MDB Oyunlarının ikinci gününün yarışlarına yekun vurulub

Rusiyanın Kazan şəhərində birinci MDB Oyunlarının ikinci gününün yarışlarına yekun vurulub.Azərbaycan komandası ikinci gün aktivinə daha 15 medal əlavə edib. Belə ki, ötən gün yarımfinaldakı ilk görüşlərində məğlub olan qadın boksçularımız Aysu İsmayılova (48 kq), İsgəndər Qızbəs (57 kq) və Emili Rzayevanın (63 kq) bürünc medal qazanması rəsmiləşib. Bu gün yarımfinalda uduzan kişi boksçular Tağı Nəsibov (48 kq) və İbrahim Zeynalov (50 kq) da bürünc medala sahib olublar.Turnirdə qadın güləşçilərimiz Şəhanə Nəzərova (50 kq) gümüş, Tatyana Varansova (53 kq) və Birgül Soltanova (65 kq) bürünc medal qazanıblar.Sərbəst güləşçilərimizdən isə Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq) çempion olublar. İslam İlyasov (97 kq) və Aydın Əhmədov (125 kq) ikinci, Əliabbas Rzazadə (57 kq), Sabir Cəfərov (65 kq) üçüncü yeri tutublar.Qeyd edək ki, yarışın birinci günündə yunan-Roma güləşçilərimiz Nihad Quluzadə (55 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Qurban Qurbanov (72 kiloqram) ikinci, Nihat Məmmədli (60 kiloqram) və Laçın Vəliyev (87 kiloqram) isə üçüncü yeri tutublar.Beləliklə, bu nüfuzlu turnirdə uğurla çıxış edən komandamız ümumilikdə 21 medala (6 qızıl, 4 gümüş, 11 bürünc medal) sahib olub. Bu nəticə ilə Azərbaycan yığması Rusiyadan (21 qızıl, 6 gümüş, 6 bürünc medal) sonra ikinci pillədə qərarlaşıb.Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (9), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.xeber100.com

Sentyabr 4, 2021 2:04

“Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının onuncu günündə

Sentyabrın 3-də - “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının onuncu günündə 84 ölkənin idmançıları medal qazanıblar.Medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 85 qızıl, 53 gümüş və 46 bürünc medal qazanıblar. İkinci pillədə 37 qızıl, 34 gümüş və 40 bürünc medalla Böyük Britaniya təmsilçiləri, üçüncü yerdə isə 34 qızıl, 34 gümüş və 24 bürünc medalla ABŞ atletləri qərarlaşıblar.Rusiya Paralimpiya Komitəsi 34 qızıl, 29 gümüş, 44 bürünc medalla dördüncü, Ukrayna 24 qızıl, 44 gümüş, 26 bürünc mükafatla beşinci, Niderland isə 23 qızıl, 15 gümüş və 16 bürünc medalla altıncıdır. Digər pillələrdə Braziliya (21-14-26), Avstraliya (18-27-27) və İtaliya (13-27-25) qərarlaşıblar. Azərbaycan isə 12 qızıl, 1 gümüş və 4 bürünc medalla onuncu pillədə yer alıb.Millimizin heyətində paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olublar.Yüz metr məsafəyə arxası üstə, sərbəst və batterfly üsulla üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında birinci yeri tutub. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışını ikinci pillədə başa vurub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.xeber100.com

Sentyabr 3, 2021 2:08

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində ardıcıl üçüncü oyunda məğlub olub.Azərtac xəbər verir ki, sentyabrın 1-də millimiz A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olub.Lüksemburq stadionunda oynanılan qarşılaşmada millimizin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Azər Salahlı, Höccət Haqverdi, Maksim Medvedev, Emin Mahmudov, Əli Qurbani, Abbas Hüseynov, Toral Bayramov, Filip Ozobiç və İsmayıl İbrahimli yer alıblar.Lüksemburq yığmasının heyətində isə meydana Antoni Moris, Enes Mahmutoviç, Kristofer Martins, Danel Sinani, Jerson Rodrigeş, Dirk Karlson, Olivye Til, Leandro Barreyro, Mika Pinto, Loran Yans və Sebastien Thil çıxıblar.Yığmamız oyuna uğursuz start verib və erkən qola üzülüb. Matçın 8-ci dəqiqəsində lüksemburqlu futbolçu Mika Pinto hesabı açıb. İyirmi dəqiqə sonra millimizin qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirən Jerson Rodriges komandasını hesabda önə çıxarıb və ilk hissə meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.İkinci hissəyə millimiz daha fəal başlayıb və hesab arasındakı fərqi azaltmağa nail olub. Matçın 67-ci dəqiqəsində Emin Mahmudov baxımlı qola imza atıb. Bu, oyunda vurulan sonuncu qol olub.Beləliklə, Azərbaycan millisi Lüksemburq yığmasına 1:2 hesabı ilə məğlub olub.Hesabında 6 xal olan Lüksemburq komandası qrupda üçüncü pillədə qərarlaşıb. Azərbaycan komandasının isə xalı yoxdur.xeber100.com

Sentyabr 2, 2021 9:10