03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Şahmat üzrə Avropa çempionatında 6-cı tura yekun vurulub

Müxtəlif yaş qrupları üzrə keçirilən onlayn Avropa çempionatında 6-cı tura yekun vurulub.18 yaşlı şahmatçıların yarışında Uğur İlyaslı (oğlanlar), 16 yaşlıların turnirində Ayan Allahverdiyeva (qızlar), 10 yaşlılarda isə Səadət Bəşirli (qızlar) 5,5 xalla birinci pillədə qərarlaşıblar.Digər şahmatçılarımızdan Mələk İsmayıl (18 yaş, qızlar), Şiroğlan Talıbov (16 yaş, oğlanlar), Nərmin Abdinova (14 yaş, qızlar), Cahandar Azadəliyev (12 yaş, oğlanlar) isə 4,5 xalla ön sıralarda yer alıblar.Qeyd edək ki, qitə çempionatında Azərbaycanı 44 şahmatçı təmsil edir.İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir. Yarış oktyabrın 21-də başa çatacaq.xeber100.com

Oktyabr 19, 2021 11:32

Futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb

Xəbər verdiyimiz kimi, oktyabrın 18-də futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb.Niderlandın Zeist şəhərində təşkil olunan püşkatma mərasimində iştirak edən Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva qrupumuzla bağlı fikrini bölüşüb: “Final mərhələsinə hər zaman güclü komandalar vəsiqə qazanır. Bunu nəzərə alsaq, burada asan rəqib, komanda axtarmağın mənası yoxdur. Normal qrupa düşmüşük. Bunu deməklə işimizin asan olacağına işarə etmirəm. Əksinə, çətin olacaq. Əslində, İspaniya arzulamadığım rəqibdir. Amma birinci səbətdə yer alan yığmaların biri qrupumuza düşməli idi, payımıza İspaniya düşdü. Yaxşı hazırlaşmalıyıq. Çünki komandalar bura yaxşı hazırlıq keçib gələcəklər və hər bir iştirakçının arzusu ən azı qrupdan növbəti mərhələyə vəsiqə qazanmaq olacaq”.Braziliyalı mütəxəssis qeyd edib ki, şans hər zaman var. Hər oyunda meydana çıxan millilərin şansı 50 faizə bərabər olur. Qalır bu göstəricini xeyrinə dəyişmək. Yaxşı nəticə qazanmaq üçün ciddi hazırlaşmalıyıq.Püşkə əsasən, millimiz “D” qrupunda Gürcüstan, Bosniya və Herseqovina və İspaniya komandaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Niderlandın Qroningen şəhərində keçiriləcək.xeber100.com

Oktyabr 19, 2021 11:30

8 Noyabr – Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçiriləcək

8 Noyabr – Zəfər Günü ilə bağlı AFFA-nın təşkilatçılığı ilə silsilə tədbirlər keçiriləcək.AFFA-nın məlumatına görə, tədbirlər planında “Zəfər liqası”, “Zəfər kuboku” və “Zəfər festivalı”nın təşkil olunması nəzərdə tutulub.Tədbirlərin tarixləri və iştirakçılar hələ müəyyənləşməyib.xeber100.com

Oktyabr 19, 2021 11:28

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam) – “Kayrat” (Qazaxıstan) oyununun hakimləri açıqlanıb.Qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Yevgeni Aranovski olacaq. Ona Semyon Şlonçak və Andrey Skripka kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək.Matç oktyabrın 21-da saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.xeber100.com

Oktyabr 19, 2021 11:26

Futbol üzrə İtaliya A Seriyasının səkkizinci turun növbəti oyununda

Oktyabrın 16-da futbol üzrə İtaliya A Seriyasının səkkizinci turun növbəti oyunu keçirilib.Turun ilk oyun günündə üç qarşılaşma olub. Gecənin ən maraqlı görüşü "San Siro" stadionunda reallaşıb."Milan" öz meydanında "Verona" komandasını qəbul edib.Görüşü daha fəal başlayan qonaqlar gözlənilmədən ardıcıl iki qol vurub. "Verona"nın heyətində Canluka Kaprari (7) və Antonin Barak (24) fərqləniblər.Fasilədən sonra hücumlarını kəsərin artıran "Milan"ın heyətində 59-cu dəqiqədə Olivye Jiru, 76-cı dəqiqədə Frank Kessi və 78-ci dəqiqədə Koray Quter (avtoqol) fərqlənərək əzmkar qələbə qazanıb.Bu qələbə sayəsində "Milan" xal ehtiyatını 22-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. "Verona" isə 8 xalla 13-cü yerdə qərarlaşıb.Turun mərkəzi qarşılaşmasında "İnter" səfərdə "Latsio"ya 3:1, "Spezia" isə öz meydanında "Salernitana"nı (2:1) məğlub edib.xeber100.com

Oktyabr 17, 2021 7:00

Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib

Oktyabrın 17-də futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib."Kapital Bank Arena"da "Sumqayıt" və "Neftçi" komandaları üz-üzə gəlib. FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol ikinci hissədə vurulub. Matçın 50-ci dəqiqəsində meydan sahiblərindən Murad Xaçayev topu rəqib qapısından keçirib. Bundan cəmi 4 dəqiqə sonra qonaqların belçikalı yarımmüdafiəçisi Sabir Buqrin uzaqdan baxımlı qola imza atıb. 77-ci dəqiqədə isə "Sumqayıt"ın və Azərbaycan millisinin zədəsi yenicə bərpa olunmuş hücumçusu Əli Qurbani ikili mübarizə zamanı dizindən xəsarət alaraq əvəzlənməli olub. Bu nəticədən sonra "Neftçi" 14 xalla 2-ci, "Sumqayıt" 8 xalla 5-ci pillədə qalıb.Qeyd edək ki, turun ilk oyun günündə "Keşlə" evdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib, "Qəbələ" - "Zirə" matçı isə heç-heçə ilə yekunlaşıb - 1:1.Tura bu gün "Sabah" - "Qarabağ" qarşılaşması ilə yekun vurulacaq.xeber100.com

Oktyabr 17, 2021 6:58

Cüdo üzrə Avropa kuboku yarışları start götürüb

Bu gün Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə Avropa kuboku yarışları start götürüb.Turnirin birinci günündə tatamiyə çıxan 6 cüdoçumuz - Rəşad Baxşəliyev, Sənan Əhmədov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Ruslan Paşayev (66 kq), Zaməddin Poladov və Rüfət Şovlatov (73 kq) mübarizəni medalsız başa vurub.Yarışda Azərbaycanı 11 cüdoçu təmsil edir. Oktyabrın 17-dək davam edəcək turnirdə 26 ölkədən 300-ə yaxın cüdoçu iştirak edəcək.xeber100.com

Oktyabr 16, 2021 7:04

İngiltərə Premyer Liqasının səkkizinci turun ilk oyun günündə 7 qarşılaşma olub

Oktyabrın 16-da futbol üzrə İngiltərə Premyer Liqasında səkkizinci turun oyunları keçirilib.Turun ilk oyun günündə 7 qarşılaşma olub. Gecənin ən məhsuldar oyunu "Vatford" və "Liverpul" komandaları arasında qeydə alınıb. Görüş "Liverpul" komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0. Mersessayd təmsilçisinin heyətində Sadio Mane, Roberto Firmino (2) və Məhəmməd Salah fərqləniblər.Son çempion "Mançester Siti" autsayder "Börnli" komandasını qəbul edib. Pep Qvardiolanın yetirmələri aktivlərinə növbəti üç xalı yazıblar. Qarşılaşma Mançester təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bernardo Silva və Kevin de Brüyne fərqləniblər.Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb: "Aston Villa" - "Volverhemton" - 2:3; "Lester Siti" - "Mançester Yunayted" - 4:2; "Norviç Siti" - "Brayton" - 0:0; "Southenton" - "Lids Yunayted" - 1:0; "Bredford" - "Çelsi" - 0:1. (oyun davam edir)xeber100.com  

Oktyabr 16, 2021 7:01

Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri başlayacaq

Oktyabrın 16-da Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri başlayacaq.Turnirdə yalnız kişilərdən ibarət Azərbaycan komandası iştirak edəcək. Yarışda Balabəy Ağayev (60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov (hər ikisi 66 kq), Telman Vəliyev, Hidayət Heydərov (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar.Turnir oktyabrın 17-dək davam edəcək.xeber100.com

Oktyabr 15, 2021 7:08

Formula 1 üzrə dünya çempionatının təqvimi təsdiqlənib

Oktyabrın 15-də gələn il keçiriləcək Formula 1 üzrə dünya çempionatının təqvimi təsdiqlənib.Təqvimə 245 gün ərzində keçiriləcək 23 yarış daxildir. Azərbaycan Qran-Prisi iyunun 12-də təşkil olunacaq.Formula 1-in ilk mərhələsi martın 20-də Bəhreyndə keçiriləcək. Sonrakı mərhələlərə Səudiyyə Ərəbistanı (27 mart), Avstraliya (10 aprel), İtaliya (24 aprel), ABŞ (8 may), İspaniya (22 may), Monako (29 may), Azərbaycan (12 iyun), Kanada (19 iyun), Böyük Britaniya (3 iyul), Avstriya (10 iyul), Fransa (24 iyul), Macarıstan (31 iyul), Belçika (28 avqust), Niderland (4 sentyabr), İtaliya (11 sentyabr), Rusiya (25 sentyabr), Sinqapur (2 oktyabr), Yaponiya (9 oktyabr), ABŞ (23 oktyabr), Mexsika (30 oktyabr), Braziliya (13 noyabr) və Abu-Dabi (20 noyabr) ev sahibliyi edəcək.xeber100.com

Oktyabr 15, 2021 7:05
    Page 151 of 830« First«...102030...149150151152153...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az