07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Grand Swiss-2021” turnirinin altıncı turunun oyunları keçiriləcək

Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin altıncı turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, şahmatçılarımız Rauf Məmmədov Surya Şekhar Ganquli (Hindistan), Nicat Abasov Villagra Cristobal Henriquez (Çili), Vasif Durarbəyli İvan Çeparinov (Bolqarıstan), Aydın Süleymanlı Adli Ahmed (Misir) ilə qarşılaşacaqlar.Beş turun nəticəsinə görə, R.Məmmədov, N.Abasov 2 xal, V.Durarbəyli və A.Süleymanov 1,5 xal qazanıblar.İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.xeber100.com

Noyabr 1, 2021 3:25

Futbol üzrə İspaniya La Liqasının 11-ci turunun növbəti oyununda

Oktyabrın 30-da futbol üzrə İspaniya La Liqasının 11-ci turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, “Real Madrid” səfərdə cari mövsüm zəif təsir bağışlayan və 15-ci yerdə qərarlaşan “Elçe” komandasının qonağı olub. Görüş “kral” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.Oyunda hesabı 22-ci dəqiqəsində Vinisius Junior açıb. Fasilədən sonra - görüşün 73-cü dəqiqəsində braziliyalı dublunu rəsmiləşdirib. Qarşılaşmanın 86-cı dəqiqəsində meydan sahibləri qollardan birinin əvəzini çıxıblar. Pere Milla fərqlənib.Bu qələbə sayəsində xal ehtiyatını 24-ə çatdıran “Real Madrid” turnir cədvəlində liderliyə yüksəlib. “Elçe” isə 10 xalla on beşinci yerdə qərarlaşıb.xeber100.com

Oktyabr 30, 2021 3:45

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci oyununda

“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün ikinci oyununa çıxacaq.Təmsilçimiz Rumıniya çempionu "Yunayted Qalati" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq və "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.Matçın baş hakimi sloveniyalı Dejan Veseliç olacaq. Ona Ozan Soykan (Türkiyə) və Josip Barton (Şimali Makedoniya) kömək edəcəklər.Görüşün hakim-inspektoru Patrik Villemark (Belçika), UEFA nümayəndəsi isə Stefan Kammerer (Almaniya) olacaq.Qeyd edək ki, Azərbaycan çempionu ilk oyununda Ukraynanın "Uraqan" klubuna 1:2 hesabı ilə məğlub olub.xeber100.com

Oktyabr 29, 2021 3:01

“Grand Swiss-2021” turnirinin üçüncü turunun oyunları keçiriləcək

Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin üçüncü turunun oyunları keçiriləcək.Bu mərhələdə şahmatçılarımızdan üçü Rusiya təmsilçiləri ilə mübarizə aparacaqlar. Belə ki, Vasif Durarbəyli Daniil Dubov, Nicat Abasov Nikita Vityuqov, Aydın Süleymanlı Mixail Antipovla qarşılaşacaqlar. Rauf Məmmədov isə hindistanlı Arjun Erigaisi ilə üz-üzə gələcək.İsveçrə sistemi üzrə keçirilən və on bir turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.xeber100.com  

Oktyabr 29, 2021 2:59

“Grand Swiss-2021” turnirinin ikinci turunun oyunları keçiriləcək

Bu gün Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin ikinci turunun oyunları keçiriləcək.Bu mərhələdə təmsilçilərimiz Vasif Durarbəyli Aydın Süleymanlı ilə üz-üzə gələcək. Digər şahmatçılarımız Rauf Məmmədov rusiyalı Mixail Antipov, Nicat Abasov latviyalı Nikita Meşkovsla mübarizə aparacaqlar.Qeyd edək ki, şahmatçılarımız birinci turda məğlub olublar.On bir turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.xeber100.com

Oktyabr 28, 2021 3:05

Beynəlxalq Cüdo Federasiyasının məlumatı əsasında…

Cüdo ölkələrindən biri olan Braziliya komandasının noyabrın 5-7-də Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb.Beynəlxalq Cüdo Federasiyasının saytı xəbər verir ki, paytaxtımızdakı turnirdə Braziliyanı 16 (9 kişi, 7 qadın) cüdoçu təmsil edəcək. Komandanın heyətində Bakıda 2019-cu ildə keçirilmiş oxşar yarışda qadınlar arasında 57 kiloqram çəki dərəcəsində qızıl medal qazanmış Rafaela Silva da yer alıb. R.Silva ilə yanaşı, bir sıra nüfuzlu yarışların qalib və mükafatçıları Erik Takabatake (66 kq), Qabriel Falkao (73 kq), İgor Morşigue (90 kq), Rafaela Batista (48 kq), Cessika Pereira (57 kq), Qabriella Moraes (63 kq) kimi cüdoçular da “Böyük dəbilqə”də iştirak etmək üçün Bakıya gələcəklər.Qeyd edək ki, turnirdə indiyədək 31 ölkədən 200-dən çox cüdoçu iştirakını təsdiqləyib.xeber100.com

Oktyabr 28, 2021 3:02

Taekvondo üzrə məşqçi-müəllimlər üçün seminar təşkil olunub

Oktyabrın 25-27-də taekvondo üzrə məşqçi-müəllimlər üçün seminar təşkil olunub.Azərtac xəbər verir ki, onlayn formatda keçirilən seminar Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov, texniki direktor Oh Kvanq Çeolun rəhbərliyi ilə Etibar İbrahimov, Ramal Camalov, Ələkbər İmaməliyev, Məmməd Abdullayev, Səbuhi Zülfüqarov, Elnur Amanov və Gündüz Abdullayev tərəfindən təşkil edilib.Seminarın ilk günündə Etibar İbrahimov və Ramal Camalov iştirakçıları poomse, sonrakı günündə Ələkbər İmaməliyev, Məmməd Abdullayev, Səbuhi Zülfüqarov və Elnur Amanov döyüş qaydaları, üçüncü günündə isə Gündüz Abdullayev hakimlik qaydaları ilə tanış ediblər.xeber100.com

Oktyabr 27, 2021 2:59

Oktyabrın 27-də “Grand Swiss-2021” turniri start götürüb

Oktyabrın 27-də Riqada kişilər və qadınlar arasında nüfuzlu “Grand Swiss-2021” turniri start götürüb.Azərtac xəbər verir ki, İsveçrə sistemi üzrə keçiriləcək turnirdə kişilərin yarışında 108, qadınlar kateqoriyasında isə 50 şahmatçı mübarizəyə qoşulub. Yarışda kişi şahmatçılarımız Rauf Məmmədov, Nicat Abasov, Vasif Durarbəyli, Aydın Süleymanlı iştirak edəcəklər. On bir turdan ibarət turnirin reytinq favoriti ABŞ təmsilçisi Fabiano Karuanadır.“Grand Swiss-2021” turnirinə noyabrın 7-də yekun vurulacaq.xeber100.com

Oktyabr 27, 2021 2:57

“Sabah” futbol klubu hücumçu Petar Şkuletiçlə yollarını ayırıb

Bakının “Sabah” klubu hücumçu Petar Şkuletiçlə yollarını ayırıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, serbiyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.Futbolçunun şəxsi məsələləri ilə bağlı klubdan ayrılmaq istəyinə müsbət cavab verilib.Şkuletiçə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.Qeyd edək ki, Bakı təmsilçisi Petar Şkuletiç ilə sentyabrın 14-də ikiillik müqavilə bağlanılmışdı.xeber100.com

Oktyabr 27, 2021 2:54

Avropa çempionatı üçün Azərbaycan komandası heyətini açıqlanıb

Macarıstanın Budapeşt şəhərində 23 yaşadək cüdoçular arasında noyabrın 5-də start götürəcək Avropa çempionatı üçün Azərbaycan komandası heyətini açıqlanıb.Azərtac xəbər verir ki, gənclər arasında keçiriləcək qitə çempionatında ümumilikdə 8 cüdoçumuz mübarizə aparacaq. Belə ki, kişilərin yarışında Elçin Hüseynov (66 kq), Zelim Tckayev, Məhərrəm İmamverdiyev (81 kq), İmran Yusifov (+100 kq) iştirak edəcəklər. Qadınların turnirində isə təmsilçilərimiz Aydan Vəliyeva, Ramilə Əliyeva (48 kq), Səbinə Əliyeva (52 kq) və Nərgiz Hacıyeva (63 kq) yarışacaqlar.Noyabrın 7-dək davam edəcək yarışda 39 ölkədən 300-dən çox cüdoçu iştirakını təsdiqləyib.xeber100.com  

Oktyabr 27, 2021 2:52
    Page 149 of 831« First«...102030...147148149150151...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az