Azərbaycan komandası reytinq üzrə ikinci sırada qərarlaşıb. Turnirin reytinq favoriti isə Rusiya komandasıdır.Çempionat noyabrın 21-dək davam edəcək.xeber100.com

Noyabr 11, 2021 11:06

“Bursaspor” komandasının sabiq baş məşqçisi yeni klubla anlaşıb

Türkiyənin “Bursaspor” komandasının sabiq baş məşqçisi Fatih Təkkə yeni klubla anlaşıb.Mövsümün əvvəlində Namik Ələskərovun çıxış etdiyi “Bursaspor”u 4 oyuna çıxaran və cəmi 4 xal toplayan, nəticədə istefaya göndərilən 44 yaşlı mütəxəssis yenidən TFF Birinci Liqada çalışacaq.O, “Dənizlispor”la 1+1 illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.xeber100.com

Noyabr 10, 2021 2:54

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirəcək.Millimiz Bakı vaxtı ilə saat 21:00-da Lüksemburqda keçiriləcək oyunda Belçika yığması ilə qarşılaşacaq.Qarşılaşmanı Bosniya və Herseqovinadan olan hakim idarə edəcək. Matçın baş hakimi Luka Bilbiya olacaq. Ona Aleksandar Smilyanic (Bosniya və Herseqovina) və Dani Dias Balsa (Lüksemburq) kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sedrik Biever (Lüksemburq) yerinə yetirəcək.xeber100.com

Noyabr 10, 2021 2:52

Azərbaycan şahmatçısı “Titled Tuesday Blitz” turnirində

Azərbaycan şahmatçısı Vüqar Manafov “Titled Tuesday Blitz” turnirində 7-ci yeri tutub.Şahmatçımız 11 turdan 9 xal toplayıb. Digər şahmatçılarımızdan Murad İbrahimli 8, Fərid Mustafayev isə 7 xal toplayıblar.İsveçrə sistemi üzrə keçirilən yarışda 500-dən çox şahmatçı iştirak edib.xeber100.com

Noyabr 10, 2021 2:49

Azərbaycan kuboku uğrunda yarışın püşkü atılıb

Noyabrın 10-da AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın 2021-2022-ci il mövsümünün püşkü atılıb.12 komandanın iştirakı ilə keçiriləcək turnirdə mübarizə səkkizdəbir final mərhələsindən başlayacaq. Dörddəbir finaldan etibarən ev-səfər oyunları prinsipi tətbiq olunacaq.Dekabrın 10-da və 11-də təşkil olunacaq səkkizdəbir final mərhələsində püşkatmanın nəticələrinə əsasən, “Zaqatala” – “Səbail”, “Keşlə” – “Qarabağ Lökbatan”, “MOİK” – "Qəbələ" və “Sabah” – “Kəpəz” oyunları təşkil olunacaq. Gələn il fevralın 1-2-də və 6-7-də keçiriləcək növbəti mərhələnin qarşılaşmalarında “Zirə” birinci, “Qarabağ” ikinci, “Sumqayıt” üçüncü, “Neftçi” isə dördüncü qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.Turnirin final matçı 2022-ci il mayın 27-də oynanılacaq.xeber100.com

Noyabr 10, 2021 2:48
    Page 146 of 831« First«...102030...144145146147148...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az