07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Avropa Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu məlum olub

Futbol üzrə Avropa Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu məlum olub.İsrailin “Makkabi” (Təl-Əviv) komandasının hücumçusu Stipe Peritsa ilk həftənin ən yaxşısı seçilib.Xorvatiyadan olan 26 yaşlı futbolçu UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğuda ən yaxşı adına sahib olub. O, qrup mərhələsinin ilk turunda Ermənistan “Alaşkert”inə 4:1 hesabı ilə qalib gəldikləri oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.Həftənin ən yaxşı futbolçusu adına “Roma”dan (İtaliya) Lorenso Pelleqrini, “Kopenhagen”dən (Danimarka) Yonas Vinn, LASK-dan (Avstriya) Dario Mareşiç də namizəd idi.xeber100.com

Sentyabr 18, 2021 1:00

Şahmatçılar arasında klublararası Avropa kuboku yarışları start götürəcək

Sentyabrın 18-də Makedoniyanın Struqa şəhərində qadın və kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışları start götürəcək.Kişilərin yarışında Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu birinci turda İrlandiyanın “Gonzaga” komandası ilə mübarizə aparacaq. Komandamızın heyətində Rauf Məmmədov, Kiril Şevçenko, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqov və Murad İbrahimli yer alıblar. Komandanın kapitanı isə Əməkdar məşqçi Anar Allahverdiyev olacaq.Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparacaq.xeber100.com

Sentyabr 18, 2021 12:58

Aerobika gimnastikası üzrə Avropa çempionatı davam edir

İtaliyanın Pesaro şəhərində aerobika gimnastikası üzrə Avropa çempionatı davam edir.Çempionatın ilk günündə Azərbaycanın iki idmançısı mübarizəyə qoşulub.Kişilərin fərdi yarışında ölkəmizi təmsil edən Vladimir Dolmatov təsnifat mərhələsində 22,500 bal toplayaraq doqquzuncu olub. Qadınların mübarizəsində isə Nurcan Cabbarlı 17,100 balla 32-ci sırada qərarlaşıb. Hər iki idmançımız finala vəsiqə qazana bilməyib.Qeyd edək ki, sentyabrın 19-dək davam edəcək qitə çempionatına 22 ölkədən 325 gimnast qatılıb.xeber100.com

Sentyabr 18, 2021 12:19

Güləş üzrə dünya çempionatı keçiriləcək

Oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, mundialda iştirak edəcək sərbəst güləş üzrə yığmamız məsul yarışa Bakıda hazırlaşır.Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında baş tutan təlim-məşq toplanışı sentyabrın 30-dək davam edəcək. Məşqlər Olimpiya Güləş Mərkəzində keçirilir.Qeyd edək ki, millimiz Osloya sentyabrın 30-da yollanacaq. Oktyabrın 1-də sərbəst güləş üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün 61, 74, 86 və 125 kiloqram çəki dərəcələrində yarışa start veriləcək. Oktyabrın 3-də 57, 65, 79 və 92, ayın 4-də isə 70 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar. Sərbəst güləş üzrə yarışa oktyabrın 5-də yekun vurulacaq.xeber100.com

Sentyabr 18, 2021 12:16

Beynəlxalq Cüdo Federasiyasının məlumatına görə…

Noyabrın 5-7-də Bakıda cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.Beynəlxalq Cüdo Federasiyasının saytı xəbər verir ki, turnirə qatılacaq Çexiya komandasının heyəti açıqlanıb. Belə ki, kişilərin yarışında David Pulkrabek (60 kq), David Klammert və Jiri Petr (hər ikisi 90 kq) komandada yer alıblar. Qadınlar arasında isə Vera Zemanova (57 kq), Renata Zaxova (63 kq) və Marketa Paulusova (+78 kq) mübarizə aparacaqlar.Paytaxtımızda keçiriləcək nüfuzlu yarışda iştirak edəcək Azərbaycan komandasının heyəti isə hələ açıqlanmayıb.Cüdo üzrə “Böyük dəbilqə” turniri Bakıda 2013-cü ildən keçirilir.xeber100.com

Sentyabr 17, 2021 1:48

Şahmatçılar arasında Avropa kuboku yarışları start götürəcək

Sentyabrın 18-də Makedoniyanın Struqa şəhərində qadın və kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışları start götürəcək.Kişilərin yarışında Azərbaycanı “Vüqar Həşimov” klubu təmsil edəcək. Komandamızın heyətində Rauf Məmmədov, Kiril Şevçenko, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqov və Murad İbrahimli yer alıblar. Komandanın kapitanı isə Əməkdar məşqçi Anar Allahverdiyev olacaq.Azərbaycanın digər qrossmeysterləri Şəhriyar Məmmədyarov yarışın reytinq favoriti olan Makedoniyanın "Alkaloid" komandasının heyətində çıxış edəcək. Yığmamızın başqa bir üzvü Nicat Abasov isə İspaniyanın "C.A Silla" komandasını təmsil edəcək.Qeyd edək ki, kişilərin yarışında 38, qadınların turnirində isə 8 komanda mübarizə aparacaq.xeber100.com

Sentyabr 17, 2021 1:47

“Neftçi” futbol klubu növbəti transferini reallaşdırıb

Bakının “Neftçi” futbol klubu növbəti transferini reallaşdırıb.Argentinalı futbolçu Xorxe Korrea ilə 2 il müddətinə müqavilə bağlanıb. İyirmi səkkiz yaşlı hücuma meyilli yarımmüdafiəçi 7 nömrəli formanı geyinəcək.Qeyd edək ki, Xorxe Korrea Argentinanın “Veles Sarsfild”, “Defensores de Belqrano” və Portuqaliyanın “Maritimu” klublarında çıxış edib. O, 2013-cü ildə “Veles Sarsfild”lə Argentina Super Kubokunu qazanıb.xeber100.com

Sentyabr 17, 2021 1:45

Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində sentyabrın 17-də ilk oyununu keçirib.Moskvada Rusiya millisi ilə oyun rəqib komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.xeber100.com

Sentyabr 17, 2021 1:44

Voleybolçular arasında Avropa çempionatının yarımfinalçıları müəyyənləşib

Kişi voleybolçular arasında Avropa çempionatında mübarizə sona yaxınlaşır. Artıq yarışda yarımfinalçılar müəyyənləşib.Dörddəbir finalın ilk oyunu Niderland və Serbiya millisi arasında olub. Gözlənildiyi kimi serblər sürprizə imkan verməyiblər. Gərgin keçən ilk hissədə 25:23 hesabı qeydə alınıb. İkinci setdə Serbiya yığması daha asan qələbə qazanıb 25:20. Üçüncü hissədə Niderland voleybolçuları çox çalışsalar da, oyunda dönüş yaratmaq mümkün olmayıb. Bu dəfə 27:25 hesabı qeydə alınıb. Beləliklə, hər 3 setdə qalib gələn Serbiya yığması yarımfinala adlayıb.Polşa millisi də azarkeşlərini sevindirib. Komanda Rusiya kollektivini mübarizədən kənarlaşdırıb. İlk setdə rusiyalılar yalnız 14 xal qazana biliblər. İkinci hissədə polşalılar rəqibin müqaviməti ilə üzləşsələr də, qalib gəliblər - 26:24. Üçüncü setdə də görüşün ssenarisi dəyişməyib. Bu dəfə 25:19 hesablı qələbə qazanan Polşa millisi yarımfinala yüksəlib.Digər oyunlarda İtaliya millisi Almaniyanı, Sloveniya yığması isə Çexiyanı 3:0 hesabı ilə məğlub edib.Yarımfinalda Polşa millisi Sloveniya, İtaliya seçməsi isə Serbiya ilə qarşılaşacaq. Görüşlər sentyabrın 18-də Polşada təşkil olunacaq.xeber100.com  

Sentyabr 16, 2021 2:13

“Qarabağ” futbol klubu UEFA Konfrans Liqasının qrup mərhələsində

Ağdamın “Qarabağ” futbol klubu bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində mübarizəyə başlayır.Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı birinci oyununda İsveçrənin “Bazel” klubunu qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşmanı belçikalı FIFA referisi Erik Lambrexts idarə edəcək.Ağdam təmsilçisinin heyətində zədəli olan müdafiəçilər Bədavi Hüseynov, Elçin Cəfərquliyev və zədəsini yeni sağaldan Rahil Məmmədov meydana çıxamayacaqlar.Qonaqlarda isə qapıçı Feliks Gebhardt, müdafiəçilər Andrea Padula, Eray Cömert, Nasser Jiqa, yarımmüdafiəçilər Jordi Kintilya, Edon Jeqrova və hücumçu Sebastyano Espozito eyni səbəbdən oyunda iştirak etməyəcəklər.Oyun “Qarabağ”ın vitse-kapitanı Qara Qarayev üçün əlamətdar olacaq. Azərbaycan millisinin üzvü avrokuboklarda 100-cü qarşılaşmasına çıxacaq.Qeyd edək ki, qrupun digər görüşündə “Kayrat” Qazaxıstanda Kiprin “Omoniya” klubunu qəbul edəcək.xeber100.com

Sentyabr 16, 2021 1:53
    Page 158 of 831« First«...102030...156157158159160...170180190...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az